Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cihadçılıq
Cihadçılıq və ya cihadizm Qərb üçün ekzistensial olaraq təhdid kimi qəbul edilən militant islami hərəkatlar üçün istifadə olunan neologizmdir. O, ideologiyaları islami cihad anlayışına əsaslanan müxtəlif qiyamçı İslam ekstremist, militant islamçı və terrorçu şəxslər və təşkilatlara tətbiq edilmişdir. O, tarixdə cihad adı ilə qeyri-müsəlman xalqlara qarşı geniş kampaniya aparan Əməvilər Xilafəti və Osmanlı İmperiyası kimi müxtəlif İslam imperiyalarına da şamil edilmişdir. Müasir cihadçılığın kökləri daha çox XIX əsrin sonu-XX əsrin əvvəllərində və XX-XXI əsrlərdə Qutbilik və əlaqəli islamçı ideologiyalara çevrilən İslam dirçəlişinin ideoloji inkişafı ilə bağlıdır. Cihadçı ideoloqlar cihadı müsəlman dünyasını “Allahın hökmü” altında birləşdirmək üçün dünyəvi beynəlxalq nizama qarşı “inqilabi mübarizə” kimi təsəvvür edirdilər. 1979-1989-cu illər Sovet-Əfqan müharibəsində iştirak edən islamçı könüllü təşkilatlar 1990-2000-ci illər ərzində müxtəlif silahlı münaqişələr zamanı təbliğ edilən cihadçılığın yüksəlişini gücləndirdi. Gilles Kepel 1990-cı illərin Sələfi hərəkatı daxilində cihadçılığın xüsusi sələfi forması diaqnozu qoyub. Beynəlxalq, panislamist miqyasda olan cihadçılıq qlobal cihadçılıq kimi də tanınır. Araşdırmalar göstərir ki, İŞİD-n güclənməsi ilə həm Qərb ölkələrindən, həm də əksəriyyəti müsəlman olan ölkələrdən gələn bəzi müsəlman könüllülər Suriya və İraqdakı qlobal cihada qoşulmaq üçün gəliblər.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti — Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.