Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti —Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
Hayla ifaçılığı və haylaçılar
== Hayla == Hayla deyəndə “haylamaq”, “haraylamaq”, “səsləmək”, “çağırmaq” feilləri yada düşür. Maraqlıdır ki, xakaslar, altaylar, şorlar, tuvalılar, başqırdlar dastana “xay”, “xayla”, yaxud “hay”, “hayla”, dastan söyləyənə isə “xayçı”, “hayçı” deyirlər . Bu sözün bir mənası da “boğazda oxuyan”, yaxud da “boğaz oxuması” anlamını verir. Prof. Metin Ergin “Hakas hayçıları və hayçılık sanatı” adlı tədqiqatında yazır ki, hakaslar arasında nimax, yaxud da alıptıx nimaxlar söyləməyə hayla deyilir. Hayla demək üçün ayrıca musiqilər çalınardı. Hayla demək sanki yarışa bənzəyərdi. Biri hayla deməyə başlayardı, digəri isə o biri tərəfdən cavab qaytarardı. Beləliklə, sıra ilə oraya toplaşan qadınların, demək olar ki, hamısı deyərdi. Və təbii ki, hayla deməkdə xüsusi fərqlənən adamlar vardı.
Minaçılıq
Minaçılıq — Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən biri. Minaçılığın ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır ki, o ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır. == Minaçılıq sənətinin üsulu == Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri metal parçdan üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra buradan əmələ gələn boşluqları mina mayesi ilə doldururlar. == Azərbaycan minaçılığı == Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı olmuşdur. Digər ölkələrin minaçılarına nisbətən Azərbaycan minaçılarının əsərləri daha çox şöhrət qazanmışdı, çünki onların əsələrində qarışıq, bulanlıq rəng olmazdı. Onların rəsmin boşluqlarına tökdükləri hər rəngin öz xüsusiyyəti olduğundan bu rənglər qızır və s. tel pərdəsi ilə bir-birindən ayrılır.
Falçılıq
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.
Sabir Əliyev (violonçel ifaçısı)
Sabir Hüseynəli oğlu Əliyev (10 may 1928, Bakı – 26 oktyabr 1983, Bakı) — violonçel ifaçısı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Əliyev Sabir Hüseynəli oğlu 1928-ci il may ayının 10-da Bakıda, qaynaqçı ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinə daxil olmuşdur. Musiqi məktəbini müvəffəqiyyətlə bitirən Sabir Əliyev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuş, L.Rostropoviçin tələbəsi İsaak Turiçinin sinfində təhsil almışdır. 1951-ci ildə simli alətlər fakültəsini bitirmişdir.İlk dəfə 1950-ci ildə Bakı Dövlət Filarmoniyasında Sabir Əliyev (violonçel), Tofiq Bakıxanov (skripka), E.Əliyeva (piano) triosu ilə çıxış etmişdir. Təhsil aldığı ilk illər ərzində o, Sovet bəstəkarlarının klassik repertuarını müvəffəqiyyətlə mənimsəmiş, həmçinin bir çox konsert proqramlarında və Azərbaycan Dövlət Radiosunda çıxışlar etmişdir. 1950-ci ildə hələ tələbə ikən M. Rostropoviç, D. Şafran, Lesko kimi görkəmli sənətkarlarla birgə Yanoş Viqan adına Beynəlxalq müsabiqədə iştirak etmiş və Fəxri fərmana layiq görülmüşdür.Konservatoriyanı müvəffəqiyyətlə bitirən Sabir Əliyev orada müəllim kimi saxlanılmış və eyni zamanda Bülbül adına Musiqi Məktəbinin Simli alətlər şöbəsinin müdiri kimi çalışmışdır. Müslüm Maqomayev adına ADF-nın solisti, 1955-ci ilə qədər Üzeyir Hacıbəyov adına Simfonik orkestrin konsertmeysteri, Azərbaycan Dövlət Trio və Dövlət Kvartetinin üzvü, xalq mahnı və rəqslərinin təmsilçisi, milli bəstəkarların violonçel üçün bir çox kompozisiyaların ilk ifaçısı, respublikanın ilk simli kamera kollektivinin iştirakçısı və bir neçə illər ərzində kollektivin bədii rəhbəri olmuşdur.S.Əliyevin fəaliyyətinin digər sahəsi müəllimliklə bağlıdır. 1951-ci ildən başlayaraq ömrünün sonunadək konservatoriyada violonçel üzrə ixtisas dərslərini aparmışdır. Sabir Əliyev 1960-cı ildə "10 etüd violonçel üçün", 1966-cı ildə violonçel və fortepiano üçün "Pyeslər" əsərlərini bəstələmiş, 1968-ci ildə "Pyeslər" əsəri, 2008-ci ildə ibtidai siniflər üçün "Violonçel məktəbi" adlı dərsliyi çap olunmuşdur.Azərbaycanda violonçel ifaçılığının əsas ənənələrinin yaradıcısı olan Sabir Əliyev 30 peşəkar violonçel ifaçısı yetişdirmişdir.
Boylu acılıq
Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır.
Kirpikli acılıq
İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır.
Ortaboy acılıq
Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır.
Qatırquyruğu acılıq
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) - acılıqotu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. == Statusu == Azərbaycanın nadir btkilərindəndir. LC. == Bitdiyi yer == Quru daşlı-qayalı yerlərdə rast gəlinir. == Təbii ehtiyatı == Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.
Qozaburunlu acılıq
İran da, Orta Asiya da geniş yayılmışdır. Qumlu səhralara uyğunlaşmış İran-Turan növüdür. Hündürlüyü 2 m-ə qədər olan, bozqabıqlı, budaqların diametri 4 mm, boz-yaşıl, hamar və ya zəif çıxıntılı, düzdayanan koldur. Yarpaqları 2-3 ədəddir, yarısı və ya 1/3 hissəsi bitişikdir. Erkəkcik sünbüllərinin uzunluğu 5 mm-ə qədər olan başcıq çiçək qrupuna yığılmışdır, erkəkcik sütuncuğu çiçəkaltlıqlarının üzərinə az çıxır, erkəkcikləri 5-6 ədəddir. Yumurtacıq sünbülləri başcıq çiçək qrupuna yığılmışdır; çiçəkaltlıqları cüt və ya üç hissəli, 5-6 ədəd çiçək köbələrində yerləşmiş, sərbəstdir, kənarları enli, dişiciklidir; çiçəkləri 2-3 ədəddir, borucuğunun uzunluğu 33 mm-ə qədərdir. Qozagiləmeyvələrin uzunluğu 6-7 mm, çiçəkaltlığı qabıqların ucları əyilmişdir. Toxumları tünd-boz və ya yaşımtıl, uzunluğu 5-6 mm, oval və ya elipsvarıdır. May ayında çiçəkləyir. Meyvələri iyun-iyul aylarında yetişir.
İkisünbülcüklü acılıq
İkisünbül acılıqotu (lat. Ephedra distachya) - acılıqotu cinsinə aid bitki növü.Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl –yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur. Toxumları yumurtavarı-uzunsovdur, tünd-qonur rəngdədir, parlaqdır, 4-5 mm uzunluqdadır.