KİMİN, KİMİNKİ
KİMSƏNƏ
OBASTAN VİKİ
Bu şəhərdə kimsə yoxdur
Bu şəhərdə kimsə yoxdur — azərbaycanlı yazıçı, filosof-şərqşünas və psixoloq Rövşən Abdullaoğlunun ilk romanı. == Məzmun == Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir.
Bu şəhərdə kimsə yoxdur (roman)

Bu şəhərdə kimsə yoxdur (serial)
Bu şəhərdə kimsə yoxdur — Rövşən Abdullaoğlunun eyniadlı romanı və hələ çap olunmamış "İş № 999" əsərləri əsasında “KAC Group Media” tərəfindən istehsal edilir. Rejissor Rüfət Şahbazov və prodüser Amiran Babayev tərəfindən 2024-cü ildə ekranlaşdırılmış və 1 mart 2024-cü ildən Xəzər TV-də yayımlanmağa başlamış psixoloji-dram mövzulu Azərbaycan teleserialı. Layihədə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar Əbdülqəni Əliyev, İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih canlandırır. Teleserialın çəkilişlərinə 2024-cü ilin yanvarın 22-də başlanılıb, serialdan ilk fraqmentlər isə 25 fevralda yayımlanıb. "Qara Niva" adlanan ilk bölümü martın 1-də efirə gedən serial hər həftənin cümə günü Xəzər TV-də yayımlanır. Serialın eyniadlı musiqisinin bəstəkarı Tərlan Məmmədhüseynov, ifaçısı isə Rafael Şabanovdur. == Qalereya == == Həmçinin bax == Ata ocağı Yuxu kimi Əqrəb mövsümü == İstinadlar == == Xarici keçidlər == YouTube-da — izlə Murad. "Məşhur yazıçı öz həyatı barədə film çəkilməsini istəyir - MÜSAHİBƏ". hit.az. İstifadə tarixi: 2024-03-12.
Qırx kimsənə məscidi
Qırx kimsənə məscidi — Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyəti nümunələrindən biri də XIV əsrə aid “Qırx kimsənə” məscididir. Оrdubad rayonunun Nüsnüs kəndində yerləşən və yerli əhali arasında “Qırx kimsənə” adlanan bu məscid həm də ziyarətgahdır. Məscidin binasının оrtasında birinci mərtəbədən başlayaraq qalxan, daşdan hündürlüyü təxminən beş metr оlan bir sütun vardır. Məscidin birinci mərtəbəsində yerləşən ziyarətgahın giriş qapısı üzərində ərəb dilində dоqquz sətirdə həkk edilmiş kitabənin mətnindən aydın olur ki, bu məscid Səid Bahadır xanın səltənəti dövründə (1316-1335-ci illər) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkin tərəfindən inşa edilmişdir. Kitabə hicri təqvimi ilə çərşənbə axşamı, 4 ramazan 726-cı ildə (4.08.1326) yazılmışdır. Kitabədə verilən məlumatdan aydın оlur ki, Naxçıvan ərazisi Hülakilər dövlətinin sоn dövrlərində də həmin dövlətin tərkibində оlmuşdur. Məscid 1993-cü ildə bərpa edilmişdir.

Digər lüğətlərdə