Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnsest
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur. Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır. Кровосмешение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Co İnqles
Co İnqles (əsl adı: ing. Joseph Howarth; d. 2 oktyabr 1987; Adelaida, Cənubi Avstraliya) — Atıcı və mərkəz mövqelərində oynayan Avstraliyalı basketbolçudur. Hal-hazırda NBA komandalarından "Yuta Caz"da oynayır. İngilis əsillidir. Solaxay olan basketbolçu mərkəzdə oynamasına baxmayaraq atıcılıqda çox məşhurdur. 2,3 metr boyu və 98 kq (217 Ib) çəkisi olan İnqles Avstraliya milli komandasının ən dəyərli oyunçularından biridir. Milli komandası ilə birlikdə 2009-cu ildə gümüş, 2011-ci ildə FİBA Okeaniya Çempionatında qızıl medal qazanmışdır. == İlk illəri == Co İnqles universitet karyerası ərzində Kanberra şəhərində olan Lake Ginninderra kollecində basketbol oynayıb. Daha sonra göstərdiyi oyunlarla əlaqədar maraqları qazanan uğurlu oyunçu kollec karyerasını bitirdikdən sonra Avstraliya 1.
System Request klavişi
Sys Req klavişi(Sys Req key,клавиша Sys Req)-bəzi IBM və onunla uyumlu klaviaturalarda olan və klaviaturanı yenidən kökləməyə, yaxud bir seansdan başqasına keçməyə imkan verən klaviş. Adətən, Print Screen ilə eyni klavişdə yerləşir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 832 s.
Quest Pistols
Quest Pistols — ukraynalı pop qrup, "Quest" adlı rəqs baletində çalışan Anto Savlepov, Nikita Qoryuk və Konstantin Borovski tərəfindən yaradılmışdı. Qrup şəklində onların ilk çıxışı 1 aprel 2007-ci ildə baş tutmuşdu. 1 aprel 2007-ci il - «Quest Pistols» qrupunun ad günü hesab olunur. Məhz bu gün, Anton, Nikita və Kostya özlərinin bütün güclərini tolayıb ukrayna televiziyasında yayımlanan «Şans» proqramında yeni ampluada çıxış etməyə qərar verdilər. «Shocking Blue» qrupunun «Long and lonesome road» adlı mahnısına Quest Pistols qrupu yeni «Я устал» adlı kover versiya yaradır və bu yenilənmiş sinql teleefiri partladır. Onların çıxışına seyircilər 60 000 səs verirlər və beləliklə də Quest Pistols Ukraynada populyarlıq qazanır. Quest Pistols qrupunun tərkibi Cədvəldə ★ işarəli mahnılara klip çəkilib.
Playa-del-İnqles
Playa-del-İnqles (isp. Playa del Ingles) — Qran-Kanariya ərazisində yerləşən kurort ərazisi. Bu ərazinin adının yaranmasının müxtəlif versiyaları vardır. Belə ki, XX əsrin əvvəllərində burada fransız qadın dincəlirmiş. Yerli əhali onu ingilis hesab etdiyindən çinərliyə bu cür ad vermişlər. Çimərlik uzununa uzanan qumlu dyunlarla zəngindir. Çimərlik San-Aqustindən başlayaraq Maspalomasa qədər uzanır. Ərazi 1960-cı illərə qədər səhralıq olmuşdur. Bundan sonra burada genişmiqyaslı tikinti işləri aparılmış və kurort zonası salınmışdır. Playa-del-İnqlesdə 2013-ci ilə olan məlumata görə əhalisi 7,515 nəfər olmuşdur.
The Conquest of Bread
Çörəyin Fəthi (fr. La Conquête du Pain; rus. Хлѣбъ и воля) və ya Çörək kitabı — rus anarxo-kommunisti Peter Kropotkinin 1892-ci ildə yazdığı kitab. Əsl olaraq fransız dilində yazılmış, ilk dəfə anarxist Le Révolté jurnalında bir sıra məqalələr şəklində üz göstərmişdir. İlk olaraq Parisdə, adını da təklif edən Elis Reclusun ön sözü ilə nəşr edilmişdir. Kitab 1892–1894-cü illərdə Kropotkinin həmtəsisçisi olduğu Londonda yerləşən Freedom adlı bir dərgi vasitəsilə yayımlanmışdır. Əsərdə Kropotkin, feodalizm və kapitalizm, iqtisadi sistemlərinin qüsurlarını yoxsulluq və qıtlığda necə inkişaf etdiklərini və yaranmış vəziyyəti necə saxladıqlarını izah edir. O, qarşılıqlı yardım və könüllü əməkdaşlığa əsaslanan mərkəzləşdirilməmiş bir iqtisadi sistem təklif edir və bu cür təşkilatlanma meyllərinin həm təkamüldə, həm də insan cəmiyyətində mövcud olduğunu faktlarla ortaya qoyur. Çörəyin Fəthi siyasi anarxist ədəbiyyat da bir klassikə çevrilmişdir. Kitab həm İspaniya Vətən Müharibəsi, həm də İşğal hərəkatı dövründə çox təsirli bir vasitə idi.
