HƏBİB
HƏBİBULLA
OBASTAN VİKİ
Həbibə Allahverdiyeva
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili == Həyatı == Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir.2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır.25 elmi məqalənin müəllifidir. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.2015-ci il V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşunaslıq üzrə fəlsəfə doktorluğu üzrə dissertasiyasının müdafiə etmişdir. 2019-cu ildə Təsviri incəsənət ixtisasında, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır.2020-ci il VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır. == Fərdi sərgiləri == 2002-ci ildə may ayında Naxçıvan Dövlət Universitetində sərgi salonunda.2008-ci il 6 mart Naxçıvan Dövlət Universitetində sərgi salonunda Beynəlxalq Qadınlar gününə həsr olunmuş fərdi sərgi.2011-ci il 18 noyabrda Naxçıvan MR B. Kəngərli adına sərgi salonu "Payız düşüncələri" adlı fərdi sərgi.2017-ci il 8 may Naxçıvan Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Rənglərdə zamanın təcəssümü" adlı fərdi sərgi.2017-ci il 20 iyun Bakıda Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda keçirilən "Nuh yurdunun rəngləri" adlı fərdi sərgi.
Həbibə Qasımova
Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR - ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim == Həyatı == Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir. 1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
Həbibə Soltanova
Həbibə Soltanova Bayraməli qızı (d. 4 sentyabr 1948-ci ildə Bakının Maştağa qəsəbəsi) — coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Soltanova Həbibə Bayraməli qızı 1948-ci ildə Bakının Maştağa qəsəbəsində doğulmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsində təhsil almışdır. coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir. == Elmi fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlamışdır. 1972-ci ildən BDU-nun «Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası» kafedrasında(2004-cü ilin iyul ayından «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrası adlanır) baş laborant. 1980-ci ildən assistent.1985-ci ildən baş müəllim.1988-ci ildən dosent vəzifələrində çalışmışdır.1996-cı ildən həmin kafedranın müdiridir.Elmi fəaliyyəti əsasən xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası istiqamətində olmuşdur. Respublika, regional və beynəlxalq konfranslarda (Türkiyə Respublikasının Çanaqqala Universiteti-1997-ci il, İran İslam Respublikasının Yəzd şəhəri-2000-ci il) məruzələrlə çıxış etmişdir.
Həbibə Məmməd qızı
Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir. Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir. == Kitabları == 1965 - “Ayrıla bilmədim” 1969 - “Xəzri həmişə əsmir” 1970 - “Günəş məndən göyçəkdir” 1972 - “Bahar çiçəkləri” 1982 - “Onu hamı sevirdi”Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
больше... ветвра́ч выгрыза́ть криве́ть оку́клиться пиани́ст преесте́ственно со́тников ума́щиваться экскурсио́нный карасёвый маскиро́вочный надлежа́ть по-банди́тски рассредото́чить суро́к франкофо́нский blanching komatik Luton newshound scampi topsy-turvy безрассудный чёртик