Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəsilə
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Acıçiçək (fəsilə)
Acıçiçəkkimilər (lat. Gentianaceae) — bitkilər aləminin acıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Yarpaqları qarşılıqlı, sadə, bütövkənarlı, çiçəkləri iri və parlaq olur, meyvəsi qozadır. Bu fəsiləyə aid bitkilərə demək olar ki, bütün qitələrdə rast gəlinir. 70-dən artıq cinsi və 1000-ə qədər növü var. Hamısının tərkibində acı qlükozid olur. Azərbaycanda bu fəsiləyə daxil olan 6 cinsiə aid 23 növ bitir. Bunlardan acıçiçək və isitməotu daha çox əhəmiyyətlidir. Bəzi növlərindən dərman bitkisi kimi, bəzilərindən isə gülçülükdə istifadə edilir.
Aterinlər (fəsilə)
Aterinlər (lat. Atherinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Fırçaotu (fəsilə)
Neobisiidae (fəsilə)
Neobisiidae Yalançıəqrəblər dəstəsinə daxil olan fəsilə. Fəsiləyə daxil növlər əsasən Afrika, Amerika və Avrasiya ərazisində yayılmışlar. == Cinslər == Fəsiləüstünə daxil olan cinslər: Altfəsilə Microcreagrinae Balzan, 1892 : Acanthocreagris Mahnert, 1974 Alabamocreagris Ćurčić, 1984 Americocreagris Ćurčić, 1982 Australinocreagris Ćurčić, 1984 Bisetocreagris Ćurčić, 1983 Cryptocreagris Ćurčić, 1984 Dentocreagris Dashdamirov, 1997 Fissilicreagris Ćurčić, 1984 Globocreagris Ćurčić, 1984 Halobisium Chamberlin, 1930 Insulocreagris Ćurčić, 1987 Lissocreagris Ćurčić, 1981 Microcreagris Balzan, 1892 Minicreagris Ćurčić, 1989 Orientocreagris Ćurčić, 1985 Roncocreagris Mahnert, 1974 Saetigerocreagris Ćurčić, 1984 Stenohya Beier, 1967 Tartarocreagris Ćurčić, 1984 Tuberocreagris Ćurčić, 1978 Altfəsilə Neobisiinae Chamberlin, 1930 : Balkanoroncus Ćurčić, 1975 Ernstmayria Ćurčić & Dimitrijević, 2006 Microbisium Chamberlin, 1930 Neobisium Chamberlin, 1930 Novobisium Muchmore, 1967 Occitanobisium Heurtault, 1977 Paedobisium Beier, 1939 Parobisium Chamberlin, 1930 Protoneobisium Ćurčić, 1988 Roncobisium Vachon, 1967 Roncus L. Koch, 1873 Trisetobisium Ćurčić, 1982 == İstinadlar == == Xarici keçidlər == Chamberlin, 1930: A synoptic classification of the false scorpions or chela-spinners, with a report on a cosmopolitan collection of the same. Part II. The Diplosphyronida (Arachnida-Chelonethida). Annals and Magazine of Natural History, ser. 10, n. 5, p.|1–48 & 585–620.
Neştərçələr (fəsilə)
Neştərçələr (lat. Branchiostomatidae) — Başıxordalılar (lat. Cephalochordata) və ya kəlləsizlər (lat. Acrania) yarımtipinə aid olan yeganə fəsilə. (Branchiostoma lanceolatum (Pallas, 1774) Fəsilənin az-çox tanınmış nümayəndəsidır.
Suzanbağı (fəsilə)
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Vəsilə Fəttahova
Vəsilə Fəttahova (tam adı: Vəsilə Rafizovna Fəttahova; başq. Фәттәхова Вәсилә Разиф ҡыҙы; d. 31 dekabr 1979, Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ – ö. 26 yanvar 2016, Ufa, Başqırdıstan, Rusiya) — başqırd müğənni; Başqırdıstanın (2015) və Tatarıstanın (2015) əməkdar artisti. == Həyatı == Vəsilə Fəttahova 31 dekabr 1979-cu ildə Başqırd MSSR-in Beloretsk şəhərində anadan olmuşdur. S. Nizametdinov adına Uçalı İncəsənət və Mədəniyyət Kollecinin xor şöbəsini bitirmişdir. 1999-cu ildə Ufa şəhərinə gəlmiş, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olmuşdur. Artıq oktyabr ayında o, Aydar Qalimovun qrupunda bekvokal kimi qastrola yollanır. == Yaradıcılığı == Vəsilə Fəttahova "Tuğan yak", "Yanqış mileş", "Atayım" hitlərinin də ifaçısı idi. === "Tuğan yak" === Müğənni "Tuğan yak" mahnısı sayəsində populyarlıq qazanmışdır.