İnquş camaatlığı
İnquşetiya və ya İnquş camaatlığı, müxtəlif kəndlərin və qəbilələrin ərazi birliyinə əsaslanan İnquşların orta əsr ərazi birlikləridir (qrupları, vahidləri). İlk İnquş ərazi cəmiyyətlərinin, bir növ siyasi inzibati formasiyalarının - şaharların yaranması XVI əsrin ikinci yarısına təsadüf edir. İnquş cəmiyyətlərinin adları, yerləşdikləri ərazinin adları ilə adlanırdı, yəni adlar coğrafi prinsipə söykənirdi. Zamanla tez -tez dəyişən müxtəlif saylarda, adlarda və sərhədlərdə İnquş cəmiyyətləri XIX əsrin sonlarına qədər fəaliyyət göstərmişdir. Əvvəlki dövrlərdə İnquşlar, tək bir mərkəz ətrafında toplaşmaqdansa ərazi baxımından delimitasiyaya daha çox töhfə verən dağ-dərələrdə, nisbətən qapalı şəraitdə yaşamalarına baxmayaraq, tək bir etnik qrupun kimliyini qorudular. Ortaq bir mədəniyyətə və ortaq bir dilə əsaslanaraq "Qalqay" ortaq etnonimi altında yaşayırdılar. XIII əsrdə Alaniya dövlətinin süqutu və əhalisinin Daryalın şərqində və qərbində qalalar tikərək dağlara axını yeni etno-ərazi icmalarının yaranması üçün əsas oldu. İnquşların düzənliyə qayıtması ilə əlaqədar olan miqrasiya prosesləri, Əmir Teymurun Şimali Qafqazı tərk etməsindən qısa müddət sonra (XV əsrin əvvəlləri) başladı.. Ən erkən mərhələdə, bu inquşların düzən ərazilərdə yeni gələn köçəri xalqların məskunlaşmasına qarşı çıxmaq üçün etdikləri ayrı-ayrı hərbi-siyasi hərəkətlərlər formasında olurdu. Bu dövrlə əlaqəli bəzi epizodlar XIX əsrdə qeydə alınmış inquş əfsanələrindən birində öz əksini tapmışdır.
İnquş dairəsi
İnquş mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Şimali Qafqazın mərkəzi hissəsində, müasir İnquşetiya ərazisini, Şimali Osetiyanın Priqorodnı rayonunun bir hissəsini və Çeçenistan Respublikası, Açxoy-Martan rayonunun bir hissəsini əhatə edən Terek, Sunja, Assa və Fortanqa çaylarının hövzəsində yerləşən rayon idi. Sərhədləri şimal-qərbdə Kurp dağlığı boyunca Nalçik rayonu ilə, cənub-qərbdə və şimalda Terek çayı boyunca Osetiya rayonu və Stavropol diyarı ilə, şərqdə Arqun mahalı ilə Fortanqa çayı boyunca, cənubda Tiflis quberniyası ilə Qafqaz silsiləsi boyunca uzanırdı. Mahal 1860-cı ildə quruldu. XIX əsrin 1860-cı ilinə qədər Şimali Qafqazın dağ əhalisi Qafqaz xəttinin Sol (Şimal-Şərqi Qafqaz) və Sağ (Şimali-Qərbi Qafqaz) hərbi rəhbərliklərinə tabe idi. Mülki idarəetmə yalnız Stavropol əyalətində idi. Qafqaz müharibəsi bitdikdən sonra Qafqazın hərbi idarəsi ləğv edildi. 1860-cı ildə Şimali Qafqazın bütün ərazisi Stavropol vilayəti, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 rayondan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkeriya və Kumıkdan ibarət idi. İnquş rayonunun inzibati mərkəzi Osetiya rayonu ilə birlikdə Vladiqafqaz idi.
İnquş dili
İnquş dili (inq. ГIалгIай мотт) — Şimali Qafqazda yaşayan inquşların dili. Rusiyada 2010-cu ildə keçirilən siyahıyaalmanın nəticəsinə görə inquş dilində 306 min nəfər danışır. İnquş dili çeçen dilinə yaxındır, onunla birlikdə nax-dağıstan dillərinin nax qoluna daxildir.
İnquş mahalı
İnquş mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Şimali Qafqazın mərkəzi hissəsində, müasir İnquşetiya ərazisini, Şimali Osetiyanın Priqorodnı rayonunun bir hissəsini və Çeçenistan Respublikası, Açxoy-Martan rayonunun bir hissəsini əhatə edən Terek, Sunja, Assa və Fortanqa çaylarının hövzəsində yerləşən rayon idi. Sərhədləri şimal-qərbdə Kurp dağlığı boyunca Nalçik rayonu ilə, cənub-qərbdə və şimalda Terek çayı boyunca Osetiya rayonu və Stavropol diyarı ilə, şərqdə Arqun mahalı ilə Fortanqa çayı boyunca, cənubda Tiflis quberniyası ilə Qafqaz silsiləsi boyunca uzanırdı. Mahal 1860-cı ildə quruldu. XIX əsrin 1860-cı ilinə qədər Şimali Qafqazın dağ əhalisi Qafqaz xəttinin Sol (Şimal-Şərqi Qafqaz) və Sağ (Şimali-Qərbi Qafqaz) hərbi rəhbərliklərinə tabe idi. Mülki idarəetmə yalnız Stavropol əyalətində idi. Qafqaz müharibəsi bitdikdən sonra Qafqazın hərbi idarəsi ləğv edildi. 1860-cı ildə Şimali Qafqazın bütün ərazisi Stavropol vilayəti, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 rayondan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkeriya və Kumıkdan ibarət idi. İnquş rayonunun inzibati mərkəzi Osetiya rayonu ilə birlikdə Vladiqafqaz idi.
