Hektor
Hektor (yun. Ἕκτωρ) — (e.ə.270-ci il) yunan mifologiyasına görə qüdrətli sərkərdə, Troyanın qoruyucusu, Troya çarı Pryamın oğlu olmuşdur.
Hektor adı ilk olaraq yunan mifologiyasının əsas mənbəyi sayılan Homerin "İliada" dastan poemasında xatırlanır. Poemaya əsasən Troya çarının böyük oğlu olub, Kiçik Asiyada qeyri adi qüvvəyə və ən qüdrətli orduya malik olmuş, onillik Troya müharibəsinin əsas qəhrəmanlarından biridir. O. bütün həyatını Troyanı yadelli düşmənlərdən qorumağa sərf etmişdir.
Hektor Poemada tək cəsur cəngavər kimi deyil eyni zamanda qayğıkeş oğul, qardaş, ata və sevgidolu həyat yoldaşı kimi də təsvir edilmişdir. O, tanrıların qayğıları ilə əhatə olunmuş bir qəhrəmandır. Poemaya əsasən onun həyatı, qələbələri, məğlubiyyəti və ölümü tanrıların vermiş olduqları qərarlara bağlıdır.
Zevsin troyalılara qələbəni hədiyyə etməsindən narahat olan Hera hadisələrin gedişinə mane olmaq qərarına gəlir. Zevsin könlünü aldıqdan sonra onu şirin yuxuya verərək, özü Poseydonun yanına gələrək ondan axeylilərə kömək etməyi tapşırır.