SAR

SAR I is. [ ər. ] zool. Qırğı nəslindən olan quş. Tülək, tərlan qorxmaz sardan; Könül ayrılmaz Nigardan (“Koroğlu”).

SAR II f. Bürümək. Azacıq hər tərəfi sardı sükut; İndi Gülnaz mütəhəyyir, məhbut (M.Müşfiq).

SAPLI
SARI
OBASTAN VİKİ
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Adi sar
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Tüklüayaq sar
Tüklüayaq sar (lat. Buteo lagopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 51-61 sm, kütləsi 800—1300 q. olur. Adi sara oxşayır, lakin bədəninin aşağı hissəsi parlaqdır. Tülküayaq sar Avrasiya və Şimali Amerikada yayılmışdır.
Əsl sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qızılquyruq sar
Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir. Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər.
Do Sar (Bicar)
Do Sar (fars. دوسر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Do Sar (Qürvə)
Do Sar (fars. دوسر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 304 nəfər yaşayır (74 ailə). Əhalisini kürdlər təşkil edir.
Qazan Sar (Bukan)
Qazan Sar (fars. قازان سر‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (7 ailə).
Çelovnah Sar (Talış)
Çelovnah Sar (fars. چلونه سر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,294 nəfər yaşayır (285 ailə).
Edvin van der Sar
Edvin van der Sar (d. 29 oktyabr 1970, Vorhaut, Niderland) keçmiş hollandiyalı qapıçı. Peşəkar futbol karyerası ərzində Ayaks, Yuventus, Fulhem və Mançester Yunayted klublarında çıxış etmişdir. Niderland milli komandasının heyətində ən çox oyuna çıxan ikinci futbolçudur. Hal-hazırda Ayaks klubunda baş icraçı direktor vəzifəsində çalışır. O, peşəkar karyerasına başladığı Ayaksda klubun "qızıl nəsil"ə aid olan oyunçularından biri hesab olunur. Burada 9 il çıxış etdikdən sonra İtaliyanın Yuventus klubuna, sonra isə İngiltərənin Fulhem və sonda Mançester Yunayted klubuna transfer olmuşdur. UEFA Çempionlar Liqasını iki fərqli klubla qazana bilən azsaylı futbolçulardan biridir. O, bu mükafatı 1995-ci ildə Ayaksda və 2008-ci ildə Mançester Yunaytedin heyətində qazanmışdır. Van der Sar həmçinin 1992-ci ildə Ayaksın heyətində UEFA kubokunun qalibi olmuşdur.
Sar-i Ovqat (Qürvə)
Sar-i Ovqat (fars. سراب قحط‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə nəfər yaşayır ( ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfərqulu xan Sarıcalı-Cavanşir (kitab)
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Cənubi Vyetnam Müstəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Cənubi Vyetnam Mütəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb. İndiki var olan saray 1873–1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb.
De Burun sarayı
De Burun sarayı — XIX əsrdə Bakının neft milyonçularından biri olan Lev de Bur tərəfindən inşa etdirilmiş saraydır. Niyazi küçəsində (keçmiş Sadovaya) yerləşən saray 1891–1895-ci illərdə memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmişdir. Azərbaycan Dövlət Filarmoniyası ilə üzbəüz yerləşən saray binası Mircəfər Bağırovun 1951-ci ildə onu Azərbaycan Milli İncəsənət Muzeyinə verməsindən sonra bu günə kimi muzey kimi fəaliyyət göstərib. Hazırda sarayda muzeyin I korpusu yerləşir. 26 fevral 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev de Bur (1840–1889) inşa etdirmək istədiyi iki mərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 18 aprel 1888-ci ildə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) "700 kv. sajen torpaq ayırılması haqqında razılaşma" əldə edilir. 26 avqustda şəhər mühəndisi Nikolay fon der Nonne və şəhər memarı, inşaat mühəndisi Anton Kandinov sarayın planını tədiq edir. Lakin sarayın memarlıq layihəsində, memar A. Kandinovun imzası yoxdur və sarayın yeganə memarı Nikolay fon der Nonne hesab edilir. 31 avqust 1888-ci ildə sarayın inşa layihəsi Bakı Şəhər başçısı Stanislav Despot-Zenoviç və idarə heyətinin üzvü L. Nikulin tərəfindən təsdiqlənir. Tezliklə inşaat işlərinə başlanılır.
Dərbənd xan sarayı
Dərbənd xan sarayı — Dərbənd xanlarının sarayı. Şəhərin içqalasının şimal-qərb hissəsində orta əsr xan sarayı kompleksinə aid ümumi sahəsi 85 m² olan 4 bina aşkar edilmişdir.
