QANOVUZ

is. [ fars. ] Əksərən al-əlvan olan zərif ipək parça.
// Bu parçadan tikilmiş. Qanovuz köynək. Qanovuz yorğan.
– Su götürdüm hovuzdan; Seçilmərəm tovuzdan; Mənə bir xəbər deyin; Köynəyi qanovuzdan. (Bayatı).
[Gülyaz] anasının böyük ağac sandığında çoxdan bəri büküb saxladığı təzə qanovuz paltarını geyinər, toylara gedər, … məharətlə oynardı. M.Hüseyn.

QANOV
QANOVUZU
OBASTAN VİKİ
Qanovuz
Qanovuz - al-əlvan ipək parça. Əsasən, Şərq ölkələrində geniş istehsal olunurdu. XIV-XIX əsrlərdə Azərbaycanda da (Şamaxı, Gəncə, Basqal və s.) yayılmışdı. İki növ vardır, yüngül, zərif növü bursa, ağır növü tafta adlanırdı. Keçmişdə Azərbaycanda gəlinlik paltarı da tikilirdi. Qanovuzun xalq arasında "şahi", "ördəkboynu", "səhər-axşam", "al-yaşıl" və s. adlarına təsadüf olunur. Hazırda, əsasən, Orta Asiyada istehsal olunur. Qanovuzdan yorğanüzü, xalat tikilir, çarşab və s. kimi istifadə edilir.

Digər lüğətlərdə