gerontofiliya

gerontofiliya
geromorfizm
gerontologiya
OBASTAN VİKİ
Gerontofiliya (film, 2013)
"Gerontofiliya" (ing. Gerontophilia) — 2013-cü ilin, rejissor Brüs LaBrüsün, cavan oğlanla qoca kişinin sevgi həyatından bəhs edən melodram filmi. == Məzmun == 18 yaşlı Lake öz həmyaşıdlarından fərqlənmir. Amma müəyyən məqamda oğlan özünün qəribə seksual tərcihini özündə aşkarlayır — onu qoca kişilər cəlb edir. O təsəvvür edir ki, bu qoca kişilər bir zaman cavan, parlaq və olduqca cəlbedici idilər. Tibb bacısı işləyən anası oğlunun yay tətili zamanı onu işlətmək üçün qocalar evinə işə götürür. Burada Lake aşkar edir ki, medpersonal psixotrop maddələri sui-istifadə edirlər, bu maddələrlə pasientləri huşsuz edirlər. Qocalar evində o mister Pibodi ilə yaxından dostlaşır. Onlar arasında, böyük yaş fərqinə baxmayaraq romantik əlaqələr başlayır. Mister Pibodi Lake'ə etiraf edir ki, o okeanı sonuncu dəfə görməyi arzulayır.