İFTİXAR

сущ. гордость:
1. чувство удовлетворения от сознания достигнутых успехов и т.п. İftixar hissi чувство гордости, milli iftixar hissi чувство национальной гордости, iftixar hissi keçirmək испытывать чувство гордости
2. перен. о том, кем (чем) гордятся. Sən mənim iftixarımsan ты моя гордость, xalqımızın iftixarı гордость нашего народа
İFTARLIQ
İFTİXARLA
OBASTAN VİKİ
İftixar Abbasov
İftixar Piriyev
İftixar Fərhad oğlu Piriyev (7 sentyabr 1960, Düzəyrəm, Kaxetiya) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru və ssenaristi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (2000-ci ildən), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007). İftixar Piriyev 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M. A. Əliyev, indiki Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirmişdir. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Burada o, müxtəlif səpgili və xarakterli 30-dan çox obraz yaratmışdır. İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir. O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış etmiş, "Ozan" folklor toplusunun aparıcısı olmuşdur. İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaratmış, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.
Nəzərabad-i İftixar (Urmiya)
Nəzərabad-i İftixar (fars. ‎نظرابادافتخار‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (33 ailə).
Abbas İftixari
Mirzə Mustafa İftixarülüləma
Mirzə Mustafa İftixarülüləma Aştiyani (1866-1909)—İslam alimi, Məşrutə hərəkatının üzvü. Mirzə Mustafa ibn Mirzə Məhəmmədhüseyn 1866-cı ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Atası ünlü müctəhid idi.Tənbəki üsyanında iştirak etmişdi. Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Haman bu fitvayi-şeytaniyyənin nəticəsi olmuşdur ki, Mirzə Müstafa İftixarülüləma 3 nəfər yoldaşları ilə bərabər Şahəbdüzəlimdə mütəhəssin olduqları halda öldürülmüşlərdir. Məlum olunmuşdur ki, qatillər Topxana fəqərsindəki cinayətləri ilə məşhur olan Hüseyn Abdin Kamal kor və Nəqibin oğlu Səni Həzrət olmuşlardır ki, şah və şeyxin əmr və təsviyyələrinə müvafiq icrayi-fəsad eyləmişlərdir". Mirzə Mustafa İftixarülüləma 1909-cu ildə öldürülüb. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

Digər lüğətlərdə