Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gətirmə konusu
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. == Məzmun == Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
İman gətirən
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
George
George — ad. George Çerney — Rumıniyalı kişi ağır atlet. George Peebles — Yarımmüdafiəçi kimi çıxış etmiş Şotlandiya futbolçusu və baş məşqçisi George Yonashiro — keçmiş Yaponiya futbolçusu.
Qətərdə futbol
Qətərdə futbol — Qətər Futbol Assosiasiyası (QFA) tərəfindən təşkil edilir. Futbol Qətərdə bir nömrəli idman növü hesab edilir. == Tarixi == === Giriş və məlumatlandırma === Neftçilər öz aralarında futbol oynamaq üçün 1948-ci ildə ölkədə liqalar və kublar yaratmağa başlamışdır. Qətərin ilk futbol klubu olan Əl-Əhli 1950-ci ildə yaradılmışdır. Formalaşmağa başladığı zamanlarda "Əl-Nacah" adı altında çıxış etmişdir. Qətərdə futbolun inkişafı Qətər Neft Şirkəti tərəfindən "İzz Səlahəddin Çempionatı" adlandırılan və 1951-ci ildə ilk futbol turniri kimi təşkil olunan çempionatdan sonra baş verdi. 1950-ci illərdə çempionatın adı "Pakkit Kuboku" kimi dəyişdirildi. Qətər Futbol Assosiasiyası 1960-cı ildə yaradıldı və birinci dəstəsində futbol çempionatı 1963-64-cü il mövsümündə başlandı. Liqanın oyunları regionda ilk ot futbol meydançası yerləşdiyi Doha Stadionunda oynanılmışdır. == Tamaşaçıların münasibəti == QSL oyunlarında tamaşaçı tutumu komandanın populyarlığından asılı olaraq 2,000 və 10,000 nəfər arasında dəyişir..
Qətərdə idman
Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı. == Futbol == Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı. Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur.
Alex George
Aleksandr Georq və ya Aleksandr Segger Georq (ing. Alexander George və ya ing. Alexander Segger George, 4 aprel 1939) — Avstraliya botaniki. == Əsərləri == Orchids of Western Australia. 1969. A New Eucalypt from Western Australia. 1970. A List of the Orchidaceae of Western Australia. 1971. Flowers and Plants of Western Australia.
Elena George
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
George Bentham
Corc Bentam (ing. George Bentham; 22 sentyabr 1800 – 10 sentyabr 1884) — ingilis botaniki. == Əsərləri == "Labiatarum genera et species" (London, 1832–1836) (lat.) "Handbook of the British Flora" (1858 и 1865) (ing.) "Flora Honkongensis" (1861) (lat.) "Flora Australiensis" (Ferdinand Müllüer ilə birlikdə, 1863–1870) (lat.) == Şərəfinə adlandırılmış taksonlar == === Cinslər === Benthamia A.Rich. Benthamiella Speg. === Növlər === Acanthocephalus benthamianus Regel Andropogon benthamianus Steud. Gardenia benthamianus F.Muell. Croton benthamianus Müll. Arg. Distemonanthus benthamianus Baill. Nicotiana benthamiana Domin Pinus ponderosa ssp.
George Haci
George Haci (rum. Gheorghe Hagi; 5 fevral 1965) — rumın futbol yarımmüdafiəçisi; XX əsrin ən yaxşı rumın futbolçusu. 2001-ci ildən məşqçi kimi fəaliyyət göstərir. == Həyatı == George Haci 5 fevral 1965-ci ildə Rumıniyada Konstansa vilayətinin Seçele kəndində anadan olmuşdur. Onun özündən böyük Elena və Sultan adında iki bacısı var. 6 yaşında ikən anası Çirata ona həyatını dəyişdirəcək və heç vaxt unutmayacağı bir hədiyyə verir nu futbol topu idi. == Klub karyerası == === "Farul" === Hacini ilk kəşf edən "Farul" (Konstansa) klubunun gənclərdən ibarət heyətini çalışdıran İosif Bukossi olmuşdur. Sonradan Hacinin futbolçu olmasında onun böyük əməyi vardır. Haci ilk rəsmi matçına 11 yaşında çıxmışdır. 1979/1980 mövsümündə lisenziyalı olaraq "Farul" (Konstansa) komandasının oyunçusu olub.
