Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Periton
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Hektor
Hektor (yun. Ἕκτωρ) - (e.ə.270-ci il) yunan mifologiyasına görə qüdrətli sərkərdə, Troyanın qoruyucusu, Troya çarı Pryamın oğlu olmuşdur. Hektor adı ilk olaraq yunan mifologiyasının əsas mənbəyi sayılan Homerin "İliada" dastan poemasında xatırlanır. Poemaya əsasən Troya çarının böyük oğlu olub, Kiçik Asiyada qeyri adi qüvvəyə və ən qüdrətli orduya malik olmuş, onillik Troya müharibəsinin əsas qəhrəmanlarından biridir. O. bütün həyatını Troyanı yadelli düşmənlərdən qorumağa sərf etmişdir. Hektor Poemada tək cəsur cəngavər kimi deyil eyni zamanda qayğıkeş oğul, qardaş, ata və sevgidolu həyat yoldaşı kimi də təsvir edilmişdir. O, tanrıların qayğıları ilə əhatə olunmuş bir qəhrəmandır. Poemaya əsasən onun həyatı, qələbələri, məğlubiyyəti və ölümü tanrıların vermiş olduqları qərarlara bağlıdır. Zevsin troyalılara qələbəni hədiyyə etməsindən narahat olan Hera hadisələrin gedişinə mane olmaq qərarına gəlir. Zevsin könlünü aldıqdan sonra onu şirin yuxuya verərək, özü Poseydonun yanına gələrək ondan axeylilərə kömək etməyi tapşırır.
Dan Meridor
Dan Meridor (ivr. ‏דן מרידור‏‎; 23 aprel 1947, Qüds) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri. == Həyatı == Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub. İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir.Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur. 1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi. 2003-cü ildə Likuda qayıtdı.
Habrobracon hebetor
Habrobracon hebetor (lat. Habrobracon hebetor) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin brakonidlər fəsiləsinin habrobracon cinsinə aid heyvan növü. == Xarici quruluşu == Parazitin döş hissəsi qonur-qaramtıl olub, üst tərəfdən qırmızımtıl-sarımtıl rəngdədir. Bədəninin uzunluğu 3,5–4 mm-dir. Bığcıqları qara olub, dişilərdə 16-17 buğumlu, erkəklərdə isə 20-25 buğumludur. == Həyat tərzi == Abşeron ərazisində yaşıllıqlara zərərverən yarpaq və tumurcuq fırfıralarının, qızılgül yarpaqbükəninin, qızılqarın kəpənəyin, tək ipəksarıyanın, valehedici gözəlçənin və Ağ Amerika kəpənəyinin tırtıllarında parazitlik edir. Bəzək bitkiləri sahələrində, xüsusilə Bakı şəhərində, Mərdəkan qəsəbəsində və ətraf kəndlərdə salınmış yaşıllıq sahələrində yayılaraq, zərərvericilərin sayının azalma-sında böyük təsərrüfat əhəmiyyətinə malik rol oynayır. Aparılan hesablamalara görə zərərvericilərin tırtıllarının 15-20% -i Bracon hebetor paraziti ilə yoluxmuş olur. Parazitin bioekologiyasına və sahibi yoluxdurmasına dair Naxçıvan bölgəsində tədqiqat işləri aparmış Zəkəriyyə Məmmədov Bracon hebetor parazitinin meyvə zərərvericilərini yüksək dərəcədə yoluxdurmasını nəzərə alıb, onun bioloji mübarizədə istifadə edilməsini təklif etmişdir. Müəllif, parazitin (laboratoriya şəraitində) cənub anbar odlucası üzərində çoxaldılması və meyvə bağlarına buraxılması yollarını göstərmişdir.
Hektor Bellerin
Hektor Bellerin "Arsenal" klubunun və İspaniya milli futbol komandasının Müdafiəçisi .
Hektor Berlioz
Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir. == Həyatı == Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır.
Yonas Hektor
Yonas Hektor (alm. Jonas Hector‎; 27 may 1990, Saarbrükken) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda və Almaniya milli futbol komandasında müdafiənin sol cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur.
Heriot-Vatt Universiteti
Heriot-Vatt Universiteti — 1821-ci ildə Edinburqda qurulmuş və 1966-cı ildən universitet kimi faəliyyət göstərən dünyanın ilk mexanik universitetidir. == Kampusları == Universitetin Scottish Borders, Orkney, Dubay və Malayziyada kampusları var.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Perito Moreno Buzlağı
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Şarl Moris de Taleyran-Periqor
Şarl Moris de Taleyran-Periqor (fr. Charles Maurice de Talleyrand-Périgord; 2 fevral 1754, 13 fevral 1754 və ya 1754, Paris, Fransa krallığı – 17 may 1838[…] və ya 1838, Paris, İyul monarxiyası) — Fransa dövlət xadimi və diplomat, 1799-1807 və 1814-1815–ci illərdə Fransanın xarici işlər naziri, Vyana konqresinin iştirakçısı. == Həyatı == Taleyran 2 fevral 1754-cü ildə Paris yaxınlığında mövcud olan Qaransyer küçəsi evdə dünyaya göz açmışdı. Bu küçə XV əsrdən mövcud idi. Onun ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De Bovil və Mareyin baronu idi. Anası isə krallıq dövrünün saray xanımlarından idi. Şarl Morisi Sen-Sülpisdə balaca bir kilsədə xaç suyuna saldılar. Onun xaç atası əmisi Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin arxiyepiskopu olacaqdı. Kilsədən çixandan sonra uşaq dayəsi ilə birlikdə Sen Jaka göndərildi.