Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnflyasiya
İnflyasiya(ing. Inflation, lat. inflatio — şişmə deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi proseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. İnflyasiya yeni dövr tarixinin məhsulu deyil. Tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra ortaya çıxıb. Kağız pulların çapından sonra pul əmtəə kütləsinə nəzərən, dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Baza inflyasiya
Çaparaq inflyasiya
Yüksək sürətlə inkişaf edən inflyasiya.Qiymətlərin il ərzində 200%-dək artması. Qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5–7% dən 15–17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
İnflyasiya vergisi
İnflyasiya vergisi — pul və digər dəyər ekvivalentlərinin sahiblərinin məruz qaldığı iqtisadi zərər. Belə zərər inflyasiya nəticəsində valyutanın dəyərinin azalması, inflyasiyaya səbəb olan müavinətlərin emitent mərkəzi tərəfindən eyni vaxtda mənimsənilməsi nəticəsində yaranır. Əgər emitent mərkəzinin gəlirinin bir hissəsi büdcəyə gedirsə, məsələn, Rusiya Federasiyasının Mərkəzi Bankı öz mənfəətinin 75%-ni büdcəyə ödəyirsə (2016-cı il yanvarın 1-dək 50%), bu hissə şərti olaraq pul sahiblərindən alınan gizli vergi hesab edilə bilər. Bir çox iqtisadçı qeyd edir ki, varlılar inflyasiya vergisinə daha az, kasıblar və orta təbəqə isə daha çox tabedir, çünki onlar gəlirlərinin böyük hissəsini nağd şəkildə saxlamağa meyllidirlər. Bundan əlavə, yoxsullar və orta təbəqə gəlirlərinin böyük hissəsini sabit formada alır: maaşlar, pensiyalar və müavinətlər, bu da vaxtında indeksləşdirmənin mümkünsüzlüyünə səbəb olur. Bəzi iqtisadçılar inflyasiyanın reqressiv istehlak vergisi olduğunu açıq şəkildə qeyd edirlər. == Mexanizmi == Mərkəzi banklar əskinasları çap etdikdə və dövlət krediti buraxdıqda, adətən pisləşən iqtisadi şəraitə cavab olaraq iqtisadiyyatda dövriyyədə olan pulun miqdarını artırırlar. Real pul balansındakı bu dəyişiklik inflyasiyaya səbəb olur. Bu yolla əldə edilən xərclərin maliyyələşdirilməsi senyoraj (emitentin senyorajı) adlanır. İnflyasiyanın ən bariz dəyəri pul kütləsinin artması və pul sahiblərinin inflyasiya vergisi ödəməyə məcbur edilməsidir.
İstehlakçı Qiymət İndeksi (İnflyasiya)
İstehlakçı Qiymət İndeksi (ing. consumer price index) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. Hesablandıqdan sonra yeni index əvvəlki dövrün indeksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır. İnflyasiya dərəcəsi = (İQİ2014 –İQİ2013)/ İQİ2013*100.
İnflyasiyanın hədəflənməsi
İnflyasiyanın hədəflənməsi (inflyasiyalı hədəfləmə, ing. inflation targeting) — son məqsədi qiymət sabitliyi olan pul siyasəti rejimi. Mərkəzi Bank faiz siyasəti vasitəsilə bunu təmin etmək üçün tədbirlər görür və həyata keçirdiyi siyasətin nəticələrinə görə ictimai məsuliyyət daşıyır. == Müəllifi == İnflyasiyanın hədəflənməsi ideyasının müəllifi kapital, qiymətlər və əmək haqqı nəzəriyyəsi ilə məşğul olan məşhur isveçli iqtisadçı Knut Vikseldir. 1896-cı ildə İsveç İqtisadi Assosiasiyasında keçirilən iclasda Viksel ilk dəfə belə bir fikri səsləndirdi ki, qiymət səviyyəsinin sabitləşdirilməsi mərkəzi bank siyasətinin əsas məqsədi olmalıdır. XIX əsrdə isə əksinə, heç kim şübhə etmirdi ki, mərkəzi bank məzənnəni istehlak qiymətlərinə deyil, qızılın qiymətinə nisbətən sabitləşdirməlidir. 1898-ci ildə Viksel yazırdı: “Əgər qiymətlər qalxarsa, faiz dərəcəsi artırılmalıdır; qiymətlər aşağı düşərsə, faiz dərəcəsi aşağı salınmalıdır; və faiz dərəcəsi bundan sonra qiymətlərin dəyişməsi bu və ya digər istiqamətdə əlavə dəyişiklikləri tələb edənə qədər yeni səviyyədə saxlanmalıdır”. == Tələblər == Monetar orqanlar pul siyasətinin əsas (son) məqsədi kimi qəbul edilən kəmiyyət inflyasiya hədəfini müəyyən edir və ictimaiyyətə açıqlayır. Mərkəzi bank inflyasiyanın hədəflənməsini digər pul siyasəti rejimlərindən fərqləndirən faiz dərəcəsi siyasətinə (qısamüddətli faiz dərəcəsinin idarə edilməsi) əsaslanır. Pul siyasəti ilə bağlı qərarlar iqtisadi inkişaf və inflyasiya proqnozları da daxil olmaqla geniş məlumat kütləsinə əsaslanır.
