Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
Müqəddəs İttifaq
Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır. == Yaradılması == 1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər. Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər: Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür.
İftixar Abbasov
Abbasov İftixar Balakişi oğlu (29 oktyabr 1966, Lənkəran rayonu) — Texnika elmləri doktoru, professor. Cənub Federal Universitetinin Taqanroq Texnologiya İnstitutunun mühəndis qrafikası və kompüter dizaynı kafedrasının müdiri. == Həyatı == İftixar Abbasov 1966-cı il oktyabrın 29-da Azərbaycan Respublikasının Lənkəran rayonunun Daşdalıqcar kəndində anadan olub. 1988-ci ildə İ.Abbasov Taqanroq Radiotexnika İnstitutunu “elektrohidroakustika və ultrasəs texnikası” ixtisası üzrə bitirib. 1989-1993-cü illərdə Taqanroq Radiotexnika İnstitutunun elektrohidroakustika və ultrasəs texnikası kafedrasında baş laborant, mühəndis, laboratoriya müdiri vəzifələrində işləyib. 1993-1996-cı illərdə Taqanroq Dövlət Radiotexnika Universitetinin (TDRU) aspirantı, Soros Fondunun və Universitetin Elmi Şurasının təqaüdçüsü olub. 1996-cı ildə aspiranturanı bitirdikdən sonra TDRU-nun mühəndis qrafikası kafedrasının assistenti vəzifəsinə qəbul edilib. 1997-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.1998-2013-cü illərdə İ.Abbasov mühəndis qrafikası və kompüter dizaynı kafedrasının dosenti vəzifəsində işləyib, 2000-ci ildə dosent elmi adı alıb. 2012-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2013-cü ildə mühəndis qrafikası və kompüter dizaynı kafedrasının müdiri vəzifəsinə seçilib.
İftixar Piriyev
İftixar Fərhad oğlu Piriyev — Azərbaycan aktyoru. == Həyatı == İftixar Piriyev 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M. A. Əliyev, indiki Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirmişdir. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Burada o, müxtəlif səpgili və xarakterli 30-dan çox obraz yaratmışdır. İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir. O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış etmiş, "Ozan" folklor toplusunun aparıcısı olmuşdur. İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaratmış, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.
İkili ittifaq
İkili İttifaq — Almaniya imperiyası və Avstriya-Macarıstanın 1879-cu ildə yaratdığı ittifaq. == Tarixi == Berlin konqresinin sabahı günü Bismark gözləyirdi ki, Rusiya Berlin traktatının həyata keçirilməsinə mane olacaq adddımlar atacaq. Şərq böhranı zamanı Bismarkın tutduğu mövqe rus-alman münasibətlərinin pisləşməsinə səbəb oldu. Rus mətbuatı alman imperiyasının ünvanına tənqid və məzəmmətlərlə dolu idi. İki dövlət arasında münasibətlər kəskinləşmişdi. Slavyanları qızışdırmaqla Rusiya Habsburqlar imperiyasında onsuz da mövcud olan daxili narahatlığın daha da güclənməsinə səbəb olmuşdu. Avstriya bundan ciddi narahatlıq keçirirdi. Bundan istifadə edən Bismark Andraşini inandırmağa çalışırdı ki, Almaniya ilə sıx ittifaq Avstriya-Macarıstanı onu hədələyən bütün təhlükələrdən xilas edə bilər. Avstriya-Macarıstanla ittifaq haqda danışıqları davam etdirən Bismark Rusiyanın "yaxşılığı bilmədiyi " haqda versiya barədə mətbuatda geniş kampaniyaya başladı. Onu da qeyd edək ki, Almaniyanın ünvanına mətbuatda tənqidi çıxışlara baxmayaraq nə Qorçakov, nə də II Aleksandr Bismarka qarşı açıqdan-açığa düşmənçilik mövqeyi tutmurdular.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
İttifaq (ABŞ)
İttifaq (ing. Union) — Vətəndaş müharibəsi dövründə 24 şimal ştatının federasiyası. Cənub Amerika Konfederativ Ştatları əleyhinə idi. == İttifaq ştatlarının siyahısı == Ayova Vermont Viskonsin Delaver Qərbi Virciniya İllinoys İndiana Kaliforniya Kanzas Kentukki Konnektikut Massaçusets Minnesota Missuri Miçiqan Men Merilend Nevada Nyu-Cersi Nyu-York Nyu-Hempşir Ohayo Oreqon Pensilvaniya Rod-Aylend == Ədəbiyyat == Gallagher, Gary W. The Union War (2011), emphasizes that the North fought primarily for nationalism and preservation of the Union Gallman, J. Matthew. The North Fights the Civil War: The Home Front (1994) Neely, Mark. The Divided Union: Party Conflict in the Civil War North (2002) Rorabaugh, William J. "Who Fought for the North in the Civil War?
