Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Graniera
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Grazina Zayac
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. == Həyatı və yaradıcılığı == Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.
Hermonie Granger
Hermiona Ceyn Qreyncer (ing. Hermione Jean Granger; 19 sentyabr 1979, İngiltərə) — C.K. Roulinq tərəfindən yazılmış Harri Potter ardıcıllığının əsas personajlarından biri. Silsilədəki ilk görünüşü Harri Potter və Fəlsəfə Daşında cadugərlik məktəbinə gələn yeni bir şagird olaraq olmuşdur. İrəliləyən hissələrdə praktik zəkası və ensiklopedik məlumatları ilə Harri Potterin yaxın yoldaşı olmuşdur. Roulinq, Hermionadan daha gənc bir yaşda onun etibarsızlığı ilə ona bənzədiyi və müvəffəqiyyətsizlikdən qorxduğunu ifadə etmişdir == Personaj == Hermiona Ceyn Qreyncer 19 sentyabr 1979-cu ildə doğulmuşdur. Maql doğumludur (ing. Muggle-born). Harri və Ronun ən yaxın dostudur. Qəbul etməsə də Rondan xoşlanmaqdadır. Hoqvarts döyüşündəykən Ron evçinlərini qurtarmaları lazım olduğunu söyləyincə Hermionadan bir öpüş qazanmışdır.
North American XF-108 Rapier
XF-108 Rapier, North American Aviation aviasiya şirkəti tərəfindən SSRİ mənşəli supersonik kəşfiyyat və qırıcı təyyarələrinə qarşı (MiG-25 Foxbat) ABŞ və Kanadanı qorumaq üçün hazırlanması dizayn mərhələsində ikən dayandırılmış hərbi təyyarə. Layihənin proqram qiyməti 141.9 milyon ABŞ dolları təşkil etmişdir.
Hermann Qrabner
Hermann Qrabner (12 may 1886, Qrats – 3 iyul 1969[…], Bolsano, Trentino-Alto Adice) — Avstriya bəstəkarı və musiqi müəllimi idi. == Həyatı == Qrabner 12 May 1886-cı ildə Qrasda anadan olub. 1909-cu ildə məzun olduğu Graz Universitetində hüquqşünaslıq təhsili aldı. Paralel olaraq 1910-cu ilə qədər Leopold Suchsland ilə musiqi təhsili aldı. Daha sonra Leypsiq Konservatoriyasında Max Reger və Hans Sitt ilə birlikdə oxudu. 1912-ci ildə Meininger Teatrında Reger köməkçisi olaraq çalışdı. 1913-cü ildə Strasburq konservatoriyasında musiqi nəzəriyyəsinin müəllimi oldu. Birinci Dünya Müharibəsi zamanı Avstriya Ordusunda xidmət etdi. 1919-1924-cü illərdə Hochschule für Musik und Darstellende Kunst Mannheim-də nəzəriyyə və quruluş müəllimi idi. Heidelbergdəki Musiqi Akademiyasında da dərs demişdir.
Yeni ərazilər
Yeni ərazilər (Çin dilində: 新界; ingilis dilində:New Territories, kanton dilində: san gaai — hazırda Honkonq və Koulun adalarını da əhatə edən və Honkonqun xüsusi inzibati rayonlarının üçdə bir hissəsini əhatə edən ərazilər. Yeni ərazilərin əhalisi 3 691 093 nəfərdir (2006). Əhalinin sıxlığı hər km²-ə 3,8 min nəfərdir . Sahəsi 952 km²-ə yaxındır. Yeni ərazilərə daxil olan dairələr: Kxuayçxin (Kvay-Tsinq) (Kwai Tsing, 葵青區) — əhalisi 524 min nəfər, ərazisi 23,34 km². Kvay-Tsinq 1985-ci ildə Çxyunvan dairəsinin tərkibindən ayrılması nəticəsində təşkil olunmuşdur. İlk vaxtlar dairə Kvay-Çunq və Tsinq-İ, 1988-ci ildən Kvay-Tsinq adlandırılmışdır. Çxyunvan (Tsin-Van) (Tsuen Wan, 荃灣區) — əhalisi 289 min nəfər, ərazisi 61,71 km². Tsin-Van dairəsi 1982-ci ildə təşkil olunmuşdur, lakin 1985-ci ildə ondan ayrılmış ərazilərdə yeni Kxuayçxin dairəsi təşkil olunmuşdur. Txyunmun (Tyun-Mun) (Tuen Mun, 屯門區) — əhalisi 502 min nəfər, ərazisi 82,89 km².
