Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İncil
İncil (ərəb. إنجيل‎; yun. εὐαγγέλιον Evanqelion – "xoş xəbər") — Müasir əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur. Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur. == İncil kanonu == İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı. Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == İnilli (oyk.) - Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12-13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əcili
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
İdil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. == Tarixi == Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
İtil

Barnaba İncili
Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir.Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır.2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur. Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz. == Mətnin tarixi == Barnaba İncili haqqında ən qədim sənədlər Madriddə BNM MS 9653 kodlu mavr əlyazmasında tapılan və Tunisdə 1634-cü ildə İbrahim-Əl Təybili tərəfindən yazılan sənədlər qəbul edilir. Bibliyada Məhəmməd haqqında kəhanətdən bəhs edəndə o yazırdı: "Müqəddəs Barnaba İncili — harakı bir nəfər işıq tapa bilər." (isp. Y así mismo en Evangelio de San Bernabé, donde se hallará la luz) Bu ispan mətninə aid ilk qısa istinad — "De religione Mohamedica" Adrian Reland tərəfindən tapıldığı 1717-ci ildə bu İncilin ilk varıantı çap olunmuşdur. Daha sonra 1718-ci ildə irland deist Con Toland tərəfindən daha ətraflı və italyan dilində mətn tapılmışdır.
Barnabas İncili

Bernaba İncili

Cilyi mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Daily Mail
Daily Mail (tərcümədə — "Gündəlik Poçt") — kütləvi İngilis gündəlik qəzeti. 1896-cı ildən bəri nəşr edilmişdir. İngiltərədə The Sun sonra ikinci ən böyük gündəlik qəzet. 2013-cü ilin sonunda Daily Mail-in şənbə günləri The Sun-un şənbə buraxılışlarını üstələdi. == Tarixi == Orta sinif üçün ilk İngilis qəzetlərindən biri idi və bu gün oxucularının 50% -dən çoxunu — qadınları olan yeganə qəzetdir. Daily Mail-in bir neçə "milli" — İrlandiya, Şotlandiya, Hindistan versiyaları var idi. 1975-ci ildən bəri kompakt formatda çap olunur. Daily Mail 1886-cı ildə Alfred Harmsvort və Rotermir Lordu olan qardaşı Harold tərəfindən quruldu. 1902-ci ildə gündəlik tirajı milyonu keçərək dünyanın ən tirajlı qəzeti oldu. 1939–1969-cu illərdə tanınmış sənətçi Lesli Qilbert İllinqvort, nəşrin baş karikaturaçı rəssamı olaraq çalışdı.
Yelena Cilyi
Yelena Cilyi (9 iyul 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Cilyi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Yelena Cilyi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Yelena Cilyi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yəhyanın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. == Mənbə == İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İkili inhisar
İkili inhisar (ing. bilateral monopoly) — şərtli olaraq bir satıcı (inhisarçı) və bir alıcı (monopsoniya) olan bazar quruluşunun növü. Başqa sözlə, ikitərəfli inhisar, inhisarla məhdudlaşdırılan inhisardır və ya əksinə, inhisarla məhdudlaşdırılan inhisardır. İnkişaf etmiş iqtisadiyyatlardakı ikitərəfli inhisarçılığın tipik bir nümunəsi, işçi tələbi yaradan bir şəhər əmələ gətirən bir müəssisə və onu satan bir mütəşəkkil və güclü həmkarlar ittifaqı olan mono şəhərlərdə əmək bazarını göstərməkdir. Digər bir nümunə, kənddə yeganə dəyirmanın istehsal etdiyi unu istehsal mənbəyi kimi istifadə edən yeganə çörək zavodudur. İkitərəfli inhisarla belə bir vəziyyət yaranır ki, nə inhisarçı, nə də inhisarçı tərəfdaşını tamamilə rəqabətli bazarın subyekti kimi aparmağa məcbur etmək üçün bazar metodlarından istifadə edə bilməz. Buna görə ikitərəfli inhisarda son şərtlər, subyektlərinin bazarlıq etmək nisbi qabiliyyəti ilə müəyyən edilir. == Nümunələr == Nümunə olaraq? həmkarlar ittifaqı (işçi qüvvəsi inhisarı) fabrik şəhərciyində böyük bir işəgötürənlə qarşılaşdıqda ortaya çıxır (monopsonist). Bənzərsiz bir nümunə, ABŞ-də nüvə təyyarə gəmisi bazarında mövcuddur, burada alıcı (ABŞ Dəniz Qüvvələri) məhsula ehtiyac duyan təkdir və alıcının ana təşkilatı (ABŞ Müdafiə Nazirliyi) tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq yalnız bir satıcı (Huntington Ingalls Industries) var.
