Hellouin 3: İfritələr mövsümü
Hellouin 3: İfritələr mövsümü (ing. Halloween III: Season of the Witch; tələffüzü: hæləʊ'ɪ:n 'si:zn ɒv ði wɪtʃ) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir. "Hellouin" seriyasının üçüncü filmi olan qorxu filmidir. Tommi Li Uolles tərəfindən çəkilən filmin baş rollarını Tom Atkins, Steysi Nelkin ve Den O'Herli vardır.
Film Nigel Knilenin orijinal ssenariyası əsasında götürülmüş və Hellouin Bayramı gecəsində ABŞ-lı uşaqların kəllələrini balqabaqa döndərən fabrika sahibi Konal Koxrendən mövzu alır. Filmin mövzusu Maykl Mayers ve Lri Stroyd ətrafında keçməyən seriyanın yeganə filmidir. Ayrıca filmdə Maykl Mayers olmadığı üçün orijinal film olan 1978-ci il tarixli Hellouin filminin əsas janrı sleyşer janrından fərqlənir. Digər tərəfdən xarakterlərin ölümlərini göstərən səhnələrin şiddətli qalmasına baxmayaraq, qrafik baxımından şiddətin sıxlığı, seriyanın 1981-ci il tarixli ikinci filmi olan "Hellouin 2" filminə görə daha azdır.
Film 2.5 milyon büdcəsi ilə "Universal Pictures" studiyası tərəfindən istehsal edilmişdir. ABŞ-nin film satışında yalnız 14.4 milyon qazanaraq seriyaların ən az qazanclı filmi olmuşdur.