Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hektor
Hektor (yun. Ἕκτωρ) - (e.ə.270-ci il) yunan mifologiyasına görə qüdrətli sərkərdə, Troyanın qoruyucusu, Troya çarı Pryamın oğlu olmuşdur. Hektor adı ilk olaraq yunan mifologiyasının əsas mənbəyi sayılan Homerin "İliada" dastan poemasında xatırlanır. Poemaya əsasən Troya çarının böyük oğlu olub, Kiçik Asiyada qeyri adi qüvvəyə və ən qüdrətli orduya malik olmuş, onillik Troya müharibəsinin əsas qəhrəmanlarından biridir. O. bütün həyatını Troyanı yadelli düşmənlərdən qorumağa sərf etmişdir. Hektor Poemada tək cəsur cəngavər kimi deyil eyni zamanda qayğıkeş oğul, qardaş, ata və sevgidolu həyat yoldaşı kimi də təsvir edilmişdir. O, tanrıların qayğıları ilə əhatə olunmuş bir qəhrəmandır. Poemaya əsasən onun həyatı, qələbələri, məğlubiyyəti və ölümü tanrıların vermiş olduqları qərarlara bağlıdır. Zevsin troyalılara qələbəni hədiyyə etməsindən narahat olan Hera hadisələrin gedişinə mane olmaq qərarına gəlir. Zevsin könlünü aldıqdan sonra onu şirin yuxuya verərək, özü Poseydonun yanına gələrək ondan axeylilərə kömək etməyi tapşırır.
Hektor Bellerin
Hektor Bellerin "Arsenal" klubunun və İspaniya milli futbol komandasının Müdafiəçisi .
Hektor Berlioz
Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir. == Həyatı == Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır.
Yonas Hektor
Yonas Hektor (alm. Jonas Hector‎; 27 may 1990, Saarbrükken) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda və Almaniya milli futbol komandasında müdafiənin sol cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur.
Cozef Heko
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. == Həyatı == === ABŞ səfəri === Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi.Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır. Burada gömrük məmuru B. Sanderslə tanış olmuş və onun köməyi ilə 1852-ci ilin avqustunda Baltimora gəlmişdir.
Bento
Bento (弁当) – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir. Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur. Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər. Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur.
Getto
Getto (it. ghetto) — orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Gettolar müasir dövrdə adətən böyük şəhərin kənarında yerləşən, və yoxsulların, qaçqınların, çox vaxt keçmiş müstəmləkələrin və geriyə qalmış ölkələrdən gəlmiş immiqrantların məskunlaşdığı rayonlardır. Gettolarda cinayətkarlıq bir neçə dəfə orta göstəricilərdən artıq olur. Siyasi böhranlar vaxtı gettolar üsyan yuvalarına çevrilir.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 100 m² və hektar – 100 ar və ya 1/100 km² qiymətləndirildi.
Hokuto
Hokuto (yap. 北斗市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Oşima sabprefekturada yerləşən şəhər.
Hotto
Hotto (xorv. Hottó) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdürləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Nikto
Nikto, təhlükəli fayllar/CGI-lər, köhnəlmiş server proqram təminatı və digər problemlər üçün veb-serverləri skan edən pulsuz proqram təminatının komanda xətti zəiflik skaneridir. Ümumi və server tipli xüsusi yoxlamaları həyata keçirir. O, həmçinin qəbul edilən kukiləri çəkir və çap edir. Nikto kodunun özü pulsuz proqramdır, lakin proqramı idarə etmək üçün istifadə etdiyi məlumat faylları isə xeyr. 1.00 versiyası 27 dekabr 2001-ci ildə buraxılmışdır. == Xüsusiyyətləri == Nikto 6700-dən çox potensial təhlükəli fayl/CGI aşkarlaya bilər, 1250-dən çox serverin köhnəlmiş versiyalarını yoxlayır və 270-dən çox serverdə versiyaya aid problemləri yoxlayır. O, həmçinin çoxsaylı indeks fayllarının və HTTP server seçimlərinin mövcudluğu kimi server konfiqurasiya elementlərini yoxlayır və quraşdırılmış veb serverləri və proqram təminatını müəyyən etməyə çalışır. Skan elementləri və plaginlər tez-tez yenilənir və avtomatik olaraq yenilənə bilər. == Növləri == Nikto-nun bəzi varsiyaları var, onlardan biri MacNiktodur. MacNikto, Apple-ın Xcode və Interface Builder proqramında qurulmuş, GPL şərtlərinə uyğun olaraq buraxılmış AppleScript GUI şell skript paketidir.
A sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Alekto (mifologiya)
Alekto — (q.yun. Ἀληκτώ q.yun. Ἀληκτώ Ἀληκτώ də Ἀλληκτώ — bağışlamaz, amansız, barışmaz, və heç vaxt istirahət etməyən) Yunan mifologiyasında intiqam ilahəsi, Ereblə Nyuktanın üç qızından biridir (Furi ya Erini) (və ya "nigahsız gecənin qızı") və Uranın axtalanmasından fışqıran qan damlalarından dünyaya gəlib . Meger və Tisifon bacılarıdır . Onu Virgildəki Gera da çağırır . == Müasir mədəniyyətə təsiri == 1901-ci ildə kəşf edilən Saturn peykindəki Dion krateri asteroid Alecto (465) Alektonun şərəfinə adlandırılıb. Harry Potter haqqındakı film və kitablar seriyasının qadın personajlarından biri Alekto adını daşıyır..
Ceyms Hetton
Ceyms Hetton (ing. James Hutton; 3 iyun 1726 – 26 mart 1797) — şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas. Müasir geologiyanın və geoxronolgiyanın banisi olan Hetton, həmdə aktualizm və plutonizm nəzəriyyəsinin yaradıcısı hesab olunur. == Həyatı == Ceyms Hetton 1726-cı ildə Şotlandiyanın Edinburq şəhərində anadan olmuşdur. Atasını tez itirən Hatton Edinburq Kral məktəbini bitirmiş və 14 yaşında Edinburq universitetinin hüquq fakultəsinə daxil olmuş. 18 yaşında fizika labaratoriyasında assistent olmuş, sonra Parisə gedərək orda üç il yaşamışdır. 1749-cü ildə Leyden Universitetində tibb elimləri doktoru olmuş. 1750-ci ildə sonra Hetton kənd təsarrüfatı və geologiya ilə maraqlanmağa başladı. 1768-ci ildə şəxsi fermasını kirayəyə verərək Hatton geologiya ilə ciddi maraqlanmağa başladı. Ceyms Hetton Şotlandiyanın tanınmış alimləri olan Ceyms Vatt və Adam Smit ilə yaxın dost idi.
Charlie Hebdo
Charlie Hebdo - Paris şəhərində nəşr edilən karikatura dərgisi. Qəzet 1969-1982-ci illərdə yayımlanmış, 1992-ci ildə isə dayandırılmış fəaliyyətini yenidən bərpa etmişdir. Charlie Hebdo həftəlik olaraq nəşr edilir. Çərşənbə günləri işıq üzü görən qəzet sol-anarxist görüşü ilə tanınır. 2009-cu ildən etibarən Charlie Hebdonun redaktorluğunu Stefan Şarbonye həyata keçirdirdi. Şarbonyeyə qədər isə Fransua Kavanna (1969-1981) və Fİlip Val (1992-2009) baş redaktor vəzifəsini yerinə yetirmişdir. 45.000 tirajla nəşr edilən Charlie Hebdo nəşr etdiyi qalmaqallı karikaturaları ilə məşhurdur. == Tarixi == Charlie Hebdo qəzetinin əsası Parisdə nəşr edilən bir digər karikatura dərgisi olan Hara-Kirinin fəaliyyəti ilə bağlıdır. 1960-cı illərdə nəşr edilən Hara-Kiri General Şarl de Qoll barəsində çıxardığı karikaturalar səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Karikaturistlər bağlanan karikatura dərgisinin əvəzinə Charlie Hebdo adlı qəzet ilə yola davam etməyə qərar verirlər.
Vektor
Vektor (riyaziyyat və fizika)
Beko
BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır. Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı.
Həftə
Həftə farsca هـفـت sözündən götürülüb, 7 deməkdir. Həftə 7 gündən ibarətdir: Bazar ertəsi (Birinci gün) Çərşənbə axşamı (İkinci gün) Çərşənbə (Üçüncü gün) Cümə axşamı (Dördüncü gün) Cümə (Beşinci gün) Şənbə (Altıncı gün) Bazar (Yeddinci gün) == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misir də on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Həkim
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. == Həkim andı == Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.