Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Divanyolu
Divanyolu — Osmanlı İmperiyasında istifadə edilən protokol yolu. Osmanlı sarayında toplanan Divanı Hümayuna gələn və gedən vəzirlər, elçilər, əsgərlər və digər idarəçilər buradan keçdiyi üçün "Divanyolu" deyilmişdir. Roma İmperatoru I Konstantin zamanında inşa edilərək İstanbulun əsas yolu olmuşdur. == Tarixi == Bütün tarix boyunca İstanbulun əsasını təşkil edən anayol, bu marşrut üzərində yerləşir. Antik dövrdə Trakyadan Bizantiuma gələn yolun, yəni Via Egnatianın şəhər içində qalan hissəsini təşkil edən bu prospekt, Roma və Bizans dövründə Mese, Osmanlı dövründə isə Divanyolu adlandırılmışdır. Tarixi yarımadanın tam ortasından keçir və şəhər sanki onun ətrafında şəkillənir. Antik dövrdə bu yol Ayasofya yaxınlığındakı Milion meydanınından başlayıb, Çemberlidaşın olduğu Constantinus Forumundan (Foros) keçərək Taurin Forumunda yəni günümüzün Bəyazid meydanına çatır. Osmanlı dövründə bu prospektə Divanyolu deyilməsinin səbəbi isə, Topqapı sarayında xüsusilə Fateh Sultan Mehmet dövründə hər gün keçirilən Divanı Hümayun (Padşahın və vəzirlərin qatıldığı günümüzün nazirlər heyəti konfransı olaraq xarakterik yığıncaq) sonrası vəzirlərin arabaları ilə bu yolu istifadə edərək Fatih və Ağsaraydakı iqamətgahlarına getməsidir. Bu yolu indiki vaxtda Yeniçərilər prospekti ilə Divanyolu prospekti meydana gətirir. 1957–1958-ci illər arasında dövrün hökuməti, Ordu küçəsini, Yeniçərilər küçəsini və Divanyolu küçəsinin genişləndirilməsinə qərar verir.