İttifaq Dövlətləri
İttifaq dövlətləri, Dördlər İttifaqı, Mərkəzi dövlətlər və ya İttifaqi‐Mürəbbe (az.-əbcəd اتفاقی‐مورببئ‎) — Birinci dünya müharibəsi dövründə (1914–1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan hərbi-siyasi blok. == Blok üzvləri == Almaniya İmperiyası Avstriya-Macarıstan İmperiyası Osmanlı İmperiyası Bolqar Çarlığı (1915-ci ildən) == Blokun yaranması == == İttifaq dövlətlərinin müttəfiqləri == İttifaq dövlətlərinin müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa Üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.
İttifaq Mirzəbəyli
Qaçayev İttifaq Məmmədcan oğlu (İttifaq Mirzəbəyli; 10 fevral 1953, Mirzəbəyli, Qutqaşen rayonu) — Azərbaycan jurnalisti. == Həyatı == İttifaq Mirzəbəyli (tam adı: İttifaq Məmmədcan oğlu Qaçayev) 1953-cü il fevral ayının 10–da Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutu Mədəni–Maarif fakültəsinin məzunudur. Ali təhsil aldıqdan sonra peşə məktəbində müəllim, "Dalğa" qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri, Azərbaycan radiosunda redaktor, şərhçi, "Son xəbərlər" şöbəsinin müdiri vəzifələrində çalışıb. 1996-cı ildən etibarən "Xalq qəzeti"ndə işləyir. == Mükafatları == "Səhər" mükafatı (1993) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) "Humanizm carçısı" mükafatı (1994) "İlin ən yaxşı jurnalisti" adı (1996) "Kamil sənətkar" diplomu (1999) "Həsən bəy Zərdabi" diplomu (2003) "Əməkdar jurnalist" fəxri adı (2005) "Heydər Əliyev fenomeni" publisistika müsabiqəsinin qalibi (2009) == Fəaliyyəti == 9 kitabın müəllifi, bir çox kitabların tərtibçisi və redaktorudur. Sözlərinə yazılmış mahnılar Bakı, Təbriz, Tehran və İstanbulda dövlət radiolarının qızıl fonduna qəbul edilib. Təxminən 15 dəfə jurnalist kimi İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya, Şimali Kipr və başqa ölkələrdə "Xalq qəzeti"ni təmsil edib.
İttifaq Partiyası
İttifaq Partiyası (Tatarıstan)- 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. İttifaq Partiyası (Azərbaycan)- Azərbaycan milli sosialist-inqilabçı (eser) təşkilatı.
İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. == Nəzərdə tutulan genişlənmə == Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Müqəddəs İttifaq (1684)
Müqəddəs İttifaq (lat. Sacra Ligua) — 1684-cü ildə XI İnnokenti tərəfindən Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı yaradılmış ittifaq idi. İttifaqın ilkin üzvləri Papal Dövləti, Müqəddəs Roma İmperiyası, Reç Pospolita və Venesiya Respublikası idi. Çar Rusiyası İttifaqa 1686-cı ildə qatıldı. Bir çox Avropa dövlətlərindən fərqli olaraq Fransa birliyə qatılmadı. Çünki Fransa və Osmanlı dövləti arasında bu dövrdə sülh davam etməkdə idi. Osmanlı dövləti XVII-XVIII əsrlərdə Fransaya böyük həcmdə kapitulyasiya vermişdi. Müqəddəs ittifaqla müharibədə Osmanlı dövləti məğlub oldu və 1699-cu ildə Karlovitsa müqaviləsini imzalamalı oldu. Müqaviləyə görə Osmanlı dövlətinin bir hissəsi Müqəddəs İttifaqa daxil olan dövlətlər arasında bölüşdürüldü. Beləliklə Osmanlılar geniş ərazi itirdilər.
İttifaq Partiyası (Azərbaycan)
İttifaq Partiyası — 1905-ci ilin oktyabr ayında Bakıda yaradılmış milli sosialist inqilabçı təşkilatı. == Tarixi == === Yaradılması === Təşəbbüsçüləri sosialist-inqilabçılar partiyası Bakı komitəsinin üzvləri S. Rayetski və V. Rizel idi. Təşkilatın başçıları R. Şərifzadə, M. Cuvarlinski, R. Məlikov olmuşlar. "İttifaq"ın üzvləri sırasında P. Montinlə birlikdə qətlə yetirilmiş fəhlə Əli Hacı Yaqub oğlunun, eləcə də Ş. Poladov, tələbə Mehdiyevin də adları çəkilir. Mətbu orqanı olmayan Azərbaycan eserləri "Qafqaz sözü", "Kaspi" və digər qəzetlərin səhifələrində məqalələr dərc etdirirdilər. Təşkilatın liderləri kütlələrin maarifləndirilməsini və xalqın azadlığını özlərinin əsas məqsədləri elan edirdilər. Azərbaycanlılara qarşı soyqrımları zamanı ittifaqçılar eserlərlə və digər partiyalarla birlikdə hakimiyyət nümayəndələrinin təxribatına qarşı çıxış etmişdilər. Siyasi şəraitin və erməni-müsəlman münasibətlərinin gərginləşdiyi 1905-ci ilin oktyabrında ittifaqçılar sol blok taktikası tərəfdarları olaraq, eserlərin Bakı komitəsi, sosial demokratlar və erməni spesifikləri ilə birgə qaragüruhçulara və digər təxribatçılara qarşı yaradılmış İnqilabi Koalisiya İttifaqına daxil oldular. 1905-ci ilin avqustunda yaranmış eyni vəziyyətdə İttifaq Partiyası azərbaycanlıları və erməniləri birliyə çağıraraq, hakim dairələrin təxribatlarına uymamağa və qırğınları dayandırmağa çağırırdı. Taktiki üsullarında ittifaqçılar terrorun və anarxist mübarizəsinin tərəfdarı idilər.
İttifaq Partiyası (Tatarıstan)
Tatar Milli Azadlıq İttifaq Partiyası (tatar. Татар милли бәйсезлек партиясе "Иттифак", rus. Тататрская партия национальой независимости "Иттифак") 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. 3 yanvar 1992-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçmişdir. İttifaq Tatarıstanda yaradılmış ilk qeyri-kommunist partiya olaraq tarixə keçmişdir. Bu ad Çar Rusiyasının parlamentində (Duma) müsəlman partiyası olmuş İttifaqi-əl-Müslimin partiyasının şərəfinə verilmişdir. Partiya aşağıdakı vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur: Tatar xalqının dirçəlişi; Tatar dövlətçiliyinin bərpası; Tatar dövlətinin beynəlxalq birlik tərəfindən tanınması.Partiyanın lideri Fəvziyə Bayramovadır. O, bu partiyaya 20 ildən daha çox müddətdir ki, rəhbərlik etməyə davam edir. İttifaq Partiyasının mətbu orqanı 1993-1998-ci illər aralığında fəaliyyət göstərmiş "Altın Urda" qəzeti olmuşdur.
