Dördlər (Gədəbəy)

DördlərAzərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd.[1]

Dördlər
40°37′ şm. e. 45°27′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dördlər xəritədə
Dördlər
Dördlər

Dördlər (oyk.)(sadə) Gədəbəy rayonunun kənd. Axıncaçayın sahilində, Şahdağ silsiləsinin ətəyindədir.

Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi dörd qardaşa (Sadiq bəy, Cəlal bəy, Alı bəy, Əmiraslan ağa) məxsus ailələrin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 343 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatıəkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (e-qanun.az)". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.