İkili ittifaq
İkili İttifaq — Almaniya imperiyası və Avstriya-Macarıstanın 1879-cu ildə yaratdığı ittifaq. == Tarixi == Berlin konqresinin sabahı günü Bismark gözləyirdi ki, Rusiya Berlin traktatının həyata keçirilməsinə mane olacaq adddımlar atacaq. Şərq böhranı zamanı Bismarkın tutduğu mövqe rus-alman münasibətlərinin pisləşməsinə səbəb oldu. Rus mətbuatı alman imperiyasının ünvanına tənqid və məzəmmətlərlə dolu idi. İki dövlət arasında münasibətlər kəskinləşmişdi. Slavyanları qızışdırmaqla Rusiya Habsburqlar imperiyasında onsuz da mövcud olan daxili narahatlığın daha da güclənməsinə səbəb olmuşdu. Avstriya bundan ciddi narahatlıq keçirirdi. Bundan istifadə edən Bismark Andraşini inandırmağa çalışırdı ki, Almaniya ilə sıx ittifaq Avstriya-Macarıstanı onu hədələyən bütün təhlükələrdən xilas edə bilər. Avstriya-Macarıstanla ittifaq haqda danışıqları davam etdirən Bismark Rusiyanın "yaxşılığı bilmədiyi " haqda versiya barədə mətbuatda geniş kampaniyaya başladı. Onu da qeyd edək ki, Almaniyanın ünvanına mətbuatda tənqidi çıxışlara baxmayaraq nə Qorçakov, nə də II Aleksandr Bismarka qarşı açıqdan-açığa düşmənçilik mövqeyi tutmurdular.
İkili rol
İkili rol (ingilis dilində dual role), ikiqat rol və ya dubl rol (ingilis dilində double role) hər hansısa bir filmin, tamaşanın və ya serialın çəkilişləri zamanı iki rol oynayan bir aktyora aiddir. İkili rollar (yaxud da aktyor üçün ikidən daha çox rollar ola bilər) bilərəkdən ssenariyə yazıla bilər və yaxud da bunun əvəzinə çox vaxt aşağı büdcəli filmlərin çəkilişləri zamanı edilən seçimlərdən biridir. Film və televiziyada ikili rollar çox vaxt komik effektlər üçün və ya eyni yumurta əkizlərini və ya qohumları təsvir etmək üçün istifadə olunur. Birdən çox aktyorun birdən çox obrazı canlandırdığı teatr tamaşalarında buna bəzən “Dəmir adam” (ingiliscə “Ironman”) heyəti də deyirlər.
İkili sləş
URL (ing. Uniform Resource Locator) — faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir.İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan. Tim Berners-Li (Tim Berners-Lee) tərəfindən təklif olunub. URL ünvanı, adətən, protokolun adının (məsələn, əgər sənəd FTP-serverdədirsə, ftp:, əgər o, veb-saytdadırsa, http:) göstərilməsi ilə başlayır. Sonra konkret informasiyanın identifikatoru, məsələn, serverin aid olduğu domenin adı, təşkilatın adı, yaxud bu serverdəki faylın adının yolu gəlir. Başqa sözlə, URL-ünvanı iki hissədən ibarətdir: birinci hissə istifadə olunan protokolu göstərir, ikinci hissə isə resursun yerləşdiyi IP-ünvanı, yaxud domen adını müəyyənləşdirir. Məsələn, http://www.bakineshr.az URL-ünvanında http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Sonra gələn www hərfləri saytın Veb’də yerləşdirildiyini bildirir və onun domen adı bakineshr.az’dır. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http:// URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn: http://www.science.az http:// – serverlə əlaqə protokolu; www – qovşağın tipi; science – qovşağın adı; .az – yuxarı səviyyəli domen.
