Gədəbəy
Gədəbəy — Azərbaycanda şəhər, Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.146 nəfərdir
Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb. Gədəbəy müharibələrdə Qarabağ üçün 5000 ümumi Vətən ücün isə 28000 Şəhid vermişdir.
İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır.
Təbii sərvətləri: Qızıl, mis, uran, gümüş
Təsərrüfatı: kartof, kələm,
Qonşuları: Tovuz, Daşkəsən, Çəmbərək 'Ermənistan' Şəmkir, Qovlar.
Qədim abidələri: Qız Qalası, Koroğlu Qalası, Siemens körpüləri, Qanlı körpü
== Tarixi ==
1989-cu il əhalinin siyahıya alınmasının nəticələrinə görə Gədəbəy şəhərində 5049 nəfər əhali yaşayırdı.