Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Herşel adası
Herşel adası (ing. Herschel Island) — Yukon ərazisinin ən ucqar şimal nöqtəsidir. Adada hal-hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Şimal Buzlu okeana daxil olan Bofort dənizində 69-cu paralel daxilində yerləşir. Materikdən 2 km aralıda yerləşir. Adanın uzunluğu 14,5 km, eni 8 km, ən hündür nöqtəsi 183 metr təşkil edir. Yerli əhali adanı kee keek ta ruk və ya Qi kiq daryuk adlandırırlar. Mənası "bu — ada" deməkdir. Noyabrdan iyula qədər ada buzla örtülü olur. Adadan 90 km aralıda daimi buzlaqlar yerləşir.
Karolina Herşel
Karolina Herşel (alm. Caroline Herschel‎ 16 mart 1750, Hannover — 9 yanvar 1848, Hannover) — ingilis-alman əsilli astronom. == Həyatı == Karolina Herşel hərbi musiqiçi ailəsində anadan olmusdu. 1772-ci ildə böyük qardaşı, Uilyam Herşelin dəvəti ilə İngiltərəyə gəldi və həyatının qalan qırx ilində onun ayrılmaz köməkçisi oldu. İlk səkkiz ildə Uilyam musiqi ilə məşğul oldugu vaxt Karolina bir müğənni kimi onun bütün musiqi əsərlərini ifa edirdi. Uilyam musiqi ilə yanaşı astronomiya ilə də maraqlanırdı. Karolina isə ona araşdırmalarında kömək edirdi. Boş vaxtlarında Karolina göy üzünü müşahidə edirdi və 1783-cü ildə üç yeni dumanlıq aşkar etdi. 1786-cı ildə Karolina yeni komet kəşf etdi. Bu komet bir qadın tərəfindən aşkar edilən ilk komet idi.
Uilyam Herşel
Vilyam Herşel (Fridrix Vilhelm Herşel) (alm. Friedrich Wilhelm Herschel‎; 15 noyabr 1738, Hannover – 25 avqust 1822, Slau) – alman əsilli İngiltərə astronomu. Uran planeti və onun iki peykini, Saturn planetinin iki peykini, infraqırmızı şüalanmanı kəşf edib. Həmçinin elə də olmayan 24 simfoniyanın müəllifidir. == Həyatı == Kasıb musiqiçi İsaak Herşelin ailəsində doğulan Vilyam Herşel gənc yaşlarında qoboy ifaçısı olaraq ordu orkestrində xidmət etmişdir. Tərkibində olduğu hərbi polkla Hannoverdən İngiltərəyə gələn Herşel 1757-ci ildə musiqiyə daha çox vaxt ayıra bilmək üçün ordudan ayrılır. Halifaks şəhərində orqan ifaçısı musiqi müəllimi kimi bir müddət işlədikdən sonra o, kurort şəhəri olan Baz şəhərinə gəlir. Burada ictimai konsertlərə rəhbərlik edir. Musiqi, daha sonra riyaziyyata yaranan marağı onun optika ilə tanış olmasına gətirib çıxardır və tezliklə linzalar, optik şüşələrlə apardığı təcrübələr onda astronomiyaya maraq oyadır. Böyük teleskop almağa maddi imkanı olmayan Herşel özü teleskop düzəltmək qərarına gəlir.
Vilyam Herşel

Con Herşel
Ser Con Frederik Uilyam Herşel, 1-ci Baronet (/ˈhɜːrʃəl, ˈhɛər-/ ; 7 mart 1792[…] – 11 may 1871[…], Kent qraflığı) — riyaziyyatçı, astronom, kimyaçı, ixtiraçı, blueprint-i icad edən və botanika işləri ilə məşğul olan eksperimental fotoqraf kimi fəal ingilis polimatı
Herşel Kosmik Teleskopu
Herşel Kosmik Teleskopu — infraqırmızı kosmik teleskop.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Hevsel bağları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Hevsel bağçaları

Herseqli Hüseyn Paşa
Herseqli Hüseyn Paşa (ö. 1595) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən herseq olan Bayram ağanın oğlu olub, Sokollu Mehmed Paşa tərəfindən Əndəruna alındı. Belə ki, qardaşı Sənan ağa paşanın qızıyla evliydi və bu səbəblə Hüseyn və Sənan sürətlə yüksəlməyə başladılar. Burdakı təhsilini tamamlamasının ardından 1567-ci ilin martında Herseq sancaqbəyi olaraq saraydan ayrıldı. 2 il boyunca bu vəzifədə qaldıqdan sonra 1569-cu ilin martında Bosniya bəylərbəyliyinə yüksəldi. Ardından 1572-ci ildə Diyarbəkir, 1573-cü ildə isə Misir bəylərbəyliyinə gətirildi. Ancaq burada olan əsgərin özbaşınalığı qarşısında aciz qalan Hüseyn Paşa 18 ay qaldığı vəzifədən çox keçmədən 22 sentyabr 1574-cü ildə alındı və İstanbula geri çağırıldı. Ardından Hələb, 1575-ci ilin iyulunda Anadolu, 1578-ci ildə Bağdad, 14 noyabr 1580-ci ildə Şam, 1585-ci ildə yenidən Diyarbəkir, 1594-cü ildə isə yenidən Bosniya əyalətinə təyin edildi.
Herseqli Əhməd Paşa
Herseqli Əhməd Paşa (23 dekabr 1455, Herseq Novi, Bosniya Krallığı – 21 iyul 1517, Qəhrəmanmaraş, Zülqədəroğulları bəyliyi) — II Bəyazid və Yavuz Sultan Səlim səltənətlərində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1455-ci ildə Herseq Novidə dünyaya gəldi. Əsl adı Stjepa olub, sonuncu Bosniya kralı Stefan Tomasoviçin ən kiçik oğludur. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından atası Osmanlı təbəəliyini qəbul etmiş, o əsnada 8 yaşında olan Stjepa əsir olaraq Osmanlı sarayına göndərilmişdi. Ancaq 3 il sonra atası vəfat etmiş, qardaşları Vladislav və Vlatko arasındakı taxt mübarizəsinin ardından Herseqovina bölgəsi tamamilə Osmanlıların əlinə keçmişdir. Bu səbəblə, artıq siyasi mövqeyini itirən Stjepan saray xidmətinə alındı. Adı Əhməd olaraq dəyişdirildi və ailəsinin məmləkəti Herseqovinaya nisbətlə Herseqli olaraq anılmağa başlandı. Onunla eyni dönəmdə yaşayan tarixçi Kamalpaşazadə isə Herseqlinin saray alınmasını başqa formada təsvir edir. Onun yazdığına görə, Fateh Sultan Mehmed Herseqovinanı ələ keçirdiyi əsnada kral Stefan və böyük oğlu qaçmış, Dubrovnikdə qalan kiçik oğlu Stjepan isə Osmanlılar tərəfindən ələ keçirilərək saraya göndərilmişdir. Fateh Sultan Mehmedin etibarını qazanan Herseqli Əhməd sarayda müxtəlif vəzifələrdə xidmət edərək miraləmliyə qədər yüksəldi.
Qərsələ
Qərsələ — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir ki onunda 18 nəfəri kişi, 20 nəfəri qadındır.
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hərmələ ibn kahil əsədi
İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. == Həyat == Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib. == Aşura günü == Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.