Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnzar ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. == Yazı və tərcüməsi == {{{1}}} وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! == Təfsir(açıqlama) == Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir.Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya.Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
İnza
İnza — Rusiya Federasiyasında yerləşən şəhər.
Nizar Məmmədov
Nizar Sakit oğlu Məmmədov (18 iyun 1986, Bakı) — Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Vera kubokunun qalibi,Ilin ən yaxşı rəssamı (2019). == Həyatı == Məmmədov Nizar Sakit oğlu 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almışdır. Nizar Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun oğludur. == Karyerası == İlk əsərini 12 yaşında çəkib. Sinqapur, Kipr, Manej, Luvr muzeylərində, Şanxayda, ümumiyyətlə dünyanın 57-dən çox yerlərində sərgiləri təşkil olunub. Rəssamlıqda müəllimi Böyükağa Mirzəzadə və Davud Kazımov olub, ən böyük müəllimi isə özünün dediyinə görə atası, məşhur rəssam Sakit Məmmədovdur. == Sərgiləri == 2004-cü ildə Türkiyədə "Yoxsulluğa qarşı" adlı beynəlxalq sərgi 2005-ci ildə Qalereya "1969"-da "İtaliya Azərbaycan rəssamlarının gözü ilə" sərgisi 2006-cı ildə Türkiyədə, Dəniz muzeyində "Beynəlxalq sərgi" 2007-ci ildə "Türkiyə-Azərbaycan rəssamlarının gözü ilə" sərgisi Qalereya "1969"-da "Gənc rəssamların sərgisi" 5 il "Azərbaycan rəssamlarının sərgisi" nin qalibi (2004, 2005, 2006, 2007, 2008-ci illər) "Gənc rəssamların sərgisi" (2004, 2005, 2006, 2007, 2008, 2010 2005 ,2006,2007-ci illər) Qalereya "1969"-da "Novruz bayramına həsr olunmuş sərgi" 2010-cu ildə Qəbələdə "I Beynəlxalq sərgi" 2010-cu ildə Sinqapurda, "Naveo" qalereyasında "Beynəlxalq sərgi" 2010-cu ildə Muzey mərkəzində "Səttar Bəlulzadənin xatirəsinə həsr olunmuş sərgi" 2011-ci ildə Mimar Sinan Güzel Sanatlar universteti "Keçmişdən gələcəyə" adlı simpoziumun iştirakçısı 2011-ci ildə Koreyada, Koreya müharibəsindəki iştirakın 60 illiyinə həsr olunmuş Beynəlxalq İncəsənət sərgisi 2011-ci ildə Novruz bayramına həsr olunmuş sərginin qalibi (qızıl medal) 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Survive Azerbaijan" adlı sərgi 2012-ci ildə Sinqapur, Fullerton otelinin qalereyasında "Qızıl əjdahanın simfoniyası" adlı sərgi 2012-ci ildə Türkiyə, Sapancada "TURKSOY"-un təşkil etdiyi "15-ci rəssamlar görüşməsi" 2012-ci ildə Beynəlxalq İstanbul simpoziumu 2012-ci ildə Gürcüstan, Tiblisdə "Milli İncəsənət Muzeyi"-də Azərbaycan və Gürcü rəssamlarının birgə iştirak etdiyi "Xoş gəlmisən, Azərbaycan!" adlı sərgi 2012–2013-cü illərdə Hollandiyada Azərbaycan rəssamları sərgisinin qalibi 2013-cü ildə Londonda Beynəlxalq sərginin iştirakçısı 2014-cü ildə Louvrda beynəlxalq sərginin iştirakçısı 2014-cü ildə Yaponiyada sərgi 2014-cü ildə Azərbaycan rəssamlarının sərgisi "Bakının işıqları" adlı sərginin qalibi (1-ci yer, qızıl medal) 2015-ci ildə Qəbələ beynəlxalq sərgisinin iştirakçısı Heydər Əliyevin 90 illik münasibəti ilə "Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin memarıdır" adlı rəsm müsabiqəsinin qalibi (1-ci yer, qızıl medal) 2016-cı il Tahtakuşlar Özel Etnoqrafiya Qaleresinin Selim Turan Sanat qaleresində sərgi 2016-cı il İspaniyada beynəlxalq sərgi 2016-cı il Rusiyada beynəlxalq festival (Vera kubokunun qalibi) 2017-ci ildə Beliçkada beynəlxalq sərgi 2017-ci ildə Londonda Azərbaycan rəssamlarının sərgisi 2017-ci ildə İstanbulda Heyder Əliyevin 94-cü il dönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı sərginin qalibi 2017-ci ildə Sinqapurda beynəlxalq sərgi 2017-ci ildə Lüksenburqda Azərbaycan rəssamlarının sərgisi 2018-ci ildə Dubayda beynəlxalq sərgi 2018-ci ildə Böyük Britaniya kraliçası || Elizabetin 75 illik yubileyi şərəfinə "Windsor" qəsrində keçirilən "Royal Windsor Horse Show" atıcılıq tədbirinin iştirakçısı (kraliçanın qarşısında rəsm şousu) 2018-ci ildə Azərbaycan Dövlət Sərhəd qoşunlarının fəxri fərmanı adına layiq görülüb 2018-ci il Koreyada beynəlxalq sərgi 2018-ci il Portuqaliyada beynəlxalq sərgi 2018-ci il İstanbulda beynəlxalq sərginin iştirakçısı və qalibi 2019-cu ildə Türkiyə-Azərbaycan qardaşlıq ödülü 2019-cu il İlin ən yaxşı rəssamı. == İstinadlar == == Xarici keçidlər == Rəssam Nizar Məmmədovun atasının kimliyi ilk dəfə eşidənləri təəccübləndirib.
