Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İndore
İndore (hind इंदौर) — mərkəzi Hindistanda yeləşən Madhya-Pradeş ştatının ən böyük şəhəri və iqtisadi merkəzidir. Indore Madhya Pradesh vilayətinin paytaxtı olan Bhopal şəhərindən 190 km qərbdə yerləşir.Hindistanın 2011-ci ildə olan siyahıya alınmasına ğörə Indore şəhərinin əhalisi 1.516.918-dir. İndore şəhəri əhalisinə görə Hindistanın 15-ci böyük şəhəridir.2009-cu ilin siyahısına əsasən İndore şəhəri əhalisinə görə Dünya şəhərləri arsınsa 147-ci yerdədir. İndore şəhəri Hindistanın Madhya Pradesh vilayətinin İndore bölgəsinin mərkəzi şəhəridir. == Tarixi == "Maratha İmparatorluğu" devrində "Deccan" bölgəsi və Dehli şəhəri arasındakı əsas yol İndore şəhərindən keçirdi. Maratha İmparatoru "Madhavrao Peshwa" öləndən sonra "Maratha İmparatorluğu" süqut etdi və parçalandı. Maratha İmparatorluğunun bir bölgəsində Holkar Dövləti quruldu və İndore şəhəri dövlətin paytaxtı seçildi. Sonra Holkar Dövləti hökümdarı Rani Ahilyabai Holkar dövlətin paytaxtını Maheshvar şəhərinə çökürtdü. == Din == == Coğrafi yerləşimi == İndore şəhəri Madhya Pradesh vilayətinin qərb hissəsində "Malwa" palatosunun cənubunda və "Shipra" çayının qolları olan "Sraavati" çayı və "Xan" çayının sahilində, hündür bir düzənlikdə yerləşir. Düzənliyin cənubunda "Yadri Silsiləsi" vardır.
GNOME
GNOME (GNU Network Object Model Environment, tələffüzü: /ɡˈnoʊm/ və ya /ˈnoʊm/) - əməliyyat sisteminin üzərində çalışan qrafik masaüstü mühitdir. Tamamilə azad və açıq kod proqram təminatıdır. 1997-ci ildə Miguel de Icaza və Federico Mena tərəfindən azad proqram təminatı kimi yaradılmağa başladı. 1999-cu ildə ilk versiyası istifadəyə buraxıldı. Unix xüsusi ilə də Linux əməliyyat sistemlərində masaüstü mühit kimi KDE və GNOME geniş istifadə olunur.
Onore Domye
Onore Viktoren Domye (fr. Honoré Victorin Daumier; 26 fevral 1808[…], Marsel[…] – 10 fevral 1879[…], Valmondua[…]) — fransız qrafiki, boyakar və heykəltəraşı, XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri. == Həyat və yaradıcılığı == Onore Viktoryen Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan olmuşdur. 1814-cü ildə ailəsi ilə birlikdə Parisə gəlmişdir. 1822-ci ildən A.Lenuarın emalatxanasına və Süis akademiyasına getmiş, Luvrda qədim sənətkarların yaradıcılığını öyrənmişdir . 1820-ci illərdə litoqraf J.M.Beliarın assistenti olmuş, kiçik nəşriyyatlar üçün vinyetkalar, titul səhifələri və s. işləmişdir. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının böyük təsiri olmuşdur. == Qalereya == == Ədəbiyyat == Калитина Н. Н. Домье. М., Искусство, 1955.
