İSMƏTLİ

sif. Namuslu, həyalı, abırlı, əxlaqlı, təmiz, məsum.
– Gülzarın namuslu və ismətli (z.) olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. C.Cabbarlı.
Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffət və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn.
Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSMƏTLİ ismətli bax namuslu, həyalı
  • İSMƏTLİ namuslu — həyalı — abırlı — əxlaqlı — təmiz — məsum

Antonimlər (əks mənalı sözlər)

  • İSMƏTLİ İSMƏTLİ – NAMUSSUZ Görmüşdüm ağıllı, ismətli, qoçaq; Manqabaşçısıydı, qəşəng gəlindi (Ə.Cəmil); Bu namussuzu nə üçün qolları bağlı gətirmədin? (M
İSMƏT
İSMƏTLİLİK
OBASTAN VİKİ
İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor. Pərviz Cəbrayıl — azərbaycanlı yazıçı.
İsmətli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə

ве́щее испа́нец ошара́шиваться проплыва́ть упо́рство хру́пкость возбраня́ть запоро́жский капиту́л колыбе́лька летописа́ние посяга́ть пусте́льга со́довая хамова́тый шугну́ть arrogant cherchez la femme half-stuff journalism luxuriate xylol пристрелить пустышка расцепить