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260-1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Nəzərabad-i İftixar (Urmiya)
Nəzərabad-i İftixar (fars. ‎نظرابادافتخار‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (33 ailə).
Osmanlı-Müqəddəs İttifaq müharibəsi
Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir. == Səbəbləri == Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi. == II Vyana mühasirəsi == Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı.
Xalq Hərakatı Uğrunda İttifaq
Xalq Hərakatı Uğrunda İttifaq (fr. Union pour un mouvement populaire, UMP) bu abvetura ilə Prezident Çoxluğu Uğrunda İttifaqо (fr. Union pour la majorité présidentielle) — Fransanın liberal-mühafizəkar ideologiyalı siyasi partiyası. Yarandığı vaxtdan hakim partiyadır. == Mənbə == (fr.) Site officiel de l'Union pour un mouvement populaire Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine (fr.) Les Créateurs du possible (fr.) Site officiel du groupe UMP à l'Assemblée nationale Arxivləşdirilib 2006-07-07 at the Wayback Machine (fr.) Site officiel des députés UMP au Parlement européenPopülyar Hərəkat Uğrunda ittifaq' (Fransızca: Union pour un mouvement populaire, UMP) Fransada mərkəz-sağda yer alan bir siyasi partiyadır. Məclisdə və Senatoda əsas bir əmrə sahib olan partiya 2007 Prezidentlik seçimlərinə namizəd göstərildiyi Nicolas Sarkozy Fransa Prezidentliyinə seçilmişdir . Partiya Avropa Halk Partiyası, Beynəlxalq Mərkəz Demokratlar təşkilatlarına namizəddir. Partiyanın siyası görüşü Xristian liberalizm olaraq müəyyən olunur. 2012 millət vəkioli seçimlərində iqtidarı itirib muxalifət partiyası olmuşdur. == UMP-liSəlahiyyətli şəxsləri == UMP'li prezidentləri Jacques Chirac (2002-2007) Nicolas Sarkozy (2007-2012)UMP-lı baş nazirlər Jean-Pierre Raffarin (2002-2005) Dominique de Villepin (2005-2007) François Fillon (2007-2012)UMP-li senato başkanları Christian Poncelet (2002-2008) Gérard Larcher(2008-2011)UMP-li məclis başçıları Jean-Louis Debré]] (2002-2007) Patrick Ollier (2007) Bernard Accoyer (2007-2012)UMP umumi başçıları Alain Juppé]] (2002-2004) Nicolas Sarkozy (2004-2007) 2007-2012 ci illərdə başçı məqamı dondurulmuşdur.
Vyetnam müharibəsində beynəlxalq iştirak
Vyetnam müharibəsində beynəlxalq iştirak — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Cənubi Vyetnamdan kənar dövlətlərin iştirakı. Vyetnam müharibəsi dünyanın bir çox ölkəsini əhatə etmişdi. Şimali Vyetnama Şərq bloku, Cənubi Vyetnama isə ümumiyyətlə Qərb bloku dövlətləri dəstək verirdi. == Hanoy tərəfindən == === ÇXR === 1950-ci ildə Çin Xalq Respublikası Vyetnam Demokratik Respublikasına diplomatik tanınma elan etmiş və Vyetnam Demokratik Respublikasına ağır silahlar, habelə Lo Quybonun başçılıq etdiyi hərbi müşavirlərini Vyetminə Fransa ilə müharibədə kömək etmək üçün göndərmişdi. 