Takeşi İnoue
Takeşi İnoue (30 sentyabr 1928 - 5 aprel 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İndre Girdauskayte
İndre Girdauskayte (d. 29 aprel 1998) — Litvalı suya tullanan. İndre Girdauskayte Litvanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == İndre Girdauskayte birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 156.40 xal toplayaraq 40-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İnori Minase
İnori Minase (水瀬 いのり, Minase Inori, d. 2.12.1995) — Yaponiya səs aktrisası və müğənnisi. Sony Music Entertainment Japan şirkətinin budaq şirkəti olan Sony Music Artists üçün fəaliyyət göstərir. 2015-ci ilin dekabrında King Records leyblı altında müğənni kimi debüt etmişdir. 2016-cı ilin martında "The Anthem of the Heart" anime filmindəki Cun Naruse roluna və "School-Live!" anime serialındakı Yuki Takeya rolunda görə 10-cu Seyyu mükafatı tədbirində "Ən yaxşı baş rol" kateqoriyasında mükafat sahibi olmuşdur.
Şumpey İnoue
Şumpey İnoue — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Fraqonar Jan Onore
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras, Dənizkənarı Alplar – 22 avqust 1806[…], Paris[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Jan Onore Fraqonar
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras, Dənizkənarı Alplar – 22 avqust 1806[…], Paris[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Onore de Balzak
Onore de Balzak (20 may 1799[…], Tur, Birinci Fransa Respublikası[…] – 18 avqust 1850[…], Paris, İkinci Fransa Respublikası[…]) — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Yaradıcılığı == Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri — "Bəşəri komediya" və ya "İnsan komediyası" (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" Vadidəki Zambaq və digər romanlar daxildir.Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırır. Digər fransız yazıçısı Qustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoymuşdur. Balzakın pyesləri bir qayda olaraq oxucuda gülüş doğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Sent-Onore (İzer)
Sent-Onore (fr. Saint-Honoré) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38396. Kommunanın 1999-cu il üçün əhalisi 779 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 895 ilə 2384 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 27 km cənubda yerləşir.
İgor Cukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. == Həyatı == İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. == Avroviziya == Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
Ignite (mahnı)
Ignite (IGNITE kimi göstərililir) — Yaponiya müğənnisi Eyr Aoy tərəfindən ifa olunmuş sinql. Bu sinql müğənninin 7-ci sinqlıdır. 20 avqust 2014-cü ildə yayımlanmışdır. Sinql Japan Hot 100 hit paradında 1-ci yerə, həftəlik Oricon hit paradında isə 9-cu yerə çatmışdır. Sinql "Sword Art Online" anime serialının ikinci mövsümünün ilk açılış mahnısı kimi (I-XIV seriyalar) istifadə olunmuşdur. == Trek siyahısı == == Hit paradlarda == == Qəbul == 2016-cı ilin iyulunda Charapedia istifadəçiləri tərəfindən bu mahnı qadın müğənni tərəfindən ifa olunan ən yaxşı 11-ci (143 səs) anime mahnısı seçilmişdir.
İqnobel mükafatı
İqnobel mükafatı və ya Anti-nobel mükafatı (ing. Ig Nobel Prize) —Harvard universitetində keçirilən mərasimdə verilən nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatına parodiya. Mükafat hər ilin oktyabrının əvvəlində, əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl elan edilir. Mükafat güldürən, sonra isə düşünməyə məcur edən nailiyyətlərə görə verilir (first make people laugh, and then make them think). Mükafat Mark Abrahams və "Qeyr-iradi tədqiqatlar annalı" adlı yumoristik jurnalı tərəfindən təsis edilib. == Həmçinin bax == Nobel mükafatı == Ədəbiyyat == Абрахамс М. Шнобелевские премии. — М.: АСТ, 2006 ISBN 5-17-030356-4 Абрахамс М. Шнобелевские премии-2. — М.: АСТ, 2009 ISBN 978-5-17-052229-3 == Mənbə == The Ig® Nobel Home Page Все Шнобелевские премии А. Левин.
İndre-Veydefiorden Milli Parkı
İndre-Veydefiorden Milli Parkı (norv. ) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının mərkəzi şimal hissəsində yerləşən milli park. Milli park ərazisi 1127 km²-dir. Bunun 745 km² quru və 382 km² su səthi sahəsi daxildir. Park 9 sentyabr 2005-ci ildə təşkil olunmuşdur. Veydefiordun cənub sahillərində yerləşir.
İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti. == Həyatı == İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” , F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli Humay- «İntizar» F.Əlizadə Zoluşka-«Zoluşka» L.Vaynştey Cırtdan- «Cırtdan» N.Əliverdibəyov Rozina- «Sevilya bərbəri» C.Rossini Serpina -“Hammı elə edir” V.Mozart Adina -“Sevgi şərbəti” Donizetti Süzanna -“Don-Juan” V.Mozart Oskar-“Bal-Maskarad” D.Verdi Pamina-“Sehirli-tetək” V.Mozart Dilbər-“Sevil”F.Əmirov Amur-“Orfey və Evredika” Gluk Məhsəti-“Məhsəti” P.Axundova Cilda- «Riqoletto» C.Verdi Violetta- “Traviata» C.Verdi Muzetta- «Boqema» C.Puççini Mikaella-«Karmen»,J.Bizen və sRolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir.
İnarə Quliyeva
İnarə Quliyeva (4 yanvar 1950, Moskva) — Rusiyanın tanınmış teatr və kino aktrisası, Rusiyanın Əməkdar Artisti (1994) == Həyatı == İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib. O, bir sıra bədii filimlərdə çəkilib.
İqone Arribas
İqone Arribas (22 iyul 1983) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == İqone Arribas İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
İnese Libina-Eqnere
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini. == Həyatı == İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. == Fəaliyyəti == İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu. === Deputatlığı dövrü === İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu. 2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.
I İqor
I İqor və ya İqor Rürikoviç (qəd-isl. Ingvar 878-945) — Kiyev Knyazlığının 2-ci Böyük Knyazı. Letopislərə əsasən Rürikın oğlu. Bizans və qərb mənbələrinə görə ilk rus knyazı. == İqor qədim rus salnamələrində == "Müvəqqəti illər hekayəsi" salnaməsinə əsasən qədim rus knyazları sülələsin yaradan Rürik 879-cu ildə ölür və hakmiyyəti Oleqa verir. 882-ci ildə Oleq Rürikın oğlu İqorla Kiyevə yaxınlaşır və orada qanunsuz knyazlığ edən varyaqları Askold və Diri aldadaraq şəhərdən çıxarır. Görüşdə Oleq Askold və Dirə deyir:"Siz knyaz deyilsiniz, heç knyaz soyundan belə deyilsiniz. Amma mən knyaz soyundanam bax bu isə Rürikın oğludur" deyəndən sonra varyaqları öldürmək əmrini verir. == Mənbə == İlk Novqorod letopisi. — М.-Л.: "SSRİ elmlər akademiyası nəşriyyatı", 1950.
Qore adası
Qore (fr. Île de Gorée) — Atlantik okeanda ada və Seneqalın paytaxtı Dakar şəhərinin dairə kommunlarından biri. Ada Dakarın əsas limanından 2 kilometr (1.2 mil) məsafədə yerləşir və 18.2 hektar sahəyə malikdir. Qul ticarəti tarixindəki faktiki rolu mübahisə mövzusu olsa da, Atlantik qul ticarəti ilə maraqlananlar üçün məşhurdur. 2013-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 1680 nəfər idi. Bu rəqəm 5.802 nəfər / km2 olaraq bir əhali sıxlığı verir ki, bu da Dakar şəhərinin orta sıxlığının yalnız yarısıdır. Qore Dakarın 19 dairə kommunundan ən kiçiyi və ən az məskunlaşılanıdır. Seneqaldakı qul ticarəti üçün digər vacib mərkəzlər daha da şimalda, Sen-Luidə və ya cənuba doğru Qambiyadakı böyük çayların mənsəbində idi. Qore adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.Adanın adı əsl holland adı olan və "yaxşı reyd" mənasını verən Quderede sözündən götürülmüşdür.
