Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülnaz Abdullazadə
Gülnaz Abutalıb qızı Abdullazadə (d.7 sentyabr 1946, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqişünası, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru (1990), professor (1992), Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru. == Həyatı == Gülnaz Abdullazadə 1946-cı il sentyabrın 7-si Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas məktəbini və 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, 1963-cü ildən elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olan Gülnaz Abdullazadə 1979-cu ildə təhsilini başa vurmuşdur. Həmin il fəlsəfə elmlər namizədi, 1990-cı ildən isə fəlsəfə elmləri doktorudur. == Fəaliyyəti == Gülnaz Abdullazadə 1982-1987-ci illərdə Xarici Dillər Universitetində kafedra müdiri,1990-cı ildən isə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. O, həmçinin bəstəkarlar ittifaqının üzvüdür. Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətinin araşdırılması onun adı ilə bağlıdır. Gülnaz Abdullazadə 40-a qədər elmi əsərin və monoqrafiyaların müəllifidir.
Gülnaz Dadaşova
Gülnaz Dadaşova (Gülnaz Mahir qızı Dadaşova; Bakı) — Azərbaycan alimi, professor, tibb elmləri doktoru. Hazırda C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur. == Həyatı == Gülnaz Mahir qızı Dadaşova Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini 191 saylı orta məktəbdə almış və həmin məktəbi medal ilə bitirmişdir. 1992-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1998-ci ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Bakı Dəmiryol Xəstəxanasında kardioloq kimi internatura keçmişdir. 2002–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasında aspirantura təhsili almışdır. 2008-ci ildə "Postmenopozal qadınlarda arterial hipertenziya müalicəsinin optimallaşdırılması" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə dosent elmi adını almışdır. 2018-ci ildə "Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnoz və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi" elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Gülnaz İsmayılova
İsmayılova Gülnaz Əmir qızı — Azərbaycanın xalq artisti (2018). == Həyatı == Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirmişdir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomatı (1997) olmüşdur. 1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma və opera hazırlığı və fortepiano kafedrasının müəllimidir. 2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrda çalışdığı müddətdə istedadlı vokalçı bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar Gülnaz İsmailova F.Əmirovun «Min bir gecə» baletində vocal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur. ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s.
Gülyaz Məmmədova
Azərbaycan Respublikasının Xalq artisti {2014) Gülyaz Məmmədova (1 may 1970, Böyük Dəhnə, Şəki rayonu) — xanəndə. Azərbaycan Respublikasının xalq artisti (2014). Azərbaycanlı xanəndə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın bacısı. == Həyatı == Məmmədova Gülyaz Zakir qızı 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1977–1987-ci illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988–1992-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (keçmiş A. Zeynallı adına Musiqi texnikumu) təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "solo oxuma" xanəndəlik fakültəsində təhsil almışdır. 1991-ci ildən 2014-cü il mart ayının 1-dək R. Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışmışdır. 1992-ci ildən Milli Opera və Balet Teatrının solistidir. 1996-cı ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiq kollecində pedaqoq kimi fəaliyyət göstərir.
Qulfiya Yunusova
Qulfiya Yunusova ( başq. Гөлфиә Аҙнағол ҡыҙы Юнысова (Иҙелбаева) 10 sentyabr 1948, Sarışevo[d], Başqırd MSSR) — Başqırd şairəsi və tərcüməçisi, dramaturq, jurnalist. Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvü (1974), Başqırdıstan Respublikası Jurnalistlər Birliyinin üzvü (1979). Başqırdıstanın xalq şairi (2015). == Bioqrafiyası == Yunusova Gulfiya 10 sentyabr 1948-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının Əlşəy rayonu, Sarışevo kəndində anadan olmuşdur. Raevskiliseyini bitirdikdən sonra Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.. 1971-ci ildə Başqırd Dövlət Universitetini bitirir. 1970-ci ildən Sibay Pedaqoji Kollecində müəllim işləyir. 1973-cü ildən Sovet Başqırdıstanı qəzetinin ədəbiyyat və mədəniyyət şöbəsinin əməkdaşıdır. 1974-cü ildən "Pioner" jurnalında ədəbi işçi kimi çalışır.
Gulnaz Abubakirova
Gulnaz Ahmatova Abubakirova (18 yanvar 1996, İşimbay, Başqırdıstan) — başqırd dama oyunçusu. Rusiya və beynəlxalq dərəcəli oyunçu. Dəfələrlə Rusiya və Avropa çempionatlarının qalibi. İdman ustalığına namizəd. Dama üzrə beynəlxalq turnirdə Rusiya komandasını təmsil edir (2004). == Biqorafiyası == 2002-ci ildən 2013-cü ilə qədər A.Validi adına 2 nömrəli Başqırdıstan Respublika Gimnaziyasında (İşimbəy şəhəri) oxuyub. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi olmuşdur. Oxuduğu zaman bu təhsil ocaqlarının komandalarında oynamışdır. 6 yaşından, uşaq bağçasına gedən zamandan dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki yarışlara qatılmağa başladı.
Yuxarı Qurniyav (Çaldıran)
Yuxarı Qurniyav (fars. قوري ناوسفل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (14 ailə).
Dmitri Quliya körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.