Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İberlər
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.
Eserlər
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
İbislər
İbislər (lat. Threskiornithidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. İri və orta böyüklükdə quşlardır. Dimdiyi uzun, aşağı əyilmiş (əsl ibis) və ya düz, uc hissəsindən enlidir (ərsindimdik). Ayaqları uzun, barmaqlarının əsası qısa pərdələrlə birləşmişdir. 20 cinsi (32 növü) vardır. Azərbaycanda iki növü qaranaz (qaravay) və ərsindimdik yuvalayır. Bataqlıq və göllərdə yayılmışdır. Koloniyalarla ağacda, qamışlıqda, qayalarda və yerdə yuvalayır; 2-3 və bəzən 4 yumurta qoyur, 3-4 həftə kürt yatır. Cücü, qurd, molyusk, xərçəngkimilər, xırda balıq, qurbağa və s.
İlirlər
İlliryalılar və ya ilirlər (q.yun. Ἰλλυριοί, Illyrii) — antik dönəmdə Balkan yarımadasının qərbinin bir qismi və İtaliya yarımadasının cənub-şərq sahillərində (Messapia) yaşamış boy qrupları. İlliryalıların bölgəsi qədim Yunan və Roma qeydlərində İlliriya olaraq verilmişdir.
Herlər
Herlər — haputluların ulu əcdadları. Qiyasəddin Qeybullayevə görə Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.
İbislər (yarımfəsilə)
İbislər (lat. Threskiornithinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Maskalı beşlər
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Beklər (Qars)
Beklər — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 119 nəfərdir (2022).
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Kəbərlər
Kəbərlər — Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri. == Tarix == IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi. Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar. Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib. === Azərbaycanda === Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar. == Mənbə == Q. A. Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s.
Mişərlər
Mişərlər (tatar. мишәр, mişər) və ya mişarilər — Tatarların subetnik qrupu. == Tarixi == Mişərlər, Tatar xalqının təşəkkülündə yer alan ən böyük ünsürlərdən biridir. Bununla birlikdə, onların Başqırd, Rus, Mordvin və başqa xalqların bünyəsinə (etnigenezisinə) girdiklərini də söyləməliyik. Mişərlər, Türk olmayan xalqlar arasında dillərini itirib asimilyasiya olmalarına baxmayaraq, Türk xalqları (özəlliklə də Tatar və Başqırdlar) arasında bu gün də dillərinin diyalektal özəlliklərini mühafizə etmişdilər. Bu səbəblə, bu gün Tatar və ya Başqırd olsalar da, onların Mişərlərdən olduğunu hər kəs asanlıqla anlaya bilir. Mişərlər Qorki, Tambov, Penza, Ulyanovsk, Saratov, Volqoqrad, Ryazan, Orenburq şəhərlərində; Mordva, Tatar və Başqırd muxtar cumhuriyətlərində yoğun olaraq yaşamaqdadırlar. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan kimi respublikalarda və Moskva, Leninqrad kimi böyük şəhərlərdə yaşayan Tatarların da çoxu Mişərdir. Son illərdə Mişərlərin etnoqrafyasıyla ilgili aydınladıcı araşdırmalar aparan R. Q. Muhammədovanın verdiyi bilgilərə baxılırsa, Mişərlərin bu gün yaşadıqları yerlərə gəlib yerləşmələri və ortaya çıxışlarıyla ilgili çeşidli görüşlər vardır . XIX əsrin sonlarında V. V. Velyaminov-Zernov, Mişərlərin ortaya çıxışını Fin-Uqorların bir qolu olan Mordvalarla ilişkiləndirir.
Xəbərlər
Xəbər — Bir iş, hadisə və s. haqqında məlumat.
İnəklər
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Bərbər
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün təraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi. Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — Müğənni Yaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid.
Maskalı beşlər: Kipr
Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi. Baş rollarda Mehmet Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir. == Mövzu == Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar. Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Mehmet Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.