Nizar Qəbbani
Nizar Qəbbani (ərəb. نزار قبّاني‎; 21 mart 1923[…], Dəməşq – 30 aprel 1998[…], London) — suriyalı şair, yazıçı. Ərəb dünyasının tanınmış ədəbi simalarından və siyasi xadimlərindən biridir.
İncar (Hurand)
İncar (fars. اينجار‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 927 nəfər yaşayır (190 ailə).
İnzer çayı
== Tarixi == 9-cu əsrin 2-ci yarısında Başqırdıstan çöllərinə, peçeneqlər gəlmiş, 10-11-ci əsrlərdə isə onları bu ərazidən Oğuzlar sıxışdırmışlar. 10-13 əsrlərdə müasir Başqırdıstanın ərazisi Volqa-kama Bolqarıstanın siyasi təsiri altında idi. 10-cu əsrdən ərəb yazılı mənbələrində başqırdlar haqqında qeydlər var, lakin onlarla bağlı olan arxeoloji abidələrin tərkibi aydın deyildir. Qızıl ordunun süqutundan sonra, müasir Başqırdıstanın ərazisi Kazan xanlığı, Sibir xanlığı və Noqay Ordasının tərkibində olmuşdur. 1558-ci ilədək başqırdların böyük hissəsi Rusiyanın tabeliyi altına düşdü. 1744-1781-ci illərdə indiki Başqırdıstan ərazisi Orenburq quberniyasının tərkibinə daxil idi. Bölgə, Puqaçov üsyanının əsas mərkəzlərindən birinə çevrilmiş, Başqırdların milli qəhrəmanı Salavat Yulayev, Puqaçovun ən yaxın silahdaşı olmuşdur. 1798-1865-ci illərdə kanton idarəetmə üsulu mövcud olmuşdur. 19-cu əsrdə, xüsusilə islahat dövründə gəlmə əhalinin sayı artmışdır.
İzar çayı
İzar çayı — Avstriyanın Alplarından Almaniya sərhəddindən başlanğıc götürərək, Bavariyanın cənub-şərqindən axaraq Dunay çayına tökülür. Çayın uzunluğu 291,50 km, hövzəsinin sahəsi isə 8962,29 km²-dir. == Ümumi məlumatlar == Öz yuxarı axarında İzar tipik dağ çayıdır. Bu hissələrdə dağ çaylarının idman növləri geniş yayılıb. Axınının geniş hissəsinin isə o Cənubi Bavariyanın alçaq dağlıq hissələrindən keçir. Uzun illər bu çay yeterincə çirkli hesab edilirdi ki, bunun üçün də orada çimməyə icazə verilmirdi. Ancaq son dövrlərdə bu çay təmizlənməkdədir. Həmçinin Münhen və digər şəhərlərin əhalisi bu çayın sahillərində isti aylarda istirahət edirlər.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. == İşləmə prinsipi == Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. == C++ kodu == == Analizi == Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar: Logistikanın bazis sahələrinə; Mülkiyyət formalaarına; Funksional təyinatlarına; Mal xüsusiləşməsinə; Sahəsinin ölçülərinə Texniki təminatına; Anbar binasının və ətraf ərazinin növünə görə.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Anzak
ANZAK (Australian and New Zealand Army Corps; ANZAC) — Birinci dünya müharibəsində ingilis ordusunda döyüşən, Avstraliyalı və Yeni Zelandiyalı əsgərlərdən ibarət olan birləşmiş ordu hissəsi. Bu ordu birləşməsinin əsgərləri Türkiyədə Anzaklar adlandırılır. Anzak ifadəsi Australian and New Zealand Army Corps (tərc. Avstraliya və Yeni Zelandiya Ordu Birləşməsi) sözlərinin baş hərflərindən meydana gələn abbreviaturadır. Birinci dünya müharibəsinin başlanğıcında bu iki ölkəyə aid olan birliklərin qatılması ilə yaradılan ordu birləşməsi bu qısaldılmış adla tarixdəki yerini almışdır. Antanta tərəfindən Bosfor və Dardanel boğazlarının və İstanbulun ələ keçirilməsi üçün başladılan "Dardanel əməliyyatı" çərçivəsində 1915-ci il 25 aprel tarixində Arıburnu adlı yerdə baş verən döyüşdə Anzaklar 5 min nəfərdən artıq itki verərək geri çəkilməli olmuşdular. Türklərə qarşı müvəffəqiyyət qazana bilməsələr də, daha sonra Yaxın Şərq və Avropa döyüş meydanlarında əhəmiyyətli xidmətlər göstərmişlər. == Tarixi == Onun yaradılmasının planlaşdırılması 1914-cü ilin noyabrında, Avstraliya və Yeni Zelandiya qoşunlarının ilk kontingentinin Avropaya konvoyda olduğu vaxt başladı. Bununla