Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gerontofiliya (film, 2013)
"Gerontofiliya" (ing. Gerontophilia) — 2013-cü ilin, rejissor Brüs LaBrüsün, cavan oğlanla qoca kişinin sevgi həyatından bəhs edən melodram filmi. == Məzmun == 18 yaşlı Lake öz həmyaşıdlarından fərqlənmir. Amma müəyyən məqamda oğlan özünün qəribə seksual tərcihini özündə aşkarlayır — onu qoca kişilər cəlb edir. O təsəvvür edir ki, bu qoca kişilər bir zaman cavan, parlaq və olduqca cəlbedici idilər. Tibb bacısı işləyən anası oğlunun yay tətili zamanı onu işlətmək üçün qocalar evinə işə götürür. Burada Lake aşkar edir ki, medpersonal psixotrop maddələri sui-istifadə edirlər, bu maddələrlə pasientləri huşsuz edirlər. Qocalar evində o mister Pibodi ilə yaxından dostlaşır. Onlar arasında, böyük yaş fərqinə baxmayaraq romantik əlaqələr başlayır. Mister Pibodi Lake'ə etiraf edir ki, o okeanı sonuncu dəfə görməyi arzulayır.
Gerontofobiya
Gerontofobiya (yun. gerōn - qoca fobos - qorxu) — bu, qocalma fobiyası və ya qocalmağa nifrət və qorxudur. Bir çox insanda bu fobiya var. == Yaş ayrı-seçkiliyi == Yaş ayrı-seçkiliyinin ayrı-seçkilik aspektləri güclü Gerontofobiya ilə bağlıdır.Qocaya qarşı bu anormal qorxu və ya nifrətin səbəbi bir gün bütün gənclərin qocalması və qocalığın ölümlə bitməsidir. Ölümü qəbul etmək istəməməsi yaşlılara qarşı düşmənçilik və ayrı-seçkilik davranışlarına səbəb olur.