Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vrangel
Vrangel adası (çuk. Умкилир — "ağ ayılar adası", rus. Остров Врангеля) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır. Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Pyotr Vrangel
Pyotr Nikolayeviç Vrangel (rus. Пётр Никола́евич Вра́нгель; 15 (27) avqust 1878, Zarasay, Kovno quberniyası[d] – 25 aprel 1928, Brüssel) — Peter von Vrangel adı ilə tanınan İmperator Rusiya Ordusunda Baltik alman əsilli rus zabiti idi. Rusiya vətəndaş müharibəsinin sonrakı mərhələlərində o, Rusiyanın cənubunda bolşevik əleyhinə Ağ Ordunun generalı idi. Ağ Ordunu 1920-ci ildə vətəndaş müharibəsində məğlub olduqdan sonra Rusiyanı tərk etməyə məcbur etdi. O, sürgün edilmiş ən görkəmli ağ mühacirlərdən biri və Cənubi Rusiyanın hərbi lideri (baş komandan kimi) kimi tanınırdı. == İstinadlar == == Ədəbiyyat == Мария Врангель - Моя жизнь в коммунистическом раю [1] Врангель П. Н. Записки Послужной список генерал-лейтенанта барона Врангеля Троцкий Л. К офицерам армии барона Врангеля (Воззвание) Врангель П. Н. Южный фронт (ноябрь 1916 г. — ноябрь 1920 г.). Ч. I // Воспоминания. М.: Терра. 1992.
Vrangel adası
Vrangel adası (çuk. Умкилир — "ağ ayılar adası", rus. Остров Врангеля) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır. Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Yıldız İrengün
Yıldız İrengün (16 sentyabr 1938, Ankara – 15 iyun 2021, Antalya) — klassik türk musiqi bəstəkarı, müğənni və şərhçi. == Həyatı == 16 sentyabr 1938-ci ildə Ankarada anadan olub. Anası Xədicə, atası Muhittin bəydir. Ailənin böyüyü, ikisi qız, dördü oğlan olan Yıldız İrengün təhsili Ankara Dumlupınar İbtidai məktəbində başladı. Ankaradakı orta məktəbi və liseyi bitirmiş İsmet Paşa Qızlar İnstitutu. İlk evliliyini 1958-ci ildə etdi, 1961-ci ildə boşandı və 1966-cı ildə Mithat İrengün ilə evləndi. İki uşaq anası Bahar və Gültekin olan Yıldız İrengün, uzun illər TRT Baş İdarəsi Təsisat və Tətbiq şöbəsində çalışmış, TRT-dən ayrılmış və karyerasını xüsusi bir şirkətdə davam etdirərək təqaüdə çıxmışdır. Orta məktəbdə oxuyarkən, Ankara Radio Uşaq Saatları proqramında canlı yayımda mandolin çaldı və Erdoğan Çaplı və Nurullah Şevket Taşkıranın təşəbbüsü ilə Radio Uşaq Saatları proqramlarına davam etdi. Orta və lisey tələbat dövründə, musiqi müəlliminin istəyi ilə Qızlar Texniki Müəllim Məktəbi xoruna rəhbərlik etdi və 5 il məktəb xorunu davam etdirdi. Xarici dildə oxumağı çox sevdiyindən, sözləri düzgün tələffüz etmək üçün İngilis və İtalyan kurslarına qatıldı.
Blossom burnu (Vrangel)
Blossom burnu — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasısın cənub-qərbində yerləşir, Fom burnundan 20 km cənubda yerləşir. Şərqi Sibir dənizi və Çukot dənizi arasında yerləşir. Burun dənizin içərilərinə doğu irəliləmişdir. Maksimal hündürlüyü 2 metr təşkil edir. == Tarixi məlumat == 1881-ci ildə leytenant Berri tərəfindən "Blossom" gəmisinin şərəfinə adlandırmışdır. Gəmi 1828 ildə Frederik Uilyam Biçinin ekspedisiyasının gəmisi olmuşdur.. 1911-ci ildə İvan Semyonvun ekspedisiyası zamanı əraxidə olmuşdur.. 1941–1973 ildə Blossom gəmisində Qütb stansiyası fəaliyyət göstərirdi. Hazırda burada stasionar stansiya fəaliyyət göstərir..
Vrangel adası (ABŞ)
Vrangel adası (ing. Wrangell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 45 km, eni isə 8–23 km arasında dəyişir, sahəsi 544 km²-dir. Bu da onu ABŞ-də 29-cu ən böyük ada edir. Materiklə məsafəsi Bleyk boğazının ən dar hissəsində təxminən 300 metr, Etolin adasına olan məsafə isə Zimoviya boğazının ən dar hissəsində təxminən 700 metrdir. Adanın yaxınlığında Stikin çayının mənsəbi yerləşir. == Tarix == Ada 1793-cü ildə Vankuver ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun tərəfindən kəşf edilmişdir. Constoun açıq ərazinin ada olduğunu sübut etmədən yalnız şərq sahil xəttinin xəritəsini çəkir. 1834-cü ildə Dionisiya qalasını tikən ruslar adaya admiral və səyyah Ferdinand Vrangelin şərəfinə adaya indiki adı verirlər. 1867-ci ildə ada Rusiya İmperiyasından ABŞ-yə keçir və 1877-ci ilə qədər Amerika ordusu onun ərazisində yerləşdirilir, daha sonra ada ovçular, araşdırmaçılar və mədənçilər üçün daşıma bazası kimi xidmət edir.
