ÇİN I is. Rütbə, dərəcə. Kim onu tutsa hökumətdən böyük çin alacaq (C.Bərgüşad).
ÇİN II is. Ölkə. Mələyim, nuri-cəmalın səri afaqa dolub; Atdı bütxanəni Çin əhli, sənə səcdə qılıb (A.Səhhət).
ÇİN III is. Pillə, qat. Axı Püstə xala harada görmüşdü ki, arvad ərdən bir çin yuxarıda otura (Y.Dilbazi).
ÇİN IV is. Taxıl biçmək üçün işlədilən dişli dəryaz. Yazı düzündə qızılsaç zəmilərə yenicə çin çəkiləcəkdi (C.Bərgüşad).
ÇİN V is. Xeyli, çoxlu. [ İmanqulu: ] Allah kömək eləsin, nə deyim... Ancaq qardaş bir çin külfətim var, zarafat deyil (N.Vəzirov).
ÇİN VI is. Doğru, həqiqət. Nə qədər arzu, istək; Çin olacaq bu ildə (Ə.Kürçaylı).