İnfilyasiya
İnflyasiya(ing. Inflation, lat. inflatio — şişmə deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi proseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. İnflyasiya yeni dövr tarixinin məhsulu deyil. Tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra ortaya çıxıb. Kağız pulların çapından sonra pul əmtəə kütləsinə nəzərən, dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Biflyasiya
Biflyasiya (hərdən miksflyasiya) — inflyasiya və deflyasiya proseslərinin paralel baş verdiyi iqtisadiyyatın vəziyyəti. Bu termin ilk olaraq Phoenix Investment Group-un baş maliyyə analitiki Osborn Braun (ing. F. Osborne Brown) tərəfindən hazırlanmışdır. Biflyasiya zamanı əsas gəlir (qazanc) hissəsi kimi alınan mallar üçün eyni vaxtda qiymətlərdə (inflyasiya) və əsasən kreditlə alınan mallarda paralel olaraq qiymətlərdə (deflyasiya) artım olur. Biflyasiya ilə mərkəzi bankların pul emissiyası hesabına pul təklifinin həcmi artır. Bu, ən vacib malların (qida, enerji, geyim) qiymətlərinin artmasına səbəb olur, çünki bu mallara olan ümumi tələb nisbətən sabitdir. Digər tərəfdən, işsizliyin artması və əhalinin alıcılıq qabiliyyətində azalma var. Bu baxımdan əhali əsasən yalnız ən vacib malları alır və kreditlə satın alınan aktivlərə (evlər, avtomobillər və digər tipik "kredit" mallar) tələb azalır. Nəticədə qiymətləri də aşağı düşür. İqtisadiyyatda biflyasiyanın olması inflyasiyanın qiymətləndirilməsində təhrifə səbəb olur.
Deflyasiya
Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir. Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir. == Əsas səbəbləri == Qiymətlərin ümumi səviyyəsinin enməsi ümumi tələb çatışmazlığından irəli gəlir və bunun nəticəsində firmalar istehsal gücünü azaldaraq tələbin daha da aşağı düşməsinə səbəb olan işçilərin ixtisarını aparır.
İnsolyasiya
İnsolyasiya - müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfüqi səthə (1 sm²) düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı sərhəddində insolyasiya günəş sabiti adlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məsələn, divar) və maili səthə (yamac) axını da insolyasiya kimi başa düşülür. == İnsolyasiya cəhəti == İnsolyasiya cəhəti dünyanın cəhətlərinə və horizontun müstəvisinə görə səthin (dərənin, yarğanın, dağın, təpənin, yüksəkliyin və digər formaların) vəziyyətidir. Bu, müəyyən yerdə və ilin müəyyən zamanında səthin günəş şüaları ilə işıqlanma müddətini və intensivliyini təyin edir. İnsolyaisya cəhəti xüsusilə dağ rayonlarında iqlimə təsirini göstərir. Həmçinin, yamaclarda iqlimin diferensasiyasına, torpağın, bitkinin müxtəlifliyinə səbəb olur. Dağlarda müxtəlif insolyasiya cəhətlərində landşaft qurşaqlığı strukturunda, qar sərhəddinin yüksəklik vəziyyətində fərq müşahidə olunur. == Dünya üzrə insolyasiya xəritələri == == Həmçinin bax == Günəş radiasiyası == Xarici keçid == Günəş modulları yaşadığım yer üçün əlverişlidirmi?