Brittni Qrayner
Brittney Yevette Griner (18 oktyabr 1990, Hyuston, Texas)— Qadınlar Milli Basketbol Assosiasiyasının (WNBA) Phoenix Mercury komandasının peşəkar basketbolçudur . O , ABŞ qadın milli basketbol komandası ilə iki dəfə Olimpiya qızıl mükafatı və altı dəfə WNBA All-Star mükafatını qazanıb. == Orta məktəb karyerası == Griner Hyustondakı Nimitz Liseyində oxuyub. Birinci kurs tələbəsi kimi universitet voleybolu oynayırdı. İkinci kursdan başlayaraq, Griner oğlan basketbol komandası ilə məşq etdi və dunk etməyi öyrənmək üçün Nimitz futbol məşqçisi ilə çalışdı. Gənclik mövsümündə onun dunklarını əks etdirən YouTube videosu 6,6 milyondan çox izlənildi və bu hadisə onun Shaquille O'Neal ilə görüşünə səbəb oldu. 11 noyabr 2008-ci ildə Hyuston Alief Hastinqsə qarşı oyunda 25 blok etmişdi, bu, ABŞ-də orta məktəb oyununda ən çox qadın tərəfindən qeydə alınan blok sayı idi 2008–09 mövsümündə o, 318 blok edərək mövsüm rekorduna imza atdı. Griner WBCA All-American seçildi və 2009 WBCA High School All-America Oyununda iştirak edərək 20 xal və 9 ribaund toplayaraq komandaya liderlik etdi. == Kollec karyerası == 2010-cu ilin yanvarında o, qadın kollec basketbol oyunu zamanı dunk edən yeddinci oyunçu oldu və kollec karyerasının ikinci və üçüncü smaçını etdi. Texas Dövlət Universitetinə qarşı 99–18 hesabı ilə qələbə qazandılar.
Qazilər (Duzluca)
Qazilər — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı 1403-cü il qeydlərində ermənicə "məhsul verən, bərəkətli" mənasını verən Parnaqud, 1854-cü və 1928-ci il qeydlərində isə Pərnavut kimi qeyd edilmişdir.
İsrailin işğal etdiyi ərazilər
İsrailin işğal etdiyi ərazilər — İsrailin 1967-ci il Altıgünlük müharibədən bəri işğal etdiyi Fələstin ərazilərini və Colan təpələri üçün istifadə edilən ifadə. Əvvəllər Sinay yarımadasını və Livanın cənubunu da işğal etmişdir. Altıgünlük müharibədə İsrailin qələbəsindən əvvəl Fələstin ərazilərinin işğalı Misir və İordaniya arasında bölünmüş, birincisi Qəzza zolağını, ikincisi isə İordan çayının qərb sahilini ilhaq etmişdir. Sinay yarımadası və Colan təpələri müvafiq olaraq Misir və Suriyanın suverenliyi altında idi. "İşğal edilmiş" və "ərazilər" terminləri İsraillə bağlı ilk dəfə Altıgünlük Müharibədən sonra hazırlanmış Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 242 saylı Qətnaməsində birgə formada istifadə edilmişdir. Burada qeyd edilmişdir: "Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması aşağıdakı hər iki prinsipin tətbiqi ilə" əldə ediləcək: "İsrail Silahlı Qüvvələrinin son münaqişədə işğal olunmuş ərazilərdən çıxarılması; Bütün iddialara və ya döyüş vəziyyətlərinə xitam verilməsi və bu ərazidəki hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə və onların təhlükəsiz və tanınmış sərhədlər daxilində təhdidlərdən və ya güc aktlarından azad şəkildə sülh şəraitində yaşamaq hüququna hörmət edilməsi və tanınması". İsrail 2005-ci ildə Qəzzə zolağından birtərəfli qaydada ayrılmışdır. BMT və bir sıra insan hüquqları təşkilatları İsraili Qəzzə zolağının blokadasına görə işğalçı dövlət hesab etməkdə davam edir. İsrail bu xarakteristikanı rədd edir. 24 sentyabr 2021-ci ildə BMT Baş Assambleyası qarşısında çıxış edən FMİ Prezidenti Mahmud Abbas İsrailə Fələstin əraziləri üzərindəki hərbi işğalına son qoyması üçün bir illik ultimatum vermiş və bunu etməməsinin nəticə verəcəyini bildirmişdir.