George Peebles
George Peebles (17 Oktyabr 2016-cı ildə vəfat edib) — Yarımmüdafiəçi kimi çıxış etmiş Şotlandiya futbolçusu və baş məşqçisidir. O, karyerasının böyük bir hissəsini Damferlayn Atletik FK klbunda keçirmişdir. 1960-61 Şotlandiya Kubokunun komandası ilə birlikdə qalibi olmuşdur. Peebles 1986-cı il ilə 1988-ci il aralığında Stirlinq Albion FK klbunda baş məşqçi kimi fəaliyyət göstərmişdir.
George Pintilie
George Pintilie (doğum adı: Panteley Bodnarenko; ləqəbi: Pantiuşa; 1902, Tiraspol, Xerson quberniyası – 11 avqust 1985, Buxarest) — Sovet kəşfiyyat agenti, Rusiya vətəndaşı və Ukrayna mənşəli Rumıniya kommunist aktivisti və Sekuritatenin birinci sədri. Beləliklə o, kommunist Rumıniyada həyata keçirilən repressiyanın əsas təşkilatçılarından biri kimi təxminən 400 000 insanın həbs, deportasiya və tərkisilah edilməsindən məsuliyyət daşıyırdı.
George Pop
George Pop (11 sentyabr 1993) — Rumıniyalı biatlonçu. George Pop Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == George Pop birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Pop 28:04.4 saniyəlik nəticəsi ilə 87 atlet arasında 86-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
George Ritzer
Corc Raitzer (ing. George Ritzer) —amerikalı sosioloq, professor, və müəllifidir. == Bioqrafiya == Ritzer, Nyu-York şəhərinin yuxarı Manhettenhissəsində bir yəhudi ailəsində 1940-cı ildə anadan olub. == Əsas İdeyaları == Ritzerin Makdonaldlaşdırılma konsepsiyası Maks Veberin(1864-1920) müasir cəmiyyət və mədəniyyət səmərələşdirilmə klassik nəzəriyyəsinin bir uzantısıdır.
George Sand
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır.
George Takei
Hosato Takei (ing. George Takei; 20 aprel 1937) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
George Yonashiro
George Yonashiro (d. 28 noyabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
George Çerney
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). == Həyatı == Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. === Ölümü === Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. == Bioqrafiya == Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. == Fəaliyyəti == “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
George Hotz
George Francis Hotz (2 oktyabr 1989, Qlen-Rok[d], Nyu Cersi) — geohot ləqəbi ilə Amerikalı təhlükəsizlik hakeri, sahibkar, və proqram mühəndisi. == Təhsili == Nyu Cersi ştatında maqnit dövlət liseyi olan Bergen County akademiyasında mühəndislik və dizayn Texnologiyaları üzrə təhsil alıb. Hotz İstedadlı Gənclər üçün Johns Hopkins Mərkəzinin məzunu olub. O qısa müddət ərzində Rochester Texnologiya İnstitutunda və Karnegi Mellon Universitetində də iştirak etmişdir. == Təhlükəsizlik tədqiqatı == === iOS === 2007-ci ilin avqustunda on yeddi yaşlı Corc Hotz iPhone-da SİM kilidini çıxardığını bildirir və bundan sonra o ilk SİM kilidini çıxardan şəxs kimi tanınır. === Android === 2014-cü ilin iyun ayında Hotz ABŞ bazarında istifadə edilən Samsung Galaxy S5 cihazları üçün kök istismar proqram təminatının hackini dərc etdi. İstismar haker Pinkie Pie tərəfindən aşkar edilmiş CVE-2014–3153 zəifliyi ətrafında qurulmuşdur və o, Futex altsistemindəki problemi əhatə edir ki, bu da öz növbəsində imtiyazların artırılmasına imkan verir. Towelroot kimi tanınan istismar "bir kliklə Android kökləmə aləti" olaraq təyin olundu. == Digər fəaliyyətləri == Hotz 2004-cü ildə Oreqon ştatının Portlend şəhərində keçirilən ISEF müsabiqəsində "Mapping Robot" layihəsi ilə finalçı olub. Hotz "The Googler" layihəsi ilə 2005-ci ildə ISEF müsabiqəsinin finalçısı olmuşdur.
