Ruhid Uğur oğlu İslamlı (1 aprel 1999; Çeşman, Lerik, Azərbaycan — 6 oktyabr 2020; Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ruhid İslamlı | |
---|---|
Ruhid Uğur oğlu İslamlı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çeşman, Lerik, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Goranboy, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Dədə Qorqud qəsəbəsi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə təhsilini davam etdirib.[2] Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb.[3] Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib. Ruhid 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirib Naxçıvan Müəllimlər İnstitutuna daxil olmuşdur, ixtisasca psixoloq idi.[4][5]
2020-ci ildə Ruhid İslamlı hərbi xidmətə başlayib.[6][7] 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ruhid İslamlı Talış Madagizin azad edilməsində savaşıb. 6 oktyabrda Goranboyun Gülüstan kəndi yaxınlıqda strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda qəhrəmancasına həlak olub. Bakı şəhər Suraxanı Rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.[8][9][10][11]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[12]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruhid İslamlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[13]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruhid İslamlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[14]