NAHAMAR

sif. [ fars. nahəmvar]
1. Kələkötür, girintili-çıxıntılı, çala-çuxur, hamar olmayan. Nahamar yer. Nahamar taxta.
– Sərbəndin nahamar olması [ustanı] ayağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Çəmənzəminli.
Nahamar yolda maşın atılıb-düşəndə az qala [Firəngizin] beyni tərpənirdi. B.Bayramov.

2. məc. Kobud, qaba, yöndəmsiz, biçimsiz. Nahamar adam.
– İbrahim başını qaldırıb baxanda gördü, bu bir nahamar ifritədir ki, alt dodağı yer süpürür, üst dodağı göy süpürür. (Nağıl).

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAHAMAR NAHAMAR Nahamar yolda maşın silkələnməyə başladı (X.Hasilova); ƏYRİ-ÜYRÜ Qarlı güneyin sinəsində əyri-üyrü, çalınçarpaz cığırlar əmələ gəlirdi (B
  • NAHAMAR əyri-üyrü — kələ-kötür
  • NAHAMAR nöqsanlı — qüsurlu (dil-üslub)

Antonimlər (əks mənalı sözlər)

  • NAHAMAR NAHAMAR – DÜZ Ən yazıq, ən kiçik; Nahamar bir daşın ömrünə; Min insan ömrü də bərabər deyildir (R.Rza); Düz yol gedən yorulmaz (Ata
NAHAQLIQ
NAHAMARLIQ
OBASTAN VİKİ
Nahamar deysiya
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Nahamar qarağac
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. == Botaniki təsviri == Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.

Digər lüğətlərdə

безнра́вственный вы́деланный дове́рчивый нашёптываться подреза́ть ссыпа́ть тита́новский фотообъекти́в це́живать эффе́ктничание запа́рывать кручи́нушка отбуксиро́вывать рудимента́рный смежи́ть Aleutians apoplexy crier hard-headed mammoth nouveau riche paranthelion sickbay top-quality washbowl