Qətərdə təbii qaz
Qətərdə təbii qaz Qətərdəki qaz ehtiyatları dünyada aşkar edilmiş təbii qaz ehtiyatlarının təxminən 15%-ni təşkil edir və Qətərdə təbii qaz hasilatı 17,9% və ya 5,8 milyard kub fut artıb, çünki bu, dünyada ən yüksək genişlənmə sürətidir. Yaxın Şərq regionu və Şimal qaz yatağı Qatar qazının hasilatının böyük hissəsini təşkil edir, yataq 1971-ci ildə kəşf edilib və qlobal qaz ehtiyatlarının 10%-ni təşkil edir və onu dünyanın ən böyük sərbəst qaz yatağı edir. Qətər hazırda təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya və İrandan sonra üçüncü yerdədir. Qətərdəki qaz ehtiyatları 900 trilyon kub fut təşkil edir ki, bu da onu ümumi qlobal ehtiyatların 14,4%-i ilə dünyada üçüncü ən böyük ehtiyata çevirir.Qətər və İrandan. Qətər də Yaxın Şərqdə 21,7% və ya gündə 95 min barel artan neft istehlakında ən böyük artımın şahidi olub. Qətər qazına tələbatın güclü olması idxalçı ölkələri daha çox Qətər qazı əldə etməyə məcbur edir ki, bu da Qətər və onun qaz ixrac edən şirkətlərinin Qatar Petroleum-dan mövsümi bir məbləğ olan təxminən 90 milyon kubmetr əlavə qaz əldə etdiyini göstərir. Qətər ölkəyə və onun törəmə şirkətlərinə xidmət edən kondensat anbarının genişləndirilməsi layihəsini tamamlamağa çalışır.Genişləndirməyə anbar tutumu üçün 3 anbar çəninin əlavə edilməsi daxildir, çünki hazırda cəmi 3 çən var. Əsas müştəriləri ilə bağlanan müqavilələrin uzunmüddətli və sabit qiymətlərlə olmasını nəzərə alsaq, maliyyə böhranı ölkəyə ciddi təsir göstərməyib, Dövlətin əldə etdiyi ən görkəmli nailiyyətlərdən biri yenidən maliyyələşdirmə üçün 4,1 milyard dolların təmin edilməsidir. Qətər bu yaxınlarda 2024-cü ilə qədər mayeləşdirilmiş təbii qaz hasilatını hər il 110 milyon tona çatdırmaq üçün 105 milyard riyal dəyərində Şimal Yatağı layihəsinin birinci mərhələsinin işlənməsi üçün müqavilələr imzaladığını elan etdi. == ixrac edir == Qətər 2020-ci ildə ixracı 83 milyon metrik ton baryeri keçdiyi üçün dünyanın ən böyük təbii qaz ixracatçısı oldu.
Ətiqə İzmayılova
Ətiqə İzmayılova (19 mart 1932 – 2006) — Azərbaycanın aparıcı etnoqroflarından biri == Həyatı == 1932-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Öz əmək fəaliyyətini Talış mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşğul olmuşdur. Ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinə rəhbərlik edib.
Ən çox gəlir gətirən filmlərin siyahısı
Ən çox gəlir gətirən filmlər — Dünya üzrə gəlir gətirməsi miqyasına görə filmlərin siyahısı. Filmlər film icarəsi, rəqəmsal satış və icarə, ticarət və televiziya yayımı və yayım hüquqları da daxil olmaqla bir çox mənbədən gəlir əldə edir. Buna baxmayaraq, filmin kommersiya uğurunun əsas göstəricisi, əsasən digər göstəricilərlə müqayisədə məlumatların mövcudluğu və tarixi təcrübə səbəbindən teatr kassası hesab olunur. Məqalədə kino tarixində ən çox gəlir gətirən filmlərin siyahısı (həm nominal dəyəri, həm də inflyasiya nəzərə alınmaqla), ilin kassa liderləri və ən çox gəlir gətirən filmlərin xronologiyası, ən çox gəlir gətirən film seriyalarının və film franşizalarının siyahısı təqdim olunur. Bütün cədvəllər, başqa bir mənbə göstərilmədiyi təqdirdə, Box Office Mojo veb saytına görə beynəlxalq icarə əsasında tərtib edilir. Ənənəvi olaraq, musiqili filmlər, Müharibə filmləri və tarixi dramlar ən populyar janrlar idi, lakin XXI əsrdə kassada film franşizaları üstünlük təşkil etməyə başladı. Hal-hazırda onların arasında lider mövqeləri super qəhrəman filmləri tutur. Marvel Cinematic Universe filmlərinin ümumi haqları 27 milyard dollardan çoxdur və "Avengers: Endgame" filmi, "Avengers" dastanının dördüncü hissəsi və seriyanın 22-ci filmi siyahıda ikinci yerdədir. Həm də görkəmli bir yer tutur " J. J.-nin sehrli dünyası. K. Roulinq", "Orta yer", "Tez və qəzəbli"və" Karib Dənizinin Quldurları".
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.