Şəhidlər və qazilər (film, 1991)
Film Bakıda 1990-cı il yanvarın 20-də sovet ordusu əsgərləri tərəfindən gülləbaran edilmiş şəhər sakinlərinin şəhid olmaları və əlil qalmaları barədə danışır.
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu» (gürc. საქართველოს კანონი ოკუპირებული ტერიტორიების შესახებ) — Gürcüstanın Abxaziya, Cənubi Osetiya ərazilərində Abxaziya Muxtar Respublikası və Tsxinvali bölgəsi, habelə bitişik bölgələr olaraq görünən xüsusi bir hüquq rejimi quran qanunvericilik aktı. == Qanunun qəbul tarixi == SSRİ-nin dağılmasından və Gürcüstan SSR-nin müasir Gürcüstana çevrilməsindən sonra bir sıra silahlı qarşıdurmalar nəticəsində (Cənubi Osetiya müharibəsi (1991-1992), Abxaziya müharibəsi (1992-1993)) iki tanınmamış Tiflis hökumətinin nəzarətində olmayan dövlətlər quruldu — əraziləri müvafiq olaraq keçmiş Abxaz Muxtar Sovet Sosialist Respublikası və Cənubi Osetiya Muxtar Dairəsi olan Abxaziya və Cənubi Osetiya. Gürcüstan 1992-ci ildə dünyanın əksər ölkələrindən beynəlxalq hüquqi tanınma aldı, Abxaziya və Cənubi Osetiya uzun müddət tanınmadı. 2008-ci ildə Gürcüstanla Cənubi Osetiya arasında silahlı qarşıdurmadan sonra (Abxaziya və Rusiya da Cənubi Osetiyanın tərəfində idi) Rusiya və bir sıra digər ölkələr Abxaziya və Cənubi Osetiyanı suveren müstəqil dövlətlər kimi tanıdılar. Gürcüstan baxımından, hökuməti tərəfindən nəzarət edilməyən ərazilər Rusiya tərəfindən işğal edilir. 23 oktyabr 2008-ci ildə Gürcüstan Parlamenti 3-cü oxunuşda "İşğal olunmuş ərazilər haqqında" qanunu qəbul etdi. 31 oktyabr 2008-ci ildə qanun Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən imzalanmışdır. 2009-cu ilin avqustunda Gürcüstanda siyasi sığınacaq istəyən şəxslər üçün Abxaziya və Cənubi Osetiya üzərindən tranzit daşımalarına icazə vermək üçün qanuna dəyişiklik ediləcəyi elan edildi. 2013-cü ilin fevral ayında Gürcüstan hökuməti bu qanunu yumşaltmaq üçün parlamentə dəyişikliklər etdi.
Ölkə və ərazilər üzrə COVID-19 pandemiyası
Bu məqalədə 2019-cu il koronavirus xəstəliyinə (COVID-19) səbəb olan və COVID-19 pandemiyasına görə məsul olan ağır kəskin respirator sindrom koronavirusu 2 (SARS-CoV-2) ilə təsirlənən ərazilərdə vəziyyət ümumiləşdirilmiş və sənədləşdirilmişdir. COVID-19-a yoluxan ilk insan faktı 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin paytaxtı Uhanda aşkar edilib. Bu səhifədə təqdim olunan rəqəmlər bildirilən hallara və ölümlərə əsaslanır. Bəzi yüksək gəlirli ölkələrdə ümumi təxmin edilən halların və ölümlərin bildirilmiş hallara və ölümlərə nisbəti aşağıdır və 1-ə yaxındır, bəzi ölkələrdə isə 10 və hətta 100-dən çox ola bilər. COVID-19 nəzarət üsullarının tətbiqi geniş şəkildə dəyişir. Ölkələr üzrə ümumi təsdiqlənmiş halları və hər milyon nəfərə düşən ümumi təsdiqlənmiş halları göstərən dünya xəritələri. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. Məlumatlar "Our World" tərəfindən rəsmi mənbələrə əsaslanaraq təsdiq oluna bilən rəqəmlərdən hazırlanıb.