Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İspaniyalı Maksim
Maksim (lat. Maximus, adının tam forması məlum deyil; IV əsr – 422) — 409-411 və 420-422-ci illərdə Roma imperator-qəsbkarı. == Həyatı == Maksim sərkərdə Qerontiusun oğulu idi, hansı ki, qəsbkar Konstantin III onu İspaniyada öz qoşunlarının komandanı təyin etmişdir. Təbiətinə görə Qerontiusun oğlu təvazökar idi və atasının iradəsinə tabe idi. 409-cu ildə Qerontius Konstantinə qarşı qalxır və oğlu Maximusu İspanyanın Tarrakon şəhərinə Avqust təyin edir. Sonra Qerontius Maksimi İspaniyada tərk edərək, Qalliya-a köçür. Arl şəhərində isə Qerontius imperator Konstantin III-nün sərkərdələri tərəfindən məğlub edilir. Maksim bundan xəbər tutduqda, barbarların qalan dəstələri ilə qaçır və izini itirməyə çalışır, lakin 422-ci ildə Ravennada tutulur və sonra edam edilir.
İspaniyalı Mariya Xosefa Karmela
İnfanta Mariya Jozefina (isp. Maria Josefa Carmela de Borbón y Sajonia) (6 iyul 1744 – 8 dekabr 1801, Madrid) – İspaniya kralı III Karlın ən böyük qızı. Neapol və Siciliya şahzadəsi olaraq dünyaya gəldi və atasının İspaniya taxtına çıxmasıyla İspaniya infantası oldu. Heç vaxt evlənmədi. == Mənbə == Mississippi Commission For international Cultural Exchange. The Majesty of Spain: Royal Collections from The Museo del Prado & The Patrimonio Nacional. Mississippi Commission For international Cultural Exchange Inc, 2001.
İspaniyada azərbaycanlılar
İspaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun İspaniyada yaşayan hissəsinin adı. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən İspaniyada 14,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. == Xarici keçidlər == Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :İspaniyadakı təşkilatlar Azadlıq Radiosu :İspaniyada azərbaycanlılar əsasən Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar---yayınlanma tarixi: 05.01.2007.
İspaniyada futbol
Futbol İspaniyada ən məşhur idman növüdür. Kral İspan Futbol Federasiyası (Real Federación Española de Fútbol) milli idareetmə orqanı olaraq La Liqa, İspaniya Kral Kuboku və İspaniya milli futbol komandası, həmçinin FİFA Dünya Kubokunun cari çempionatını təşkil edir. Müasir futbol İspaniyada 19-cu əsrin sonlarında Britaniyadan gələn ingilis immiqrant işçilər, səfər dənizçiləri və İspan tələbələrinin bir araya gəlməsi ilə tanındı. İspaniyada ən qədim futbol klubu 1889-cu il dekabrın 23-də Rio Tinto şirkətində çalışan Dr. Mackey və İngilis işçilər tərəfindən qurulan Recreativo de Huelva klubudur. Gimnàstic de Tarragona klubunun 1886-ci ildə və Sevilya klubunun 1890-cı ildə qurulmasına baxmayaraq, Gimnastik 1914-cü ilə kimi, Sevilya isə 1905-ci ilə kimi aktual olaraq futbol komandası təşkil etməyib. İspaniyada ilk rəsmi futbol oyunu 1890-cı ilin martın 8-də Sevilyadakı Tablada Hippodrome ərazisində keçirilib. Bu oyunda Recreativo de Huelva klubu Sevilya FKya qarşı oynadı. Sevilya klubu həmin vaxtda Sevilya Su İşləri (Seville Water Works) işçilərindən təşkil olunmuşdu. Huelva komandasında 2 İspan futbolçu xaricində, hər iki komandanın oyunçuları İngilislərdən ibarət idi.
İspaniyada turizm
İspaniyada turizm — İspaniya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Xarici turistlər == 2015-ci ildə İspaniyaya gələn qonaqlar arasında aşağıdakı ölkələr üstünlük təşkil etmişdir: == Çimərlik turizmi == 2016-cı ildə İspaniya növbəti dəfə dünyanın ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkəsi seçilmişdir. Həmçinin, İspaniya "ən yaxşı çimərliklər" nominasiyasında öz rekordunu da yeniləmişdir. Ekoloji və İstehlakçılar Maariflənməsi Assosiasiyasının məlumatına əsasən, İspaniyada 2016-cı ildə 586 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. Bu ölkədə ən yaxşı yay istirahəti üçün regionlar sırasında Valensiyanın adı çəkilir; burada 125 "mavi bayraq" işarəli çimərlik var. Siyahıda növbəti yerləri Qalisiya (123), Kataloniya (98), Əndəlüs (76) və s. tutur. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Spain haqqında səyahət məlumatları var.