Maskalı beşlər: İraq
Maskalı beşlər: İraq — Murad Aslanın rejissoru olduğu, 2006-cı ildə çəkilən Türkiyə komediya filmi. == Mövzu == Kərkük-Yumurtalıq Neft Boru xətti işləmir. ABŞ ordusu İrak neftini ayrı xətlə öz xeyrinə daşıyır. Bu məsələ beş türk gəncini düşündürür. Bu xətti bərpa etsinlər, əvəzində İstanbulun ən yaxşı məhəllələrində benzindoldurma məntəqəsi açsınlar. Sən saydığını say...
Ağ ciyərlər
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Sirkə içənlər
Sirkə içənlər ((三酸圖, üç sərxoş; 嘗醋翁, sirkə içən üç yaşlı kişi; 嘗醋圖, 尝醋图)) — Çində yaranmış dini mövzulu rəsm əsərləri. Sirkə içənlər adlı rəsmlər əsasən Konfutsiçilik, Buddizm və Daosizm kimi dinlərin ədəbiyyatlarında təsvir olunmuşdur. == Ədəbiyyat == Hopfe, Lewis M; revised by Woodward, Mark R. "Religions of the World". Pearson Prentice Hall. 2007. p 176. ISBN 0-13-224045-9 Ji, Sang. Religions and Religious Life in China. China Intercontinental Press, 2004. Smith, Huston.
Google Xəbərlər
Google Xəbərlər (ing. Google News) — Google tərəfindən hazırlanmış bir xəbər aqreqatoru xidməti. Xidmət minlərlə yayımçı və jurnaldan orqanizə edilmiş məqalələrə davamedici keçid axını təqdim edir. Tətbiq kimi Android və iOSda, həmçinin vebdə mövcuddur.
Anonim əsərlər
Anonim əsərlər — Anonim əsərlər incəsənət və ya ədəbiyyat kimi anonim, açıqlanmayan və ya naməlum yaradıcısı və ya müəllifi olan əsərlərdir. Çox köhnə əsərlərə gəlincə, müəllifin adı sadəcə olaraq tarix və zaman içində itə bilər. Anonim əsərlərin yaranmasının bir sıra səbəbləri var. == Təsvir == ABŞ-də anonim əsər qanuni olaraq "nüsxələri və ya fonoqramları üzərində müəllif kimi heç bir fiziki şəxsin müəyyən edilmədiyi əsər" kimi müəyyən edilir. == İzahatlar == Çox köhnə əsərlərdə müəllifin adı sadəcə olaraq tarix və zamanla itə bilər. Belə hallarda müəllifə tez-tez Anonim, Latın dilində "anonim" kimi istinad edilir. Digər hallarda isə yaradıcının adı bilərəkdən gizli saxlanılır. Müəllifin səbəbləri təqib qorxusundan tutmuş reputasiyasının qorunmasına qədər müxtəlif ola bilər. Hüquqi səbəblər də müəllifin özünü tanımasına mane ola bilər. Müəllif həmçinin əsərləri ilə məşhurlaşmamaq üçün anonim qalmaq istəyə bilər.
Maskalı beşlər intiqam arxasında
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Marqaret Berger
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Berqer
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marsel Berger
Marsel Berger (14 Aprel 1927-15 Oktyabr 2016) — Fransalı riyaziyyatçı. Fransız differensiyal həndəsəsinin banisi, Ən yüksək elmi araşdırmalar institutunun (İHES) proffessorudur. Lasseube şəhərinin La Kastera bölgəsində yaşamışdır. Berger Mixail Qrimovun Paris Universitetində və İHES-də işə qəbul olunarkən ona yaxından kömək etmişdir. == Mükafatları və uğurları == 1956 Pekkot mükafatı, Fransa kolleci 1962 Maurise Odin mükafatı 1969 Karriyere mükafatı, Elmlər Akademiyası 1978 Lekonte mükafatı, Elmlər Akademiyası 1979 Qaston Xuliya mükafatı 1991 Lester R. Ford mükafatı == Elmi işləri == Berger, M.: Geometry revealed. Springer, 2010. Berger, M.: What is... a Systole? Notices of the AMS 55 (2008), no. 3, 374–376.