İnquş rayonu

Be My Guest
Be My Guest — Ukraynanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 65 balla 15-ci olub.
Osetin-inquş münaqişəsi
Osetin-inquş münaqişəsi — 31 oktyabr — 4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetin və inquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma. Münaqişənin dərin siyasi və etnik kökləri vardır. Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra vətəndaş müharibəsi zamanı onların tərəfini saxlayan inquşlara əvvəllər malik olduqları ərazilərin bir hissəsi geri qaytarıldı. Vladiqafqaz hər iki xalqın vahid şəhəri tanınmış və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinin bütün inzibati orqanları burada yerləşdirilmişdi. Lakin 1928-ci il oktyabrın 13-də Vladiqafqaz şəhərinin Şimali Osetiya Muxtar Vilayətinin tərkibinə verilməsi qərarı inquşların narazılığına səbəb olmuşdur. 1944-cü ildə inquşların deportassiyasından sonra İnquş Muxtar Vilayətlərinin əraziləri bölüşdürülmüş və onun torpaqlarının bir hissəsi Şimali Osetiyaya çatmışdır.
Çeçen-İnquş MSSR-in bərpası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası — SSRİ və RSFSR Ali Sovetləri Rəyasət Heyətlərinin 9 yanvar 1957-ci il tarixli fərmanları ilə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası ləğv edilməzdən əvvəlkju halı ilə müqayisədə bir qədər fərqli sərhədlər daxilində bərpa edilmişdir. Buraya 1944-cü ildə Stavropol diyarından Qroznı vilayətinə köçürülmüş, əhalisinin əksəriyyəti rus olan Naurski və Şelkov rayonları daxil idi, lakin eyni zamanda Şimali Osetiyaya verilmiş Priqorodnı rayonu da geri qaytarılmamışdır. Bərpadan sonra respublikanın ərazisi 19,300 km2 olmuşdur. Eyni zamanda, çeçen-inquş əhalisinin respublikanın Gürcüstan SSR-ə bitişik cənub dağlıq rayonlarında yaşaması qadağan edilmişdir. 11 fevral 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar tarixli fərmanı təsdiq edilmiş və muxtariyyət haqqında qeydi SSRİ Konstitusiyasının 22-ci maddəsinə qaytarılmışdır. Абдурахманов Д. Б., Музаев М. Н., Бугаев А. М., Шепелев В. Н., Осмаев А. Д. Восстановление Чечено-Ингушской АССР. 1 (1000 nüs.). Нальчик: ООО «Печатный двор». 2013. ISBN 978-5-905770-32-6. Ахмадов Я. З., Хасмагомадов Э. Х. История Чечни в XIX-XX веках (1200 nüs.).
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası və ya Çeçen-İnquş MSSR — Rusiya SFSR-yə daxil olan muxtar respublika. Paytaxtı Qroznı şəhəriydi. 1989-cu il siyahıyaalmasına görə respublikanın ərazisi 19.300 km² , əhalisi isə 1.275.513 nəfərdir: 734,500 çeçen, 163,800 inquş, qalanları rus və digər etnik qruplardır. 1810-cu ildə İnquşetiya könüllü olaraq Rusiya İmperiyasının tərkibinə qatıldı. 1859-cu ildə tarixi Çeçenistan torpaqları da, uzun müddətli Qafqaz müharibəsi (1817-64) zamanı Rusiyaya ilhaq edildi. 1917-ci il Rusiya inqilabından sonra, 20 yanvar 1921-ci ildə Çeçenistan və İnquşetiya Dağ Sovet Respublikasına qoşuldu. Dağ MSSR-nin parçalanması yarandıqdan qısa müddət sonra başladı və Çeçen rayonu 30 noyabr 1922-ci ildə Çeçen Muxtar Vilayəti olaraq ayrıldı. 7 iyul 1924-cü ildə Dağ MSSR-nin qalıqları Şimali Osetiya Muxtar Vilayətinə və İnquş Muxtar Vilayətinə bölündü. 15 yanvar 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri 5 dekabr 1936-cı ildə Çeçen-İnquş MSSR-də birləşdirildi.. 40.000 çeçenin Qızıl Orduda döyüşdü İkinci Dünya müharibəsi dövründə, 1942-43-cü illərdə respublika qismən Nasist Almaniya tərəfindən işğal edildi.