Dərman sarımsaqotu
Dərman sarımsaqotu (lat. Alliaria petiolata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarımsaqotu cinsinə aid bitki növü. Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir. Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir. Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur. Aprel-may aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Erməni Sarovu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. Kənddə əsas məktəb və tibb məntəqəsi var. Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Estadio El Sardinero
Estadio El Sardinero İspaniyanın Santander şəhərində 1988-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion Əksəriyyətlə futbol oyununun keçirildiyi stadion, 22.400 tamaşaçı tutumuna malikdir.
Fagopyrum sarracenicum
Əkin qarabaşağı (lat. Fagopyrum esculentum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qarabaşaq cinsinə aid bitki növü.
Farnezi sarayı
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Fontenblo sarayı
Fontenblo sarayı — Fransa əsilzadə saraylarından biri. Paris şəhərinin mərkəzinə təqribən 55 km uzaqlıqda yerləşən Fontenblo şəhərindədir.
Fənərbaxça Şükrü Saracoğlu Stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Fəzləli bəy Sarıcalı-Cavanşir
Fəzləli bəy Sarıcalı-Cavanşir — Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Əfşar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi (sonradan Pənahəli xan) öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Qarabağ ellərinin sürgününə görə Nadir şaha açıq — aşkar etiraz etdiyi üçün Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar. Qarabağ xanlığı Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
Goldmanella sarmentosa
Goldmanella (lat. Goldmanella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Goldmanella sarmentosa (Greenm.) Greenm. 1908 Sinonim Goldmania Greenm.
Goldmania sarmentosa
Goldmanella (lat. Goldmanella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Goldmanella sarmentosa (Greenm.) Greenm. 1908 Sinonim Goldmania Greenm.
Grevillea sarissa
Grevillea sarissa (lat. Grevillea sarissa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea sarissa (S.Moore) Christenh. & Byng Grevillea sarissa subsp. anfractifolia McGill. Grevillea sarissa subsp. bicolor McGill. Grevillea sarissa subsp. rectitepala McGill. Grevillea sarissa subsp.
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Həsənəli bəy Sarıcalinski
Həsənalı bəy Mehdi bəy oğlu Sarıcalınski — aktyor. Mirzə Mehdi bəy Sarıcalinskinin oğlu. Şuşa qəza məktəbində oxumuşdur. Uzun illər vəkil işləmişdir.Şuşa Teatrında aktyor kimi çalışmışdır. 1882-ci ildən etibarən isə Şuşada teatr tamaşaları daha da təkmilləşməyə başlayır. Mənbələrdə deyilir: “Burda hətta müəllimlər də yay tətili zamanı bir araya toplaşaraq M.F.Axundovun əsərlərindən ibarət tamaşalar hazırlayırdılar. Bu tamaşalarda Yusif bəy Məlikhəqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Mııxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu iştirak edirdilər. Onlar əsasən M.F.Axundovun komediyalarını oynayırdılar”.
III Sarduri
III Sarduri e.ə. 639-635 ci illərdə hökm sürmüş Urartu kralı idi. Urartu Kralı , Van qayalıqlarındakı otaqların divarlarında səltənətinin on dört illik qeydini buraxmışdır. bırakırken, III Sardurinin zəfərləri, Van Qalasındakı "Xəzinə Qapısı" adı verilən bir abidəyə yazılmışdır. O zamanlar qərbdə Hititlər ilə yaxın təmasda olan Urartular, şərqdə, Urmiya hövzasinin cənub kəsimində, Manna dövləti ilə qonşu idilər. Zəfər qeydləri həmdə şimaldan, Sevan Gölü sahilinə, Gümrü və Erzurumda da yazılı olaraq qalmaqdadır.
II Sarduri
II Sarduri (e. ə. VIII əsr – e.ə. 735) — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu. I Argiştinin oğlu II Sarduri (e.ə. 764–735-ci illər) hakimiyyətə gələn zaman Urartunun çiçəklənməsini təmin edən beynəlxalq şərait dəyişməmişdi. Assuriya hələ siyasi böhrandan çıxmamışdı. Buna baxmayaraq II Sarduri bütün istiqamətlərdə müharibə aparmalı olurdu. II Sardurinin şimal yürüşləri daha uğurlu keçirdi.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.

Digər lüğətlərdə