Mirzə Bəylər
Mirzə Bəylər (1837, Zod – 1919) — Göyçəli el şairi. == Həyatı == El şairi Mirzə Bəylərin həyat və sənət yolunda atası Kazımın xüsusi rolu vardır. O, özü savadlı, tərəqqipərvər olduğu üçün oğlu Bəylərin təhsilinin qayğısına qalmış, oğlunun ərəb, fars, rus, fransız dillərində mükəmməl təhsil almasına nail olmuşdur. Doğma kəndi Zodda Axund Qafarın yanında 4 il ruhani məktəbində və təxminən 1870–1880-ci illərdə İrəvanda rus-tatar məktəbində, daha sonra Kəvərdə gimnaziyada təhsil almışdır. Çox dil bilməsinə və yaxşı xəttat olmasına görə el arasında ona "Mirzə Bəylər" — deyə müraciət edərmişlər. Qabiliyyəti, istedadı ilə məşhur olan Mirzə Bəylər uzun müddət İrəvan quberniyasının dəftərxanalarında, İqdırda təxminən 19 il general Koçelinin yanında tərcüməçi və katib, Irəvan quberniyasının Məzrə qəza məhkəməsində Boqoslovskinin katibi işləmiş, bundan sonra Türkiyəyə işə göndərilmişdir. Türkiyədə olarkən Məşhəd şəhərinə ziyarətə getdiyinə görə ona Məşədi Bəylər deyə müraciət edirmişlər. M. Bəylər xidmət müddəti başa çatdıqdan sonra Zodda təsərrüfat işləri ilə məşğul olur, eyni zamanda kənddə iki su dəyirmanı inşa edib, camaatın ixtiyarına vermişdir. O, "Molla Nəsrəddin" jurnalının abunəçisi olmuş, şeirin, sənətin, sənətkarın qədrini bilmiş, Mirzə Ələkbər Sabir xəstə olarkən "Molla Nəsrəddin" yurnalı redaksiyasının ünvanına şairin müalicəsi üçün Hacı Əliş Ağa ilə birlikdə 20 manat qızıl pul göndərirlər. Mirzə Bəylər dövrünün aşıqlarından Dədə Ələsgər və Aşıq Hüseyn Şəmkirli ilə dostluq etmişdir.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Senta Berger
Senta Berger (13 may 1941[…], Vyana) — alman aktrisa. == Filmoqrafiyası == 1957: Die unentschuldigte Stunde 1957: Die Lindenwirtin vom Donaustrand 1958: Der veruntreute Himmel 1958: The Journey 1959: Katja – Die ungekrönte Kaiserin (no acreditada) 1960: Ich heirate Herrn Direktor 1960: El buen soldado Švejk 1960: O sole mio 1961: The Secret Ways, de Phil Karlson y Richard Widmark (no acreditado) 1961: Das Wunder des Malachias 1961: Junge Leute brauchen Liebe 1961: Eine hübscher als die andere 1961: Immer Ärger mit dem Bett 1961: Adieu, Lebewohl, Goodbye 1961: Es muß nicht immer Kaviar sein 1961: Diesmal muß es Kaviar sein 1961: Ramona 1962: Das Geheimnis der schwarzen Koffer 1962: Frauenarzt Dr. Sibelius 1962: Das Testament des Dr. Mabuse, de Werner Klingler 1962: Sherlock Holmes und das Halsband des Todes, de Terence Fisher 1963: The Victors, de Carl Foreman 1963: Kali Yug – Die Göttin der Rache 1963: Kali Yug – Aufruhr in Indien 1963: Jack und Jenny 1964: Spion mit meinem Gesicht (The Spy With My Face) 1965: Major Dundee, de Sam Peckinpah 1965: The Glory Guys 1965: Schüsse im Dreivierteltakt 1966: Cast a Giant Shadow, de Melville Shavelson 1966: Our Man in Marrakesh, de Don Sharp 1966: The Poppy Is Also a Flower 1966: Lange Beine – lange Finger 1966: The Quiller Memorandum, de Michael Anderson 1966: Operazione San Gennaro, de Dino Risi 1967: Der grausame Job 1967: Paarungen 1967: The Ambushers 1967: Eine Chance für den Playboy (A Thief Is a Thief) 1967: Mit teuflischen Grüßen 1968: Istanbul Express (telefilm) 