Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hidrometeoroloji müşahidə şəbəkəsi
Hidrometeoroloji müşahidə şəbəkəsi−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Respublikanın ilk hidrometeoroloji məntəqələri Kür çayı üzərində qurulmuşdur. 1888 – ci ildə Yevlax, Zərdab və Sabirabadda, 1898 –ci ildə isə Salyanda təşkil edilmişdir. == Giriş == Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 28 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi, 15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir. == Hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması == Avtomat meteoroloji stansiyalar Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılmış, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunmuşdur Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılmışdır. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür. Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılmışdır. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir.
Nazim Hüseynov (hidrometeoroloq)
Nazim Hüseynov (17 iyul 1961, Behrud, Ordubad rayonu) — Hidrometeoroloq. Texnika elmləri doktoru, professor.[mənbə göstərin] Nazim Şəkər oğlu Hüseynov 17 iyul 1961-ci ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuşdur. O, 1978-ci ildə orta məktəbi bitirərək, Sovetlər Birliyinin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Hidrometeorologiya İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin İnstitutu mühəndis-meteoroloq ixtisası üzrə bitirmişdir. Nazim Hüseynov elmi fəaliyyətə 1985–1989-cu illərdə Moskva şəhərində SSRİ Hidrometeoroloji Elmi-Tədqiqat İnstitutunun aspirantı kimi başlamışdır. Aspiranturanı bitirərkən o, 1989-cu ildə elmi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Bundan sonra o, uzun illər hərbi və mülki aviasiya uçuşların meteoroloji təminatı sahəsində çalışaraq istehsalat karyerasında geniş təcrübə qazanmışdır. İstehsalatdan əldə olunuan təcrübədən elmi fəaliyyətində faydalanaraq, aviasiya və sinoptik meteorologiyada tətbiq olunan müasir texnoloji sistemlərə əsaslanan innovativ tədqiqat üsullarını elmi tədqiqatlarında səmərəli istifadə etmişdir. Nazim Hüseynov 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Nazim Hüseynovun Atmosfer termodinamikası, Sinoptik meteorologiya, Aviasiya meteorologiyası, İqlimşünaslıq və meteorologiya elminin digər tətbiqi sahələrini əhatə edən tədqiqat işlərinin nəticələri milli və beynəlxalq dərgilərdə çap olunmuş 90-dan çox elmi əsərlərində öz əksini tapmışdır. O, fundamental elmlər üzrə bir sıra Respublika və Beynəlxalq elmi proqram və qrantlar çərçivəsində, o cümlədən, "Azərbaycan Respublikası ərazisində təhlükəli atmosfer hadisələrinin fiziki-statistik təhlili və onların proqnoz metodları", "BMT-nin inkişaf proqramı üzrə Mülkü Aviasiyada emissiyaların inventarlaşdırılması, qiymətləndirilməsi və iqlim dəyişmələrinə təsiri", "Atmosferdə dayanıqsızlıq enerjisi və onun qiymətləndirilməsi" mövzularında elmi-tədqiqat işlərində iştirak etmişdir.