İspaniyada islam
İspaniyada islam — İslam ərəb əmirləri, o cümlədən slavyan mənşəli əsir muzdlular tərəfindən idarə olunan orta əsr İspaniyası Əl-Əndəlus torpaqlarında aparıcı dinlərdən biri idi. Müasir İspaniya ərazisində İslam dininin çiçəkləndiyi dövrlərdə elm və mədəniyyətin nisbətən yüksək inkişaf səviyyəsi olmuşdur. İslam o qədər nüfuzlu oldu ki, bir çox İbero-Romalılar İslamı qəbul etdilər. Feodal parçalanması və vətəndaş qarşıdurması, ərəblər və bərbərlər arasında Əndəlusun zəifləməsinə səbəb oldu. İspaniyanın cənubundakı sonuncu İslam dövləti Qranada Əmirliyi yalnız 1492-ci ildə süqut etdi. Xristianların fəth etdiyi torpaqlarda xeyli sayda müsəlman qalmışdı. Bir çox müsəlman rəsmi olaraq xristianlığı qəbul edirdi. Müsəlmanlar müasir İspaniya xalqlarının həyatında, məişətində, mədəniyyətində, adət-ənənələrində mühüm izlər qoyublar. 20-ci əsrin sonundan bəri Şimali Afrikadan, xüsusən Mərakeşdən yarım milyondan çox insan da ölkəyə köçüb. Qanuni və qeyri-qanuni immiqrantlar arasında çoxlu aktiv islamçılar var.
İspaniyanın gerbi
İspaniyanın gerbi (isp. Escudo de España) — bu gün İspaniya dövlətinin istifadə etdiyi gerb. Gerbin ortasındakı qalxandakı simvollar keçmiş İspan Krallıqlarını, İspan Tac Monarxiyasını, sol və sağ künclərdəki dayaqlar İspaniyanın coğrafi mövqeyini simvolizə edir. Gerb 1981-ci ildə dövlət tərəfindən təsdiq edilib və rəsmiləşib. Gerb eyni şəkildə İspaniya bayrağında da var. == Rəsmi dizaynı == === Rəng spektri === İspaniyanın gerbinin rəngləri LAB və CIE-1931 beynəlxalq sistemlərində 3 sentyabr 1982-ci il tarixində 2267 saylı Kral Fərmanı ilə qanuni olaraq müəyyən edilmişdir.. === Gerbin heraldik elementləri və onların mənaları === Gerb beş krallığın gerblərindən və İspan Burbonları sülaləsinin gerbindən ibarətdir: Kastiliya Krallığının gerbi Leon Krallığının gerbi Araqon Krallığının gerbi Navarra Krallığının gerbi Qranada Krallığının gerbi Burbon-Anjou sülaləsinin gerbi Sütunların üstündə müvafiq olaraq Müqəddəs Roma İmperiyasının imperator tacı və İspaniyanın kral tacı yerləşir və ölkənin bir imperiya və krallıq kimi tarixini təmsil edir;Milli suverenliyi simvolizə edən kral tacı gerbin üstündədir.
İspaniyanın himni
İspaniyanın himni(isp. Marcha Real) — İspaniyanın dövlət himni. Rəsmi sözləri olmayan nadir milli himnlərdən biridir. Bu himn Avropanın ən qədim himnidir, mənşəyi məlum deyil. Onun adı ilk dəfə Manuel de Espinosanın 1761-ci ildə "Libro de Ordenanza de los toques militares de la Infantería Española" kitabında Marça Granadera (Bombermançının Marşı) adı ilə, lakin anonim əsər kimi qeyd edilmişdir. Marça Granadera 1770-ci ildə Kral III Çarlz tərəfindən rəsmi "şərəf himni" kimi qəbul edilmişdir. Kralın, Kraliçanın və vəliəhdin heç bir təzyiqi olmadan rəsmi mərasimlərə qatıldığı zaman fasiləsiz səslənən himn qısa müddətdə xalq arasında "La Marcha Real" adlandırılaraq milli himnə çevrilmişdir.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Borxa (İspaniya)
Borxa (isp. Borja) — İspaniyanın Araqon avtonom bölgəsinin Saraqosa vilayətində bələdiyyə. Bələdiyyə Kampo-de-Borxa kormakasında, Saraqosa şəhərindən 63 kilometr (39 mil) uzaqlıqda yerləşir. 2014-cü il əhali siyahıyaalmasına əsasən, bələdiyyədə 4.969 nəfər yaşayır. İntibah dövründə İtaliyada güc qazanmış Borciya ailəsi əslən Borxadandır. == Əhali == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçdlər == Vikianbarda Borxa (İspaniya) ilə əlaqəli mediafayllar var.