1954-cü il Cenevrə razılaşmasının ilk layihəsi Fransanın baş naziri Pyer Mendes-Fransa və Çinin Baş naziri Çjou Enlay tərəfindən müzakirə edilmişdi. Çin ABŞ-nin müdaxiləsini gördükdən sonra Vyetmini 17-ci paraleldə bölünməyi qəbul etməyə çağırmışdı.:54–55 === SSRİ === Cənubi Çin dənizində yerləşdirilmiş SSRİ gəmiləri Cənubi Vyetnamda VXO və CVMAC qüvvələrinə həyati əhəmiyyətli erkən xəbərdarlıqlar etmişdir. Sovet kəşfiyyat gəmiləri Okinava və Quamdan uçan Amerika B-52 bombardmançılarını izləyirdi. Onların hava sürəti və istiqaməti qeyd olunur, sonra Şimali Vyetnamın cənub qərargahı olan Cənubi Vyetnam üzrə Mərkəzi İdarəyə ötürülürdü. CVMİ analitikləri hava sürətindən və istiqamətdən istifadə edərək bombalama hədəfini hesablayır, istənilən aktivlərə "hücum trayektoriyasına perpendikulyar" hərəkət etməyi əmr edirlər. Bu qabaqcadan xəbərdarlıqlar onlara bombardmançıların yolundan çəkilmək üçün vaxt verir və bombardmanlar böyük ziyana səbəb olsa da, 1968-ci ildən 1970-ci ilə qədər erkən xəbərdarlıqlara görə qərargah komplekslərində bir nəfər də olsun hərbi və ya mülki lideri öldürməmişdilər.Sovet İttifaqı Şimali Vyetnamı tibbi ləvazimatlar, silahlar, tanklar, təyyarələr, helikopterlər, artilleriya, zenit raketləri və digər hərbi texnika ilə təmin edirdi.
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası— 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə uyğun olaraq iki respublikanın hərbi nazirlikləri tərəfindən yaradılmış (1919, 16 iyun) kollegial orqan. == Haqqında == Hərbi şuraya hər iki respublikanın yüksək rütbəli iki nümayəndəsi daxil edilir və onlardan biri hökumətlərin qarşılıqlı razılığı əsasında sədr seçilirdi. Şurada Azərbaycanı generallar Əliağa Şıxlinski və Məmməd bəy Sulkeviç, Gürcüstanı isə generallar Odişelidze və Kutateladze təmsil edirdilər. General Odişelidze ittifaq hərbi şurasının sədri seçilmişdi. Şuranın səlahiyyətlərinə hərbi əməliyyatların və düşmənin imkanlarının dərinən öyrənilməsi, müdafiə planlarının işlənib hazırlanması, hər iki respublikanın ordusunun döyüş hazırlığı səviyyəsinə nəzarət edilməsi və qoşunların yerləşdirilməsi planının hazırlanması daxil idi. Şuranın strateji və hərbi-texniki qərarları tərəflər üçün icbari idi. Qarşılıqlı razılaşma əldə edilməyən məsələlərin həlli Gürcüstan hökumətinin və Azərbaycan Dövlət Müdafiə Komitəsi sədrinin ixtiyarına verildi.
Qafqaz İttifaq və Tərəqqi Firqəsi
Qafqaz İttihad və Tərəqqi Firqəsi — Azərbaycanda XX əsrin əvvəllərində mövcud olmuş siyasi partiya. == Tarixi == 1918-ci ildə türkçülük və türk xalqlarının birliyi ideyasının təsiri altında yaranmışdı. Azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi. Osmanlıdakı İttihad və Tərəqqi Partiyasının təsiri altında meydana gəlmişdi. Uzun müddət gizli fəaliyyət göstərmiş, 1918-ci ildən Qafqaz İttihad və Tərəqqi Firqəsi proqramının üz qabığı açıq işə keçmişdi. Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafızə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə "Haqq verilməz, alınar!" çağrışı ilə çap olunmuşdur. Proqramın üzərində onun çap tarixi göstərilməsə də, mətndən aydm olur ki, o, 1918-ci ildə nəşr edilmişdir. == Fəaliyyəti == Qafqaz İttihad və Tərəqqi Firqəsinin yerlərdə də gizli şöbələri yaradılmışdı. 1918-ci il iyulun 28-də Bakı qubernatoru Göyçay qəza rəisinə məktub göndərərək ondan Göyçay şəhərində fəaliyyət göstərən İttihad və Tərəqqi Komitəsinin proqramı, onun məqsədləri və idarə quruluşu barədə məlumat verməsini tələb etmişdi.