belə, Kanada Ekspedisiya Qüvvələrinin Solsberi düzənliyindəki təcrübəsindən sonra, Avstraliya və Yeni Zelandiyalıları yaşayış və təchizat çatışmazlığı səbəbindən ingilis qışına məruz qoymamaq qərara alındı, buna görə də Qərb Cəbhəsi Fransaya köçməzdən əvvəl təlim üçün Misirə göndərildi. Böyük Britaniyanın Müharibə üzrə Dövlət Katibi Horatio Kitçener Britaniya Hindistan Ordusunun zabiti general Uilyam Birdvudu korpusa komandanlıq etmək üçün təyin etdi və o, həmçinin Hindistan Ordusundan korpus personalının əksəriyyətini lavazimatla təmin etdi.
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Bozar
Bozar (fr. beaux-art - “təsviri sənət”) - XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Dinar
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi. == Çəki vahidi == Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi. == Pul vahidi == === Öz valyutası kimi dinardan istifadə edən ölkələr === Əlcəzair: Əlcəzair dinarı Bəhreyn: Bəhreyn dinarı İran: İran rialı 100 dinardan ibarətdir İraq: İraq dinarı İordaniya: İordaniya dinarı Küveyt: Küveyt dinarı Liviya: Liviya dinarı Serbiya: Serb dinarı Sudan: Sudan dinarı Makedoniya Respublikası: Makedoniya dinarı Tunis: Tunis dinarı === Əvvəllər öz valyutası kimi dinardan istifadə etmiş ölkələr === Əbu-Dabi əmirliyi: Əbu-Dabi dinarı Bosniya və Herseqovina: Bosniya və Herseqovina dinarı Xorvatiya: Xorvat dinarı Bosniya və Herseqovina: Serb dinarı Serb Krainası respublikası: Krain dinarı Cənubi Ərəbistan federasiyası: Cənubi Ərəbistan dinarı Cənubi Yəmən: Cənubi Yəmən dinarı Yuqoslaviya: Yuqoslaviya dinarı == Yer adı == Dinar — Türkiyədə şəhər adı.
Hinqar
Hinqar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hinqar Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Keçmış adı İnqar olmuşdur. Oykonim anqar sözünun Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu soz türk-monqol dillərində "yarıq", "ağız", "qapı", "kecid", "dərə" mənalarında işlədilmiŞdir. Türk dillərində anqar "geniş vadi" mənasındadır. Sözün əvvəlinə "h" samitinin artırılması Azərbaycan dilinin dialekt və Şivələrində təsadüf olunan fonetik hadisədir.
İftar
İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər. Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, ayran, qatıq və albalı kompotu içmək vacibdir. Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, yüksək kalorili qidalarla yükləmək düzgün deyil.
İfzər
İfzər-İranın Fars ostanının Qir və Karzin şəhristanının İfzər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,243 nəfər və 470 ailədən ibarət idi.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədovİlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi.
İndau
İndau (lat. Eruca) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
İnnab
İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir. İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyl etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur.
İnsan
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — Dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
İntizar
İntizar — Türkiyəli müğənni . Kürd əsilli Türkiyə vətəndaşıdır . == Həyatı == İntizar 1974-cü ildə Türkiyənin Tunceli vilayətində anadan olmuşdur .
Abzar iyesi
Çezar
Çezar — 18 fevral 1980-ci ildə anadan olan Rumıniyalı müğənni. Çezar 2013 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "It's My Life" mahnısı ilə təmsil edib və öz ölkəsinə 14-cü yeri qazandırıb.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azerbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. == Yayılması və ekologiyası == Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.