Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülxatun məscidi
Gülxatun məscidi — Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən məscid. Məscid Səməd Vurğun küçəsindən 100 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. == Tarixi == Məscid XVII əsrdə Kərbəlayi Gülxatun adlı bir varlı qadın tərəfindən inşa edilmişdir. Məscid uzun illər istifadəsiz qalmışdır. == Tikili == Düzbucaqlı formaya malikdir. Suvaqla üzlənən məscidin fasadı yaşıl rəngə boyanmışdır. Elədə hündür olmayan gümbəz göy rəngdədir. Məscid Hacı Məcid hamamından 50-60 metr aralıdadır.
Gülxanım Abbasova
Gülxanım Qeybulla qızı Abbasova — [Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma" Laboratoriyasının müdiri, Kimya elmləri üzrə fəlsəfə doktoru, dosent. == Ümumi məlumat == Gülxanım Qeybulla qızı Abbasova 20 oktyabr 1946-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 20 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra (1964) keçmiş S.M. Kirov adına Azərbaycan Dövlət Universitenin kimya fakültəsinə daxil olmuş, universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir (1969). Elə həmin ildə o, universitetin təqdimatı ilə Neft-Kimya Prosesləri İnstitutunda kinetika və kataliz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Elmi fəaliyyətə Neft-Kimya Prosesləri İnstitutunda başlamışdır. G.Abbasova AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşov və kimya elmləri doktoru, professor Vəli Sultan oğlu Hacı-Qasımovun rəhbərliyi altında “İzobutanın izobutilenə dehidrogenləşməsi reaksiyasının qanunauyğunluğunun öğrənilməsi və katalizatorun hazırlanması” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi adına layiq görülmüşdür. G.Abbasova öncə aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi kimi, 1990-cı ildən hazırkı dövrə qədər “Elmi-texniki informasiya” laboratoriyasının müdiri vəzifəsində çalışır. Ailəlidir 2 övladı var. == Əsas elmi fəaliyyəti == Əsas fəaliyyətləri institutun tədqiqatlarının və işləmələrinin istiqamətləri üzrə elmi-texniki və patent məlumatlarının tematik, analitik və proqnoz xarakterli məcmuələrin tərtibi və buraxılması olan G.Abbasova yalnız elm sahəsində deyıl, ictimai işlərdə fəal iştirak etmişdir.
Gülyatan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülxani
Gülxani (əsl adı: Məhəmməd Şərif; 1770-ci illər və ya XVIII əsr, Gülxani[d] – 1920-ci illər) — özbək klassik şairi, yazıçısı, masalnəvilər və Özbək ədəbiyyatının satirik məktəbinin qurucularından biri. == Həyat == Gülxaniy Nəmənganda yaşamışdır. == Yaradıcılığı == Gülxaniy özbək və tacik dillərində yazırdı.
Gülpaşin (Urmiya)
Gülpaşin (fars. گل پاشين‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (69 ailə).
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985). 1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Ağaların əxlaqı və qulların əxlaqı
Ağaların əxlaqı və qulların əxlaqı (alm. Herren- und Sklavenmoral‎) ― alman filosofu Fridrix Nitsşenin əsərlərində, xüsusən də "Əxlaqın genealogiyası" (1887) əsərində toxunduğu mövzulardan biri. Nitsşe əxlaqın iki əsas növünün olduğunu iddia edir: "ağa əxlaqı" və "qul əxlaqı". Qul əxlaqına sahib insanlar xeyirxahlığa, təvazökarlığa və mərhəmətə, ağa əxlaqına sahib insanlar isə qürur, güc və nəcibliyə dəyər verir. Ağa əxlaqı, əməlləri törədəni nəticələrinin yaxşı və ya pis olmasına görə qiymətləndirir. Qul əxlaqı isə əməlləri yaxşı və ya pis niyyətə görə qiymətləndirir. Ağa əxlaqı və qul əxlaqı insan emosiyalarını nəzərə almır. Nitsşe əxlaqın bəşər mədəniyyətinin müəyyən bir növünün formalaşmasından ayrılmaz olduğunu müdafiə edirdi. Mədəniyyətin dili, onun kod və təcrübələri, mədəni təcrübə və institutlar bu iki əxlaq quruluşunun mübarizəsindən yaranır.