1968: Babeck (miniserie) 1968: Geier können warten 1969: So reisen und so lieben wir 1969: De Sade de Cy Endfield y Roger Corman (no acreditado) 1969: Les étrangers 1970: Cuori solitari 1970: Quando le donne avevano la coda, de Pasquale Festa Campanile 1971: Wer im Glashaus liebt..., de Michael Verhoeven 1971: Le saut de l’ange, de Yves Boisset 1971: Roma bene, de Carlo Lizzani 1971: Die Moral der Ruth Halbfass, de Volker Schlondorff 1971: Der Geliebte der großen Bärin / Nur der Letzte kam durch 1972: Toll trieben es die alten Germanen 1972: Der scharlachrote Buchstabe, de Wim Wenders 1973: Bisturi, la mafia bianca, de Luigi Zampa 1973: Reigen 1974: L'uomo senza memoria, de Duccio Tessari 1975: MitGift, de Michael Verhoeven 1975: Per Saldo Mord 1976: La padrona è servita 1976: Signore e signori, buonanotte 1976: Das chinesische Wunder 1976: Cross of Iron 1977: Ritratto di borghesia in nero, de Tonino Cervi 1980: Der Todesfahrer 1982: Die weiße Rose (Co-Produktion) 1983: Die Spider Murphy Gang (Produktion) 1984–1986: Kir Royal (serie de televisión) 1985: Killing Cars (auch Co-Produktion) 1988/1989: Die schnelle Gerdi (TV-Reihe) 1989: Das schreckliche Mädchen (Produktion) 1990: Schlaraffenland (TV, Produktion) 1994–1996: Ärzte (serie de televisión) 1997: Lamorte (TV) 1998: Mammamia (TV) 1998: Liebe und weitere Katastrophen (TV) 1998: Bin ich schön? 1999: Mit fünfzig küssen Männer anders (TV) 2000: Zimmer mit Frühstück (TV) 2000: Trennungsfieber (TV) 2000: Scharf aufs Leben (TV) 2000: Probieren sie’s mit einem Jüngeren desde 2002: Unter Verdacht (serie de televisión) 2004: Die schnelle Gerdi und die Hauptstadt (TV) 2004: Die Konferenz (TV) 2005: Einmal so wie ich will (TV) 2005: Emilia – Die zweite Chance (TV) 2005: Emilia – Familienbande (TV) 2006: Nette Nachbarn küsst man nicht (TV) 2009: Schlaflos (TV) 2009: Ob ihr wollt oder nicht 2009: Frau Böhm sagt Nein (TV) 2009: Mama kommt!
Maskalı beşlər: Kipr (film, 2008)
Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi. Baş rollarda Mehmet Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir. == Mövzu == Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar. Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Mehmet Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.
Maskalı beşlər: İraq (film, 2006)
Maskalı beşlər: İraq — Murad Aslanın rejissoru olduğu, 2006-cı ildə çəkilən Türkiyə komediya filmi. == Mövzu == Kərkük-Yumurtalıq Neft Boru xətti işləmir. ABŞ ordusu İrak neftini ayrı xətlə öz xeyrinə daşıyır. Bu məsələ beş türk gəncini düşündürür. Bu xətti bərpa etsinlər, əvəzində İstanbulun ən yaxşı məhəllələrində benzindoldurma məntəqəsi açsınlar. Sən saydığını say...
Bakıda Stalinin olduğu yerlər (film, 1949)
Bakıda Stalinin olduğu yerlər qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film tamaşaçıları Stalinin Bakıda inqilabi fəaliyyəti ilə bağlı olduğu yerlərlə tanış edir. == Məzmun == Film tamaşaçıları Stalinin Bakıda inqilabi fəaliyyəti ilə bağlı olduğu yerlərlə tanış edir. == Filmin üzərində işləyənlər == Rejissor: Mikayıl Mikayılov Operator: Mirzə Mustafayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.