Vəsilə Hacıyeva
Vəsilə Hacıyeva (Vəsilə Cümşüd qızı Hacıyeva; 12 aprel 1969, Bakı) — siyasi elmlər üzrə elmlər doktoru, professor. == Həyatı == Vəsilə Hacıyeva 12 aprel 1969-cu ildə Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. === Ailəsi === Atası - Cümşüd Hüseyn oğlu Hacıyev (Türkel) 1936-cı ildə Borçalı mahalının Sarvan (Gürcüstan Respublikasının Marneuli) bölgəsində Hüseyn Məhəmməd ağa oğlu Hacıoğlu və Məşədi Şahval Seyyid Əskər ağa qızı Hacıseyyidlinin (Şahvalın anası Məşədi Faxransa Tiflisin Topçiyevlər nəslindən olmuş və bu nəslin nümayəndələri həm də Topçubaşov soyadını daşımışlar) övladı olaraq dünyaya gəlmiş, 1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində tələbə olarkən tələbə dissident hərəkatının, 1980-ci illərin sonu və 90-cı illərin əvvəlində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, öncə Birlik Partiyasının ideoloqu və qurucusu, daha sonra isə Türk Dünyası Birliyi Partiyasının qurucusu və lideri olmuşdur. 11 noyabr 2004-cü ildə vəfat etmişdir. Anası - Şövqiyyə Məhyəddin qızı Hacıyeva 1943-cü ildə Ağdaş şəhərində müəllim ailəsində, 1920-ci illərdə bolşevik hakimiyyəti tərəfindən repressiya və təqibə məruz qalaraq Zərdab rayonundan qaçıb "səsikəsiklər" (qolçomaq) ünvanı qazanmış Məhyəddin Zakir ağa oğlu Kərimov və Yaxşıxanım Alı qızı İsmayılovanın ailəsində anadan olmuşdur, riyaziyyat müəllimidir. === Təhsili === Orta təhsilinə Bakı şəhərindəki 260 saylı orta məktəbdə başlamış və 1986-cı ildə 171 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası Fakültəsini "Elektron Hesablama Maşınları" ixtisası üzrə bitirərək mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir. == Fəaliyyəti == 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət və onun informasiya təminatı" mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Vəsilə Vahidqızı
Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; 19 avqust 1967, Laçın rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri. == Həyatı == Vəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb. 2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib. İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır. 2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub. Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Vəsilə Əhmədova
Əhmədova Vəsilə (Əhmədova Vəsilə Abduləli; 1948. Əyyublu, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — tarixçi. == Həyatı == 1970-76-cı ildə S.Kirov adına Bakı Dövlət Universiteti Tarixçi ixtisasına yiyələnmişdir. == Elmi əsərləri == Füzuli arxeoloji ekspedisiyası haqqaında (1975) (A.O.M. 1976 rus dilində, V. Əhmədova, Q. İsmayılov) B. 1978 Azərbaycanın qərb rayonlarında çörək bişirmə haqqında etnoqrafik materiallar (1977) “Elm” nəşriyyatı, Azərb. Arxeol. və etnoqraf. tədqiqatları (rus dili), Bakı, 1980 Naxçıvan MSSR-də çörək məmulatının bəzi məsələləri (azərb. dilində). “Elm” nəşriyyatı, Respublika aspirantlarının elmi konfransının materialları (az. dilində) II kitab, B., 1981 Azərbaycanın şimali-şərq zonasında bəzi çörəkbişirmə vasitələri (Qusar rayonunun materialları əsasında) (1978) *“Azərbaycan arxeoloji və etnoqrafik tdqiqatları” (rus dilində).
Zeytun (fəsilə)
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. == Sinonimləri == Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…]) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri == İlkin tərcümeyi-hal == Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.
Əməköməci (fəsilə)
Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir. Azәrbaycanda 9 növü mәlumdur.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Husilər
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Hənifə
Hənifə — Azərbaycan Respublikasının Balakən rayonunda kənd. == Tarixi == Hənifə Balakən rayonununda kənddir. Balakən çayının sahilindədir. Oykonim kəndin ilk sakinlərindən olan Hənifə adlı bir şəxsin adı ilə bağlıdır.
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Qəsidə
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə.
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. == İstinadlar == == Mənbə == Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az-əbcəd. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? ==
Xəsili
Xəsili — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Xəsili kəndi rayon mərkəzindən və Bərdə dəmir yolu stansiyasından 15 km cənub-şərqdə, Qarabağ düzündədir. == Əhalisi == Əhalisi pambıqçılıq, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğuldur.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Hesiod
Hesiod (bəzən Heziod kimi də yazırlar; qədim yunanca Ἡσίοδος, e.ə VIII-VII əsrlər) — qədim yunan şairi və epos söyləyəni (rapsod), didaktik və genealoji epos cərəyanının nümayəndəsi. == Həyatı == Hesiod Eolidada (Kiçik Asiya, müasir Türkiyə ərazisi) yerləşən Kimdə Diy adlı yoxsullaşmış tacirin ailəsində anadan olmuşdu. Atası sonradan Beotiyaya köçmüş və Helikon dağı yaxınlığında yerləşən Askra kəndində kənd təsərrüfatı ilə məşğul olmuşdu . Hesiod yazırdı ki, burada “yay ağır, qış pis, heç vaxt xoş olmayan” idi. Kasıb kəndli ailəsindən olan oğlanın niyə şair olması məlum deyil. Hesiod özü danışırdı ki, yeniyetmə çağlarında, mal-qara otaran zaman Helikon nimfaları onun yanına gələrək ona ilahi mahnılar bəstələmək istedadı və rapsodun (el-obanı gəzərək epos danışan şair) fərqlənmə nişanı olan dəfnədən hazırlanmış əsa verdilər. Hesiod peşəkar rapsod (rapsodu bizim aşıqlarla müqayisə etmək olar) idi. Öz əsərlərində o kiçik Asiya qəhrəmanlı eposunun dilinidən və stilistik texnikasından yeni məqsədlər üçün- dini və mənəvi ehkamların təbliği üçün istifadə edirdi. Hesiod muzaların həqiqəti demək üçün “çağırdığı” peyğəmbər qismində çıxış edir və Homerin adsız davamçılarından fərqli olaraq, ilk dəfə yunan poeziyasında özünü şəxsiyyət kimi müəyyən edir və öz adını söyləyir. Xronoloji cəhətdən mümkünlüyü şübhə doğuran əfsanəyə görə, Hesiod hətta Homerin özü ilə də yarışaraq ona qalib gələ bilmişdi.