İkili standart
Insanlar və insan qrupları arasında ayrı-seçkilik etmək, eyni məsələdə müxtəlif insanlara və ya insan qruplarına eyni prinsiplərlə baxmamaq. == Məzmun == İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq. == Misallar == Kişi və qadın arasında eyni hüquqların tanınmaması İrqi ayrı-seçkilik Etnik ayrı-seçkilik Dini ayrı-seçkilik Və s.Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-nın İsrail və Fələstinə, Ermənistan və Azərbaycana aid siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımını qadağan edən 907-ci düzəliş ikili standarta bariz nümunə sayılır. == Sözlərlə ifadə == Görülən bir işin və ya işi görən insanın iki tərəf arasında fərli şəkildə adlandırılması baş verir. Məsələn: Zəbt etmək, işğal etmək və azad etmək Separatizm və milli-azadlıq hərəkatı Terrorist və partizan, fədai Casus və kəşfiyyatçı Və s.
İkili vətandaşlıq
Binatrid İkili vətandaşlıq-Eyni şəxsin eyni zamanda iki və ya daha çox dövlətin vətəndaşlığında olmasını nəzərdə tutan hüquqi vəziyyətə deyilir. İkili vətəndaşlıq vətəndaşlığın əldə edilməsi və itirilməsi qaydası haqqındakı ayrı-ayrı dövlətlərin qanunvericiliyinin uyğun gəlməməsi nəticəsində baş verir. "Qan hüququ" prinsipini təsdiq edən dövlətlərin vətəndaşları olan valideynlərdən doğulan uşaqlar "Torpaq hüququ" prinsipini təsdiq edən ölkənin ərazisində ikili vətandaşlıq əldə edir. və hər iki ölkənin vətəndaşı sayılır.
İkili yazılış
İkili yazılış — təşkilatın fondlarındakı vəziyyətdəki hər dəyişikliyin ümumi bir qalıq təmin edən ən azı iki mühasibat hesabında əks olunduğu mühasibat üsulu. == Tarixi == Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın intibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin, maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII-XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur. === Müasir dövr ilə fərqi === Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı.
İohannın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. == Mənbə == İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İsao İcima
İsao İcima (飯島魁, İicima İsao, 24 iyul 1861, Hamamatsu[d], Şizuoka prefekturası – 14 mart 1921) – Yaponiya zooloqu. O, "Yaponiyada parazitologiyanın atası" hesab olunur. == Həyatı == İsao İcima 24 iyul 1861-ci ildə müasir Şizuoka prefekturasının ərazisində yerləşən Hamamatsu şəhərində samuray ailəsində doğulmuşdur. Atasının təsiri ilə xarici dillərə və elmə maraq göstərmişdir. 1878-ci ildə Tokio Universitetinin Elm Kollecinə daxil olmuşdur. 1881-ci ildə məzun olmuş və dərhal kollecdə köməkçi vəzifəsinə təyin olunmuşdur.İcima 1882-ci ildə zoologiya təhsili almaq üçün Almaniyaya getmiş və Leypsiq Universitetinə daxil olmuşdur. O, üç il boyunca Rudolf Leykartın tələbəsi olmuş və onun təsiri altında parazitologiyaya böyük maraq göstərmişdir. 1884-cü ildə universiteti fəlsəfə doktoru dərəcəsi ilə bitirmişdir. 1885-ci ildə Yaponiyaya qayıdaraq Tokio Universitetinin zoologiya professoru olmuş və ölümünə qədər bu vəzifəni tutmuşdur. 1891-ci ildə elmlər doktoru dərəcəsi almış və Yaponiya Elmlər Akademiyasına qəbul edilmişdir.İcima şərab içməyi, ovçuluqla məşğul olmağı və tütün çəkməyi sevirdi.
