Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rişiri
Rişiri (yap. 利尻 — Yapon dənizində Hokkaydo adasından 20 km şimal-qərbdə yerləşir. Vulkan məşəlli adadır. Sahəsi 182,11 km², sahil xəttinin uzunluğu 63 km. Ada öz adını Aynu dilidən götürmüşdür. Mənası rii-shiri — «hündür ada» deməkdir. == Coğrafiya == Adaya gələn turistərin çoxu adaya hündürlüyü 1721 m olan Rişiri-san dağıdır görməyə gəlirlər. Dağ ilk baxışdan Fudziyama dağını xatırladır. Avropalılar üçün İsveçrədə yerləşən Alp dağlarını xatırladır. Açıq havada 120 km şimalda yerləşən Rusiyaya məxsus Moneron adasından görmək olar.
Fərid Misirli
Fərid Eldəniz oğlu Misirli (1 yanvar 2001, Yuxarı Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan — 8 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Misirli 2001-ci il yanvarın 1-i Füzulidə anadan olub.11 yanvar 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin İyul ayında həqiqi hərbi xidmətini bitirib. 1 sentyabr 2020-ci ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fərid Misirli Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. 8 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhid olmuşdur. Füzulidə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Misirli Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Mir Hidayət Hisari
Mir Hidayət Hisari — azərbaycanlı şair, tədqiqatçı, yazıçı, tarixçi və folklorşünas. Əslən Mərəndin Yekan Kəhriz kəndindən və Azərbaycanın Yekanat seyidlərindən idi ki, Culfada dünyaya gəlmişdir. O, əsərlərini Azərbaycan və fars dillərində yazıb. 82 yaşında Tehranda vəfat edib.
Minbaş-i Hisarlı (Marağa)
Minbaş-i Hisarlı (fars. ‎‎‎مين باش حصارلو‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (19 ailə).