Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dazıotu
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Yağıotu
Yağıotu (lat. Epilobium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinə aid bitki cinsi.
Amur yağıotu
Amur yağıotu (lat. Epilobium amurense) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Atropatan dazıotu
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. == Botaniki təsviri == Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir.
Bataqlıq yağıotu
Bataqlıq yağıotu (lat. Epilobium palustre) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Boyayıcı dazıotu
Ensizyarpaq yağıotu
Chamaenerion angustifolium (lat. Chamaenerion angustifolium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin chamaenerion cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.
Girdəağızcıq yağıotu
Hibrid çatıotu
== Təbii yayılması: == Vətəni Cənubi Amerikadır. == Botaniki təsviri: == Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. == Ekologiyası: == Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacı oğlu Kərimov (1906, Nuxa – 12 iyun 1977, Şəki) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur. Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.
Tükcüklü yağıotu
Tükcüklü yağıotu (lat. Epilobium hirsutum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü. Hündürlüyü 50-150 sm, gövdəsi düz, çox budaqlanmış, aşağı hissədə az tilli, yuxarı hissədə dəyirmidir, uzun bizvari tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Payızda uzun, qalın, pulcuğabənzər yarpaqları olan lətli budaqlar əmələ gətirən qalın kökümsovu vardır. Yarpaqları (təpə yarpaqlarından başqa) qarşı-qarşıya düzülmüşdür, oturaqdır, uzunsov və ya uzunsov neştərvaridir, gövdənin həcmini artırandır, sivri dişlidir, dişcikləri qabağa əyilmişdir, hər iki tərəfdən uzun nazik tüklərlə örtülmüş və uzunluğu 3-12 sm, eni isə 1-3 smdir. Çiçəkləri təkdir, yuxarı yarpaqların qoltuğunda yerləşmişdir. Tac enli qıfşəkillidir, alqırmızı rəngdədir, iridir; ləçəkləri dəyirmi əksinə yumurtaşəkilli olub, iki bölümlüdür, uzunluğu 10-18 mm-dir, eni də eyni ölçüdədir. Qutucuq qismən tüklüdür, uzunluğu 4-8 (10) sm, eni 2 mm-ə qədərdir. Toxumları qonur rəngli olub, üzərində sıx məməciklər yerləşmiş, təpə hissədə dəyirmi, aşağıya doğru isə daralmış formadadır, uzunluğu 2,5 mm, eni 0,5 mm-dir. İyun-sentyabr aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.
Yapon yağıotu
Epilobium pyrricholophum (lat. Epilobium pyrricholophum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Zəif dazıotu
Qışlaq-i Hacıoğlu (Əhər)
Hacıoğlu Qışlağı (fars. قشلاق حاج اوغلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (39 ailə).