– Dolandı həftələr, dolandı aylar; Sənətlə bir yerdə ucaldı Aygün.
Həftələr, aylar keçir; Axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli.
// Hər hansı gündən başlayaraq hesablanan yeddigünlük vaxt, müddət.
Xəstəlik iki həftədən bəridir ki, davam edirdi.
Əhmədov bir həftə deyildi ki, buraya, tikinti işinə icraçı mühəndis təyin olunmuşdu.
// Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr edilmiş yeddigünlük müddət. Yaşıllaşdırma həftəsi. Uşaq ədəbiyyatı həftəsi. Ədəbiyyat və incəsənət həftəsi.
◊ Həftə səkkiz, mən doqquz – həmişə, daima, tez-tez. Həftə səkkiz, mən doqquz xəstələnir. Həftə səkkiz, mən doqquz maşın xarab olur.
– [Fərhad] həftə səkkiz, mən doqquz kağız yazıb, Aslandan pul istəyirdi.
[Yunis xalasına:] Budur, Yaqut ərə getdiyi üç ay deyil, amma axır zamanlar həftə səkkiz, mən doqquz gəlib, anasının yanında qalır.