Matfey İncili
Matfey İncili — Əhdi-cədidin və üç sinoptik İncilin ilk kitabı. Kitab İsrailin Məsihi olan İsanın öz xalqına (yəhudilərə) üz tutması, amma onlar tərəfindən qəbul olunmaması və dirildiyi zaman müridlərini başqa millətlərə göndərməsindən bəhs edir. Matfey yəhudi adət-ənənəsinin getdikcə yəhudilikdən uzaqlaşan kilsədə yox olmasını istəmədiyini vurğulamağa çalışır. İncil özündə evangelist cəmiyyəti və digər yəhudilər arasında hökm sürən mübarizə və münaqişələri əks etdirir. Kitabda, eyni zamanda, fariseylər tənqid olunur və onların İsadan üz döndərməsi ucbatından Tanrı Krallığının onlardan alınıb əvəzində kilsəyə verilməsindən danışılır.İsanın ilahiliyi bu cəmiyyəti erkən xristianlardan fərqləndirən əsas cəhətdir. Mark sözünə İsanın vəftiz edilməsi və sınağa çəkilməsi ilə başlayırsa, Matfey İsanın tarixi köklərinə üz tutaraq, onun doğulduqdan bəri Tanrının oğlu olmasını və Əhdi-ətiqdə bəhs edilən Məsihin zühurunu gerçəkləşdirməsini göstərir. İsanın "Davud oğlu" adlandırılması onun sadəcə İsrailə göndərilən, insanlara şəfa verən və möcüzələr yaradan Məsih olmasına istinad edir. O, "İnsan oğlu" olaraq dünyanı mühakimə etməyə qayıdacaq; müridləri bunu anlasa da, düşmənləri bundan xəbərsizdir. "Tanrının oğlu" kimi isə, o, Tanrının özünü zahirə çıxarır və itaətkarlığı ilə oğulluğunu sübut edir.Elm adamlarının əksəriyyəti İncilin eramızın 80 və 90-cı, bir qismi 70 və 110-cu illəri arasında, azlıq təşkil edən bir hissəsi isə 70-ci ildən əvvəl yazıldığına inanır. Kitabda müəllifin kim olduğu anlaşılmır və onun ənənəvi olaraq həvari Matfeyin adı ilə əlaqələndirilməsi fikri əksər müasir elm adamları tərəfindən inkar olunur.
ICarly
"ICarly" (AyKarli - azərb. MənKarli‎) — ABŞ-də çəkilən teleserial. "ICarly" Nickelodeon kanalında 2007 ilin sentyabr ayından göstərilir. == Süjet == 13 yaşlı Kari (Miranda Kosqrov) və 26 yaşlı Spenserın (Cerri Treynor) atası, xaricdə pul qazanarkən, Karli və dostları Sem (Cennett MakKardi) və Freddi (Neytan Kress) internetdə sayt yaradırlar və bu saytda öz veb şou göstərirlər. Bu şou tezliklə populyarlıq qazanır və Karli dostları ilə onların üçün yeni şou biznes dünyaya girirlər...
İçite
İçite Xatun — türk və altay mifologiyasında sağlamlıq tanrıçası. Xəstəlikləri önləyər, insanlara sağlamlıq verir. Yaşlı və müdrik görünüşlü bir qadındır. Sahib olduğu güc köməyilə dərdi xəstənin bədənindən qovar. Qırmızı saçlı, inci dişli, gələcəkdən xəbərlər verə bilən, insanları bəladan qoruyan bir varlıqdır. Ətrafı sıx meşələrlə qablı bir gölün içində yaşar. == Etimologiya == (İy/İz/İç) kökündən törəmişdir. İye/İçə yəni qoruyucu ruh və sahib mənalarıyla əlaqəlidir. Bundan başqa Ece/Ece yəni kraliça və bacı sözləriylə də yaxından əlaqədardır. Türkcədə inyeksiya etmək (şpris etmək) mənasını verən "İçitmek" adlı sözlə bənzərliyi də ilgi maraqlıdır.