İqor Ametov
Ametov İqor Mamedoviç — texnika elmləri doktoru, professor. == Həyatı == Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə "Neft və qaz yataqlarının işlənilməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə AzNKİ-nin neft-mədən fakültəsini bitirdikdən sonra bu institutun aspiranturasına qəbul olunub və Azərbaycan EA DNQYPİ-da işləməyə başlamışdır. 1972-ci ildən Uxta Sənaye institutunun "Neft və qaz yataqlarının işlənilməsi və istismarı" kafedrasında assistent, baş müəllim, hidravlik kafedrasının müdiri işləmişdir. 1973-cü ildə "Neft-mədən mexanikasının bəzi məsələlərində ikifazalı sistemlərin hərəkətinə ağırlıq qüvvəsinin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1979-cu ildə isə "Neft və qazın hasilatı zamanı müvazinətsizliyin xüsusiyyətlərinin nəzərə alınması əsasında əsas texnoloji proseslərin, bu proseslərin hesabat üsullarının və keyfiyyətinin artırılması yollarının işlənilməsi məqsədi ilə təhlili" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1984-cü ildən ÜETNSİ (Moskva ş.) laboratoriya müdiri, baş direktorun elmi işlər üzrə müavini kimi vəzifələrdə işləmişdir. Ametov İ.M. Uxta Dövlət texniki universitetinin neft və qaz yataqlarının işlənilməsi və istismarı və yeraltı hidromexanika kafedrasının professoru olmuşdur. Ametov İ.M. Beynəlxalq Şərqi Neft akademiyasının, Rusiya Federasiyası Dağ elmləri Akademiyasının həqiqi üzvü olmuşdur. == Elmi fəaliyyəti == Ametov İ.M. - neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi-tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi, layların neftveriminin artırılması; neft və qaz hasilatının texnika və texnologiyası; neft layının fizikası.
İqor Aşurbəyli
İqor Aşurbəyli (tam adı: İqor Rauf oğlu Aşurbəyli; d. 9 sentyabr 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri; "Almaz-Antey"” konstruktor bürosunun sabiq rəhbəri (2001-2011). Texnika elmləri doktoru. Socium Holdinq İdarə Heyətinin prezidenti. Asgardia Kosmos Millətinin qurucusudur. == Həyatı == Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub. == Təhsili == 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib.
İqor Belanov
İqor İvanoviç (və ya İqor İvanoviç) Belanov (ukr. Ігор Іванович Беланов; 25 sentyabr 1960, Odessa) — hücuma meylli yarımmüdafiəçi və ya ikinci hücumçu kimi oynamış təqaüdçü Ukrayna futbolçusudur. == Karyerası == Beş böyük titul qazanan və 1986-cı ildə Avropada ilin Futbolçusu adına layiq görülən "Dinamo Kiyev" in əfsanəvi futbolçudur. Sonra altı ilini Almaniyada iki komanda ilə keçirdi və az uğur qazandı. The Times qəzetinin yazdığına görə, bütün zamanların ən yaxşı 100 futbolçusu sırasında o da yer alıb.Belanov Sovet İttifaqını bir Dünya Kubokunda və bir Avropa Çempionatında təmsil etdi. 2011-ci ildə İqor Belanov Oleq Blohin və Vitaliy Staruxin ilə birlikdə Futbol qalibiyyətində "Ukrayna futbolunun əfsanələri" adını aldı.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). == Bioqrafiyası == Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
İqor Burqanov
İqor Burqanov (rus. Бурганов Игорь Александрович; d. 14 iyul 1973, Moskva, RSFSR, SSRİ) — Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, professor. == Sərgiləri == 2013-cü ildə Bakı şəhərindəki Xalça muzeyində fərdi sərgisi təşkil olunmuşdur. == Xalça == == Ədəbiyyat == А. Бурганов, В. Ванслов, Т. Малинина, С. Орлов, Ю. Смоленкова |Игорь Бурганов. — Москва: Белый город, 2007. — С. 47. — ISBN 978-5-7793-1394-0. Игорь Бурганов. Музей в XXI веке.