Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hikmətlər Evi
Hikmətlər evi (ərəbcə: بيت الحكمة Beyt əl-Hikmə) elm məktəbi olub 825-ci ildə Abbasilər hökmdarı olan Əl Məmun tərəfindən Bağdadda, vaxtilə İranın cənubunda mövcud olmuş Qundişapur məktəbinin formasında yaradılmışdır. Bu məktəbin yaradılması kağızın hazırlanması ilə əlaqəli idi. Bağdadda həmin vaxt bir kağız istehsal edən dəyirman tikilir. Bağdadın Suk-əl-Vərrəqin adlı kağız bazarında 100-lərlə dükan fəaliyyət göstərirdi. Bu dükanların böyük əksəriyyəti müəllimlər və yazıçılara məxsus idi. Ən məşhur kağız tacirləri Əhməd ibn Abu Tahir (819-893) və Abu'l Fərəc Məhəmməd ibn İşaq (vəfat edib 995) sayılırdılar. Hikmət evində 90-a yaxın insan yunan dilində olan elmi ədəbiyyatların ərəb dilinə tərcüməsi ilə məşğul idilər. Burada o dövrdə məlum olan bütün antik dövrün alimlərinin əsərləri ərəb dilinə çevrilir.Tərcümə olunanların arasında Hippokratın, Platonun, Aristotelin, Ptolomeyin və Arximedin də işləri vardır. Dəyərli əsərlər tərcümə olunaraq onlara yeni həyat verilmişdir və onlar sonralar Avropada elm və texnikanın inkişafında dəyərli rol oynayırlar. Tarixçi əl Qüftinin məlumatına əsasən məktəbin təşkil olunmasında 37 xristian, 8 səbai və 9 yəhudi mənşəli şəxslər iştirak edirdilər.
Cəlal Himməti
Cəlal Himməti (fars. جلال همتی‎; 6 may 1936, Kirmanşah – 23 sentyabr 2006, Los-Anceles, Kaliforniya) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. Ələvi Bəktaşilik Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Hikmətli Miniatürlər (1991)
Mövlana Himməti Əngurani
Mövlana Himməti Əngurani — Azərbaycanın 15 və 16-cı əsrdə yaşayan şair. Mahnişan şəhristanının Ənguran kəndində dünyaya gəlibdir. Şah İsmayıl Xətai dövründə Şiə Məzhəbini təbliğ etmək üçün Osmanlı İmperiyasına səfər edib.
Hikmətli miniatürlər (film, 1991)