Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi
İskəmər
Miladdan iki min, üç min il öncə[1] bu bölgədə (Lulubi) və (Qutti) tayfaları məskən salmışlar, həmin bölgəyə miladdan qabaq Manna deyərmişlər[2]. Aşur şahı, Parsuva-dan hərəkətə keçib dağları, gədikləri aşıb Misov (Misov=Mişo, Mişov) ölkəsinə gəldi.Ulusunər (Osunu) ona böyük miqdarda hədiyyələr verdi… Sonra Manna şahı (Ulusunu) Sarqonla anlaşdı, Urarto ilə savaşa girib Urmu gölünün şimal hissəsi Manna ərazisi olan Misovu azad edib, Manna dövlətini geri qaytardı. Diyakonov başqa bir yerdə yazırdı: »Sarqonun yazılarında Urmu gölünün şimalı Sankibutu adlandırılır.Kəndlərini gözəl bağ-bağatlı, bulaqlarını qaynar uzun su kanalları, ormanlı-meşəli dağları, verimli torpaqları və əkinçilik sahəsinin modern üslub əsasında qurulduğunu qeyd edir.« (1və2) Professor Zehtabi yazır: »Urartolar bugünkü Güney mahalını yüz il əlində saxlamış, burada eləcə də Təbriz və Salmas məntəqəsində bu yüz il ərzində böyük əkinçilik işləri və abadanlıq tədbirləri görmüşlər.« (2) Sonralar bu bölgəyə Güney adı verildi. Bu söz təbiətdən qaynaqlanan sözdür, türkcəmizdə cənub deməkdir, daha doğrusu Mişov dağlarının cənubu anlamını ifadə edir. Daha sonra Ərvənəg-Ənzab, bu gün isə (3) Şəbistər rəsmi dövlət dairələrində (1351-1950) ilə qədər tanınmış Ərvənəg-Ənzaba xalq içində hələdə Güney deyilir. Bu bölgə Təbrizin şimal qərbində yerləşmişdir.Həmdullah Mustovfi bu haqda belə yazır(4): »Təbriz yeddi bölümdən ibarətdir, dördüncü bölümü Ərvənəgdir, on beş ağac uzunluğu beş ağac eni var.« Başqa bir sözlə uzunluğu yüz on kilometr[3] (110 km), eni otuz kilometrdir (30 km). Dəniz səviyyəsindən yüksəkliyi 1275-1300m –dir[4].Güneyin şimalında Mərənd, şimal şərqində Əhər, qərbində Salmas, cənubunda Urmu gölü yerləşir.Mişov dağı 100 km uzunu 30 km eni ilə bu bölgəni bir divar kimi ikiyə bölür. Mişov dağının ən yüksək zirvəsi Ələmlardır. Ələmdarın hündürlüyü 3165m-dir. Bu zirvə Təsi şəhərinin istiqamətində yerləşir.
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
İslamey (fantaziya)
İslamey: Şərq fantaziyası, or. 19' — rus bəstəkarı Mili Balakirevin 1869-cu ilin avqust-sentyabr aylarında fortepiano üçün yazılmış əsəri. "İslamey" adı (Kabardian-Çerkiş İslamey, Adıge İslami) Adıge (Çərkəz) xalq rəqsi deməkdir. Adətən bu rəqs melodiyası akkordeonda, skripkada ifa olunur və pxatsk (4-5 taxta lövhədən ibarət ratchet) ilə müşayiət olunur. Yaradıcılığında rus xalqının adət-ənənələrinin böyük təsiri olan bəstəkar M. A. Balakirev Qafqaza və buraya olan səyahətlərdən ilhamlanmış və nəticədə o, "İslamey" fortepiano fantaziyasını yazmaq qərarına gəlmişdir: Bu tamaşa təsadüfən 60-cı illərin sonunda üç yay dalbadal getməli olduğum Qafqazda yaranmışdı. Yerli xalq musiqisi ilə maraqlandığım üçün tez-tez yanıma gələn və özünün skripkaya bənzər aləti ilə xalq melodiyalarını ifa edən şahzadə ilə tanış oldum. Onlardan biri olan “İslamey” adlanan rəqs mənim çox xoşuma gəldi. (rus musiqisinin təbliğatçısı E.Reyssə məktub, 1892) Əsər 1869-cu ildə Sankt-Peterburqda bir ay ərzində (avqustun əvvəli - sentyabrın sonu) yazılmışdır. 1902-ci ildə Balakirev əsərə yenidən baxaraq onu 3 hissəyə bölür. “İslamey” fortepiano əsəri 3 hissədən ibarətdir: Allegro agitato-giriş, əsas mövzunun girişi Tranquillo-Andantino espressivo-tamamilə yeni mövzunun ortaya çıxması Allegro vivo-Presto furioso-əsas mövzuya qayıdış Əsər çoxlu sayda texniki cəhətdən mürəkkəb hissələrdən ibarətdir - bu da, onu Nikolay Rubinşteyn, Ferens List, Simon Barer, Mixail Pletnev, Boris Berezovski və başqaları kimi virtuoz pianoçular arasında populyarlaşdırmışdır.
İsəmət (Şaran)
İsəmət (başq. Исәмәт, rus. Исаметово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 5 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 35 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. I63 Beyin infarktı I63.0 Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli beyin infarktı I63.1 Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli beyin infarktı I63.2 Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş tıxanması yaxud stenozu səbəbli beyin infarktı I63.3 Beyin arteriyalarının trombozu səbəbli beyin infarktı I63.4 Beyin arteriyalarının emboliyası səbəbli beyin infarktı I63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və yaxud stenozu I63.6 Beyin venalarının qeyri-piogen trombozu səbəbli beyin infarktı I63.8 Başqa səbəbli beyin infarktı I63.9 Dəqiqləşdirilməmiş beyin infarktı I64 Qanaxma və ya infarkt kimi dəqiqləşdirilməmiş insult I65 Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb olmayan trombozu və ya stenozu I66 Serebral arteriyalarının beyin infarktına səbəb olmayan trombozu və ya stenozu G45 Keçici (tranzitor) serebral işemik həmlə G46 Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini fərqləndirirlər (TOAST təsnifatına görə): İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. Kardioembolik insult. Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası nəticəsində baş verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya nəticəsində yaranır. Digər məlum etiologiyalı insult: qeyri-aterosklerotik vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası və s., infeksion, autoimmun, dərman arteriitləri; hematolojı xəstəliklər – antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – venoz sinusların trombozu, miqren, hemodinamik insult və s. Naməlum etiologiyalı insult. Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir ("özək" və ya işemiyanın "nüvə" zonası).
Tranzitor işemik həmlə
Tranzitor işemik həmlə və ya tranzitor işemik hücum- kəskin infarkt(toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur. Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır.Başgicəllənmə də müşahidə oluna bilər. Ailədə işemik insult anamnezi 55 yaşdan yuxarı olan insanlar.
Folkmanın işemik kontrakturası
Folkmanın işemik kontrakturası (Volkmann s ischemic contrakture) – qan təchizatının pozulması iləbağlı əzələlərin fibrozu vəqızalması nəticəsində çox vaxt əl barmaqlarının (az halda pəncədə) caynaq formalı olmasıdır.