Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsmilli
İsmilli — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır. == Tarixi == Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş İsmayıllı nəslinin adından yaranmışdır. == Coğrafiyası və iqlimi == İsmilli kəndi Şirvan düzündə yerləşirdi.
İkixallı torağay
İkixallı çöl torağayı
İkixallı çöl torağayı (lat. Melanocorypha bimaculata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin çöl torağayı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Növə bu adın verilməsinə səbəb, sinəsindəki iki qara ləkənin olmasıdır. Çöl torağayına çox bənzəyir, ondan bir az kiçik, ancağ daha iri dimdikli, qısa quyruqlu və qırmızımtıl rəngdədir. Sinə ləkələri daha kiçik, gözü tünd qara, qaşı dümağ və daha diqqətə çarpandır. Gözdən dimdiyə doğru gedən qara xətt vardır. Uçuşda, alt hissəsi boz-qəhvəyi, qısa geniş qanadları və ağ uclu qısa, amma kənarları ağ olmayan quyruğu görsənir. Quyruq naxışları və qanadları, qərbli qohumlarından ayıran xüsusiyyətləridir. Qanad ucları itidir.