Karl-Qustav Vrangel
Qraf Karl-GQustav Vrangel (isv. Carl Gustaf Wrangel; 23 dekabr 1613, Uppsala – 5 iyul 1676[…]) — İsveç admiralı və feldmarşalı. == Həyatı == Liflyandiya general-qubernatoru və feldmarşal German Vrangelin oğlu olmuşdur. 1627-ci ildə hərbi xidmətə girmiş və Qustav Adolfun Almaniyadakı yürüşlərində iştirak etmişdir. O, 1641-ci ildə general-mayor olmuşdur. 1643-cü ildə İsveç donanmasının admiralı olmuşdur. 13 oktyabr 1644-cü ildə Femarn adası yaxınlığında Danimarka donanmasını məğlub etmişdir. Sonra Holşteyn və Sileziyadakı qoşunlara komandanlıq etmişdir. 1646-cı ildə qraf rütbəsi aldıqdan sonra Almaniyadakı qoşunlara komandanlıq etmişdir. Türennin komandanlığı altında Fransa qoşunları ilə birləşərək 14 mart 1647-ci ildə Bavariya kürfürstünü sülh bağlamağa məcbur etmişdir.
Vrangel adası (Arxangel vilayəti)
Vrangel adası — Yeni Torpaq arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Barens dənizinin suları ilə yuyulur. Ən hündür nöqtəsi 28 metrdir. Sahilləri qayalıqdır. Müəyyən hissələri düzənlikdir. Adada çoxlu sayda göl vardır. Bir necə bulaq vardır. Yaxınlığında Şelbax adası yerləşir.
Frangula
Mürdəşər (lat. Frangula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu — ABŞ-nin Alyaska ştatında yerləşən milli parkı və qoruq. Milli park Ankoric şəhərinin qərbində yerləşmiş olub sahəsi 33.682,5 km2-dır. ABŞ-nin ən böyük milli parkıdır. ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Qoruq ilə birlikdə sahəsi 53.320.757 km2-dır. Milli park ABŞ-nin ikinci ən hündür zirvəsi olan 5.389 m hündürlüyündəki Sent-Elayas dağını və ətrafındakı əraziləri qorumaq məqsədi ilə qurulmuşdur. Dağın dəniz sahilindən cəmi 16 km uzaqda olması onun necə dik dağ olduğunun göstəricisidir. Bu parkın yaxınlığında ABŞ-Kanada sərhədi yerləşir. Bu dağlıq bölgənin Kanadada qalan hissəsi Kluan Milli Parkı adı ilə qorunur və bu zaman Sent-Elayas dağı Kanada üçün ikinci ən hündür zirvə sayılır. Bu milli parkın cənubunda Qlasier Körfəzi Milli Parkı yerləşir.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
İranzu
İranzu (v. e.ə. 716) – Cənubi Azərbaycan ərazisindəki kiçik çarlıqları və vilayətləri birləşdirərək mərkəzləşdirilmiş Manna dövlətinin əsasını qoymuş hökmdar, Manna hökmdarları Aza və Ullusununun atası. Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər. İranzunun hakimiyyəti dövründə Manna dövlətində vilayət hakimləri zəiflədilərək pərakəndəliyə son qoyulmuş və dövlət mərkəzləşdirilmişdir. Lakin bu hökmdarın hakimiyyətinin son illərində (e.ə.714) Zikirta vilayətnin hakimi Mettati Urartu hökmdarı I Russanın təhriki ilə İranzunun hakimiyyətinə qarşı çıxaraq üsyan qaldırmışdı. Bu üsyanı yatırmaqda onu müttəfiqi Assur hökmdarı II Sarqon kömək etmişdir. Dur – Şarukkin (Xorsabad) sarayının II zalının divar yazılarında bu hadisələr haqqında deyilir: "...Hakimiyyətimin [üçüncü ilində] möhkəmləndirilmiş şəhərlər Şuandahul və Durdukka öz ağaları, mənim boyunduruğumu daşıyan hökmdar Mannalı İranzunun əleyhinə üsyan qaldırmaq fikrinə düşdülər və Zikirtalı Metattiyə arxalandılar. Zikirtalı Metatti öz döyüşçüləri və atçıları ilə onlara kömək etdi.
Frangula grandiflora
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.
Frangula rupestris
Qaya mürdəşəri (lat. Frangula rupestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, nahamar, tünd boz rəngli, çox budaqlanan gövdəli, az mərciməkli, sürünən koldur. Yarpaqları möhkəm yarımdərili, parlaq yaşıl, üstü tutqun, alt tərəfi açıq yaşıl, enli-oval, enli əks-yumurtavaridən uzunsov-ovaladək dəyişir, uzunluğu 1,5-5 sm, eni 1-4 sm, qısa, ucu biz, bünövrəsi yumru, 7-10 cüt çox çıxan damarcıqlıdır. Yarımçətirləri mürəkkəb çiçəkləri, 2-10 ədəd olmaqla uzun çiçək saplağında yerləşir. 1-2 ədəd çiçək altlığı vardır. Çiçəkləri yumru, uzunluğu 0,25-0,3 sm olub, üstü açıq yaşıl və ya sarımtıl, içərisi sarıdır. Meyvələri əvvəlcə qırmızı, sonradan bənövşəyi-qara rəng alır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir == Ekologiyası == İstisevən bitkidir, rütubətə və küləyə davamlıdır.
Rhamnus frangula
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
İmanqol (Uçalı)
İmanqol (başq. Иманғол, rus. Имангулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 5 km, ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 17 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (95 %) üstünlük təşkil edir.
Frangula grandifolia
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda, İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Frangula microphylla
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılıb. == Botaniki təsviri == Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.