Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ballata
Ballata (it. ballata, ballere sözündən əmələ gəlir, tərcümədə "rəqs etmək" deməkdi) — XIII–XV əsrlərdə yaranan İtaliyada poeziya və musiqi forması,Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri. XIII əsrdə və XIV əsrin birinci yarısında təksəsli, amma XIV əsrin ikinci yarısında isə (italyan Ars Nova dövründə) çoxsəsli rəqsli mahnıya çönür. Ən mühüm ballata musiqi nümunələrini italiyalı bəstəkar Françesko Landini yaradıb. Digər müəlliflər isə Landininin davamçıları sayılır:Nikkolo Perudjiyskiy, Bartolino Paduanskiy, Andrea Florentinskiy. Poeziya forması:ripresa (nəqərat)+stanza (oxumağın başlığı)+ripresanın təkrarı. Stanza isə öz növbəsində iki piedaya (duru) və volta (dönüş) bölünür. Ripresanın və voltun qurum uzunluğu eynidi, piedin qurumu isə ayrıdı. Ripresada və voltda şeir sayı birdən dördə qədər ola bilər (çox vaxt 3 dənə olur), piedalarda yalnız 2 dənə ola bilər. Bir sətirli ripresiya müasir mənbələrdə ballata minima adlanır, iki sətirli-ballata minore, üç sətirli-ballata mezzana, dörd sətirli isə ballata grande.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.