Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ədviyyat
Ədviyyat — xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar aiddir. Ədviyyatların hamısı ekzotik mənşəli olub Uzaq Şərqin tropikal bölgələrində yetişir. Onlar əsasən iki növə ayrılırlar: ədviyyat və ətirli otlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyat xörəyin ləzzətini artırır. Ədviyyat həm də iştaha açıcıdır. Azərbaycan mətbəxində istifadə edilən əsas ədviyyat növləri bunlardır: vanilin mixək darçın hil quru nanə toz və dənə qara istiot zəfəran sumaq sarıkök zəncəfil zirə cirə razyana Ətirli otlar xörəklərə dad və ləzzət vermək üçün istifadə edilən bitki növləridir. Bu bitkilərin yarpaqları, çiçəkləri, toxumları, meyvələri, kök və ya zoğları istifadə edilir.
Ədviyyat yolu
Ədviyyat yolu və yaxud Baharat yolu — Hindistan, Molukka adaları və Şərqi Afrikanı Aralıq dənizi ölkələri ilə birləşdirən yer üzündəki ən qədim ticarət yollarından birinin quru hissəsi. Ticarət yolu Ərəbistan və Qırmızı dəniz limanlarından başlayırdı. Burada mallar Petra vasitəsilə Aralıq dənizi sahillərinə gedən karvanlara yüklənirdi. Ticarəti asanlaşdırmaq üçün Kraliça Hatşepsut, fironlar III Senusret və I Nexo və Əhməni çarı I Dara Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanal qazmağa cəhd etmişdilər. Ticarət yolunun adı şərti olaraq, ədviyyat yolu adlanırdı, çünki, yol ilə Hindistan və Uzaq Şərqdən müxtəlif ədviyyatlar gətirilirdi. Lakin ədviyyatla yanaşı, bu yol ilə həm də Şərqi Afrikadan qiymətli ağac və fil sümüyü, Çindən ipək, qızıl, gümüş və qiymətli daşlar da daşınırdı. XIII əsrdən başlayaraq müsəlman dövlətlərinin (Məmlük dövləti, Osmanlı və Səfəvi imperiyaları) ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı. Ədviyyat ticarəti Asiya, Şimal-Şərqi Afrika və Avropadakı tarixi sivilizasiyaları əhatə edirdi. Darçın, kassiya, istiot, hil, zəncəfil, bibər, sarıkök, muskat fındığı, anis, mixək və s.