Italy
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Acılu
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
The Daily Talk
The Daily Talk — ingilis dilində çıxan divar qəzeti. Gündəlik olaraq Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında (ing. Tubman Boulevard) qara lövhə üzərində təbaşir ilə yazılır. New York Times qəzetinin verdiyi məlumata görə bu, Monroviyada "ən oxunan resursdur", çünki şəhər sakinlərinin əksəriyyətinin adi qəzet almağa sadəcə pulları yoxdur.. Qəzetin əsasını qoyan və redaksiya heyətinin yeganə üzvü Alfred C. Sörlifdir. O, qəzetin əsasını 2000-ci ildə qoymuşdur. Sörlif inanırdı ki, əhalinin geniş maarifləndirilməsi dağıdıcı vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmağa və sülh üçün yeni zəmin yaratmağa imkan verəcəkdir.. Hər gün o, adi qəzetlərdə dərc olunmuş məlumatlar və könüllü müxbirlərin məlumatları əsasında qəzeti üçün material toplayır. Daily Talk qəzetinin oxunması pulsuzdur, amma redaktor mütəmadi olaraq nağd və ya mobil danışıq kartarı formasında ianələr alır. Qəzetin yanında rəy və təkliflər üçün qutu qoyulmuşdur.
The Daily Telegraph
The Daily Telegraph — 1855-ci ildə yaranan Böyük Britaniya qəzeti.
The Daily Wire
The Daily Wire — ABŞ mühafizəkar xəbər və mülahizə saytı. Sayt 2015-ci ildə ABŞ siyasi şərhçisi Ben Şapiro tərəfindən təsis edilmişdir. O, hal-hazırda saytın baş redaktoru, Maykl Noulz idarəedici redaktoru, Ceremi Boreynq isə baş əməliyyat direktorudur. Saytn baş qərargahı ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsinin ərazisinə daxil olan San-Fernando vadisinin Şerman-Ouks rayonunda yerləşir.
Çili
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. == Etimologiyası == Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
İçiq
İçiq — yumşaq dəridən, yaxud da rəngli tumacdan tikilən kişi və qadın ayaqqabısı, uzunboğaz çəkmə. Çox vaxt yumşaq altlıqlı olur. Sibir, Orta Asiya, Qafqazın bəzi xalqları (məs., osetinlərdə "arçita"), tatarlar və başqırdlar arasında yayılmışdır. == Mənbə == ASE, V cild, səh.
İçiz
İçiz şanyü (e. ə. II əsr – e.ə. 114) — eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarı. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır. == Ailəsi == O Laoşanın ikinci oğlu və Günçenin qardaşı idi. Şərq Luli Şahzadəsi titulu olan İçiz qardaşı oğlu Sol Yükü Müdrik Şahzadə olan Yuybini məğlub edərək hakimiyyəti ələ keçirdi. Yuybi Çinə qaçdı və bir neçə ay sonra öldü. İçiz hakimiyyətə gələn kimi müharibə vəziyyəti ilə üzləşdi. Hun dövlətindəki qarışıqlıqdan istifadə edən İmperator Vudi müharibə elan etdi.
Badə İşçil
Badə İşçil (8 avqust 1983)— Türkiyə aktrisası. == Həyatı == Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakultəsinin məzunu olub. 2007-ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məşhur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır. Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.
Hiroşi Oçiay
Hiroşi Oçiay (d. 28 fevral 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 9 qol vurub.
Işılay Sayqın
Işılay Sayqın (türk. Işılay Saygın; 4 aprel 1947, Buca, İzmir ili – 27 iyul 2019, İzmir) — Türk memar, siyasətçi və nazir. == Bioqrafiyası == Osman Nuri Sayqın və həyat yoldaşı Fatmanın ailəsində, İzmir ilinin Buca bələdiyəsində anadan olmuşdur. Egey Universitetinin Memarlıq fakültəsini bitirmişdir. 1973-cü ildən siyasətlə məşğul olur. Bu zaman Ədalət Partiyasına qatılır. İki müddət ərzində rayon başçısı vəzifəsini icra etmişdir. 1980-ci il çevrilişindən sonra vəzifəsini itirir. 1980-1983-cü illərdə memar işləmişdir. 1983-cü ildə Milliyyətçi Demokratik Partiyaya qatılır, elə həmin il Türkiyə parlamentinə üzv seçilir.
Nana İçise
Nana İçise (d. 4 avqust 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.