Rusiya və Belarus İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. == Nəzərdə tutulan genişlənmə == Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Ukraynanın Azadlığı Uğrunda İttifaq işi
"Ukraynanın Azadlığı Uğrunda İttifaq" işi (ukr. Процес «Спілки визволення України») — 1920-ci illərin axırlarındaUkrayna SSR Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən SSRİ-nin mərkəzləşdirilmiş repressiv siyasəti çərçivəsində Ukrayna elmi ziyalılarını nüfuzdan salmaq məqsədilə başladılmış uydurulmuş antisovet təşkilatı haqqında məhkəmə işi.. İş üzrə təqsirləndirilən şəxslərin Birinci Dünya müharibəsi illərində həqiqətən də mövcud olmuş Ukraynanın Azadlığı Uğrunda İttifaq (UAUİ) ilə heç bir əlaqəsi yox idi. 1930-cu ildə keçirilən məhkəmə işi zamanı UAUİ "üzvləri"nə görə 474 nəfər repressiyaya məruz qalmışdır. 15 nəfər ölüm cəzasına məhkum olunmuş, 192 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, 87 nəfər Ukrayna hüdudlarından kənara deportasiya olunmuş, 3 nəfər şərti cəzaya məhkum edilmiş, 124 nəfər cəzadan azad olunmuşdur. == Təqsirləndirilən şəxslər == akademik Sergey Yefremov (Ümumukrayna Elmlər Akademiyasının vitse-prezidenti), hüquqşünas Zinoviy Morqulis (Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi), ilahiyyatçı Vladimir Çexovski (Ukrayna Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Ukrayna Xalq Respublikasının Baş naziri, ilahiyyatçı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi Kanonikin lideri), pedaqoq Vladimir Durdukovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), tarixçi İosif Germayze (Kiyev Xalq Təhsili İnstitutunun professoru, UKSFP-nin keçmiş üzvü), ədəbiyyatşünas və yazıçı Andrey Nikovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü və UXR-nin Xarici İşlər naziri), yazıçı Lyudmila Staritskaya-Çernyaxovskaya (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), yazıçı Mariya Proxorova (teatr xadimi, Kiyev gimnaziyalarında xarici dillər müəllimi), Professor Aleksandr Çernyaxovski (alim histoloq, Kiyev Tibb İnstitutunun professoru), Akademik Mixail Slabçenko (tarixçi, Odessa Xalq Təhsili İnstitutunun professoru, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), professor Vasili Doqa (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının üzvü, Ümumukrayna Elmlər Akademiyasının professoru), müəllim Aleksandr Qrebenetski (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vsevolod Qantsov (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), dilçi Qriqori Qoloskeviç (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vadim Şarko (Kiyev Kooperativ İnstitutunun professoru, Ümumukrayna Elmlər Akademiyasının Ukrayna Elmi Dili İnstitutunun redaktoru), həkim Mykola Kudritsky (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü, Kiyev Tibb İnstitutunun professoru), mama-ginekoloq Aleksandr Krupski (Ümumukrayna Elmlər Akademiyasının tibb bölməsinin üzvü, tibb elmləri doktoru, professor, dünyada ilk dəfə ukrayn dilində tibbi əsərlərin müəllifi), dilçi Qriqori Xolodnı (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi-leksikoqraf Mixail Krivinyuk (USDP üzvü), Nikolay Pavluşkov (Kiyev Xalq Təhsili İnstitutunun tələbəsi, sovet hakimiyyəti onu Ukrayna Gəncləri İttifaqının qurucusu hesab edirdi), Vasili Matuşevski (Kiyev İncəsənət İnstitutunun tələbəsi), Boris Matuşevski (Kiyev Xalq Təhsili İnstitutunun məzunu).