Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saatlı
Saatlı — Azərbaycan Respublikasında şəhər. Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir. == Tarixi == Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır. == Əhali == "Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.
İbaxlı
İbaxlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ rayonu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay vadisində yerləşir. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var. Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb tərəfindən Kürmükçay keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclarına rast gəlinir.
İsaqlı
İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == İsaqlı oyk, sadə. Cəbrayıl rayonunun Hovuslu inzibati-ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021).
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Ruhid İslamlı
Ruhid Uğur oğlu İslamlı (1 aprel 1999; Çeşman, Lerik, Azərbaycan — 6 oktyabr 2020; Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb. Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib.
İlqar İsbatov
İlqar Aydın oğlu İsbatov — Bakı Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar memarı. == Həyatı == İlqar İsbatov 4 sentyabr 1964-cü ildə anadan olmuşdur. 1987-ci ildə Moskva Memarlıq İnstitutunun şəhərsalma fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin Baş Planını işləyib hazırlayan emalatxanada işə başlayıb. Fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlayıb və həyata keçirib. 13 fevral 2008-ci ildə İ.İsbatov Bakı Dövlət Layihə İnstitutuna direktor vəzifəsinə təyin edilib. Bir çox layihələrin hazırlanmasında bilavasitə iştirak edib. Neftçilər və İstiqlaliyyət küçələrindəki binaların fasadlarının yenidən qurulmasında, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov küçələrindəki yaşayış komplekslərinin layihələndirilməsində, FHN Akademiyasının təhsil korpusunun, Qəbələ İcra Hakimiyyətinin inzibati binasının, 132-134, 6 və 18 sayli məktəblərin, Nizami küçəsində ticarət mərkəzinin, yüksək mərtəbəli ofis binasının və s. layihələrin hazırlanmasına rəhbərlik edib və müəllifi olub. Baki Dövlət Layihə İnstitutu 2009, 2010-cu illərin nəticələrinə görə MDB ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi olub, İlqar İsbatov isə 2011-ci ilin nəticələrinə görə ən yaxşı layihə təşkilatı rəhbəri adına layiq gorülüb. 2009, 2010, 2011-ci illərdə ölkədaxili və MDB məkanında keçirilən ilin ən yaxşı layihələri və tikintisi nominasiyaları üzrə müsabiqələrin qalibi və laureatı olub.
İshaqlı (Vərziqan)
İshaqlı (fars. ايشقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (5 ailə).
İslamlı (Urmiya)
İslamlı (fars. اسلاملو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər. yaşayır (110 ailə).
İslamlı (Üşnəviyyə)
İslamlı (fars. اسلاملو‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (80 ailə). Əhalisini kürdlər təşkil edir.
Abbasbəyli (Saatlı)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Anar İsaxlı
Anar Rəsul oğlu İsaxlı (30 may 1997, Cəmilli, Tərtər rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar İsaxlı 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Anar İsaxlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsaxlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Azadkənd (Saatlı)
Azadkənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1853 nəfərdir. == Toponimikası == Azadkənd oyk., mür. Saatlı rayonunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmiş adı 5 Dekabr (Konstitusiya gününə işarədir) olmuş, 1937-ci ildə Sabirabad rayonunun Həşimxanlı kəndindən gəlmiş ailələr tərəfindən salınmışdır.
Ağaməmmədli (Saatlı)
Ağaməmmədli— Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Balakənd (Saatlı)
Balakənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Bəylik (Saatlı)
Bəylik — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 953 nəfərdir. == Toponimikası == Bəylik oyk., düz. Saatlı rayonunda kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əhalisi keçmişdə bəy rəiyyəti olduğu üçün kənd belə adlanır. Bəy (titul) və -lik (mənsubiyyət bildirən şək.) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır.
Bəylər (Saatlı)
Bəylər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Bəylər kəndi Əlisoltanlı kənd inzibati dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bəylər kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1604 nəfərdir. == Din == Kənddə Bəylər kənd məscidi dini icması fəaliyyət göstərir.
Dəlilər (Saatlı)
Dəlilər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəlilər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəlilər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Gomuşçu (Saatlı)
Gomuşçu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 954 nəfərdir. == Toponimikası == Gomuşçu oyk, sadə. Saatlı rayonunun Varxan inzibati ərazi vahidində kənd. Muğan düzündədir.
Günəşli (Saatlı)
Günəşli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Fətəlikənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Günəşli adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Hacı İsaqlı
Hacı İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlili kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Heydərabad (Saatlı)
Heydərabad (əvvəlki adı: Qolovinovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Dədə Qorqud kənd inzibati-ərazi vahidi tərkibindəki Qolovinovka kəndi Heydərabad kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 783 nəfərdir.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Minbaşılı (Saatlı)
Minbaşılı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor. Pərviz Cəbrayıl — azərbaycanlı yazıçı.
İsmətli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şişbaşlı eliya
Şişbaşlı eliya-(lat. Aelia acuminata L.) Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ == Xarici quruluşu == Bədəni uzunsov olub, öndən üçbucaq şəklindədir. Bel qabağı eninə basıqdır. Uzununa 3 ədəd qabırğa şəkilli çıxıntı uzanır. Rəngi bozumtul – sarıdır. Xortumu dal ayaqlarının əsasına kimi uzanır. Orta və dal budlarının qurtaracağına yaxın yerində iki qara nöqtə vardır. Uzunluğu 7–10 mm-dir. == Həyat tərzi == Bu növ Azərbaycan şəraitində bağlarda, meşələrdə, kolluqlarda, taxıl zəmiərinə yaxın olan müxtəlif bitki topalarının altında və bəzən də biçilmiş sahələrdə, küləş və s. bitki töküntülərinin altında qışlayır.
Aprel işğalı
Bakı əməliyyatı, Aprel inqilabı (azərb. آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ ‎), Aprel çevrilişi və ya Azərbaycanda sovet hakimiyyəti qurulması — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı.1919–1920-ci illərdə dərin siyasi və sosial-iqtisadi böhran yaşayan Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi: ölkənin qəzalarında müxtəlif siyasi və sosial qruplar arasındakı silahlı münaqişələr baş verirdi. Eyni zamanda, 1918-ci ildə Sovet hakimiyyətinin dağılması anından etibarən, yeraltı cəmiyyətlərdə müxtəlif siyasi partiyalar və sosialist oriyentasiyalı təşkilatlar fəaliyyət göstərirdi. Onlar siyasi məqsədlərinə nail olmaq üçün 1920-ci ilin fevralında AK(b)P ilə birləşdi. 1920-ci ilin aprelində XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi və düşmən arxasında uğurlu dərin basqın etdi. Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi. Fövqəladə toplantıda məclis Azərbaycan Kommunist Partiyasına hakimiyyəti vermək üçün səs verdi.
Araukaniyanın işğalı
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Ağdamın işğalı
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir.Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu. Ağdamın işğalı Ermənistan rəhbərliyi üçün strateji vəzifə idi.
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.