Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hiperemiya
Hiperemiya (yun. ὑπερ- "super-" + αἷμα "qan") — bədənin müxtəlif toxumalarına qan axınının artması. Kliniki olaraq toxumaların hiperemiyası qan damarlarının oksigenli qanla dolması nəticəsində eritema (dərinin qızarması) ilə özünü göstərir. == Növləri == Aktiv və ya arterial hiperemiya (artan arterial qan axınından asılı) Venoz (passiv) hiperemiya - venoz qanın çıxışına maneə törədilməsi nəticəsində yaranan. === Aktiv hiperemiyanın səbəbləri === Mexaniki - ürəyin fəaliyyətinin artması, atmosfer təzyiqinin azalması (dəri hiperemiyası); Sinir mənşəli - damarları genişləndirən sinirlərin qıcıqlanması (tonik hiperemiya) və ya damarları daraldan sinirlərin iflici (paralitik hiperemiya). Aktiv hiperemiya zamanı toxuma şişir və onun temperaturu yüksəlir. Bu, limfa dövranının artması ilə də baş verə bilər. === Venoz hiperemiyanın səbəbləri === böyük damarların gövdələrinin sıxılması və ya daralması; müxtəlif mexaniki təsirlər (məsələn, ayaqlarin və əllərin uzun müddət hərəkət etməməsi); ürəyin nasos fəaliyyətinin zəifləməsi ilə bədəndə venoz qanın ümumi durğunluğu baş verir, şiş görünür, bütün orqanların funksiyalarının zəifləməsi və tez-tez qanaxma olur. Venoz hiperemiya zamanı toxumanın həcmi artır, temperaturu azalır və tünd mavi rəng alır. == Funksional hiperemiya == Funksional hiperemiya, metabolik hiperemiya, arterial və ya aktiv hiperemiya, toxuma aktiv olduqda baş verən qan axınının artmasıdır.
Hipotermiya
Hipotermiya — insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptom. Hipotermiya insanın uzun müddət soyuq şəraitdə qalması nəticəsində yaranır. Leysan, külək və qar kimi faktorlar hipotermiyanın yaranmasının əsas səbəblərindən hesab olunur. Gəmi qəzalarının bir çoxunda insanlar ehtimal olunduğu kimi boğulmadan deyil, hipotermiyadan vəfat etmişdir. Məsələn Titanik gəmisində olan 1.800 sərnişin -40 dərəcə havada, 10 dəqiqə ərzində hipotermiya səbəbindən həlak olmuşdur.
Huperziya quzu plaunu
Hermiya və Lisandr
Hermiya və Lisandr (ing. Hermia and Lysander) — Britaniyalı illüstrator və miniatür portret rəssamı Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş rəsmdir. Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır. Uzunluğu 89 santimetr, eni 74 santimetrdir. IX əsrdə "Yay gecəsində yuxu"nun səhnələrinə əsaslananlar daxil olmaqla pərilərin rəsmlərinin bir çoxunun artan populyarlığı var idi və Simmons bu janrda bir neçə əsərlər yaratmışdı. I Viktoriya dövrü incəsənəti üzrə ekspert Xristofer Vuda görə Simmonsun pəri rəsmlərinə daxil olan detallar "təəccübləndirici bir dəqiqliklə icra edilmişdir" və şüşə səthində çəkilmiş təəssüratı verir. Simmonsun pəri təsvirlərinin çoxu çılpaq dişilərdir və Vud onları "I Viktoriya dövrünün dovşan qızları" hesab edir. Quaş istifadə edilən akvarel texnikası ilə çəkilmiş rəsm Hermiyanı sevgilisi Lisandr ilə itdikləri tilsimlənmiş meşədə göstərir. Cütlük pərilər tərəfindən əhatə edilib; bəziləri öz zərif qanadlarını istifadə edərək uçarkən təsvir edilmişdir, başqaları isə siçanlara bağlanmış arabalarda gedir. Cütlük yorğun və yollarını itirmişdir, onlar ətrafdakı heyvan və pəri kütləsindən xəbərsizdir.