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. == Tarixi == İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Merida (İspaniya)
Merida (isp. Mérida, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhərdir. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir. == Tarixi == B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Valensiya (İspaniya)
Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər. == Ümumi məlumat == İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır. Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Günümüzdə sənaye ilə yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hal-hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı "Ford" zavodu vardır. == Mədəniyyət == Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.
Yaşıl İspaniya
Yaşıl İspaniya (ispan dilində: España Verde və ya Cornisa Cantábrica, qalisiya dilində: Cornixa cantábrica, bask dilində: Kantauriar eskualdea) — İspaniyanın şimalında, Qalisiya və Biskay körfəzi boyunca Fransa sərhədlərindən Portuqaliyaya qədər olan ərazi. == Haqqında == Yaşıl İspaniya ölkənin digər ərazilərindən qərbdə Kantabriya dağları, Syerra-de-Ankares massivindən şərqdə bask dağları ilə ayrılır. Quru iqlimə malik Meseta ovalığından fərqli olaraq Yaşıl İspaniya rütubətli dəniz iğliminə malikdir. İllik orta yağıntının miqdarı 1000–1200 mm, dəniz sahillərində 1700–1900 mm.-ə qədərdir. Yağışlı günlərin sayı il ərzində 150–200 gün təşkil edir. Yaşıl İspaniyada illik orta temperatur +13°С (dağlıq ərazilərdə daha aşağıdır), ən isti ayla (avqust) ən soyuq aylar (yanvar-fevral) arasında fərq 12°С-yə yaxındır. Yüksək dağlıq ərazilər istisna olmaqla, Yaşıl İspaniya ölkədə ən soyuq iqlimə malikdir. Lakin buna baxmayaraq yağıntının kifayət qədər olması bitki örtüyünün inkişafı üçün əlverişli şərait yaradır. Bəzi mənbələrdə Biskay körfəsini Yaşıl sahil (Kosta-Verde), onun şərqindən keçən ərazini isə Kosta-Bask (basklar sahili) adlandırırlar. Sahilboyu ərazilər və Kantabriya dağlarının şimal yamacları meşələrlə (şabalıd, palıd, şam ağacları) əhatə olunmuşdur.
İspaniya Krallığı
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. == Ümumi məlumat == İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
İspaniya Kuboku
== Klub performansı ==
İspaniya Superkuboku
İspaniya Super Kuboku — 1982-ci ildə əsası qoyulan turnir hər il ölkə çempionu ilə ölkə kubokunun qalibi arasında oynanılırdı. Əgər hər hansı bir klub həm Liqanı həm də Kuboku qazanıbsa, Super Kubokda Kral Kubokunun finalında iştirak edən klubla oynayacaqdı.2019–2020 mövsümündən etibarən La Liqanın və İspaniya Kral Kubokunun qalibləri və ikinciləri arasında oynanılır.
İspaniya Televiziyası
İspaniya Televiziyası (isp. Televisión Española) və ya qısaca TVE — İspaniya hökümətinin tabeliyində yaradılan, İspaniyanın milli televiziya şəbəkəsi. TVE 28 oktyabr 1956 tarixində münzətəm verilişlərə başlamışdır. Televiziya şəbəkə şirkəti Avropa Yayım İttifaqının aktiv üzvüdür. TVE İspaniya Radio və Televiziya Korporasiyasına məxsusdur. TVE-nin fəaliyyəti daha əvvəl milli hökumətdən reklam gəlirləri və subsidiyaların birləşməsi ilə maliyyələşdirilib, lakin 2010-cu ilin yanvar ayından etibarən yalnız subsidiyalarla dəstəklənir..
İspaniya artişoku
İspaniya artişoku (lat. Cynara cardunculus) — mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir. İspaniya artişoku boyca əkin artişokundan kiçikdir. == Sinonim == Carduus cardunculus (L.) Baill. Carduus cynara E.H.L.Krause Carduus scolymus Baill. Cnicus communis Lam.
İspaniya azərbaycanlıları
İspaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun İspaniyada yaşayan hissəsinin adı. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən İspaniyada 14,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. == Xarici keçidlər == Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :İspaniyadakı təşkilatlar Azadlıq Radiosu :İspaniyada azərbaycanlılar əsasən Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar---yayınlanma tarixi: 05.01.2007.
İspaniya bayrağı
İspaniya bayrağı (isp. Bandera de España) — İspaniyanın Dövlət bayrağı. İspaniyanın bayrağı, üç üfüqi zolaqdan, yuxarıdan aşağıya və bu şeridlərin rəngləri sırasıyla qırmızı, sarı və qırmızıdır. Sarı lent üzərində, sol tərəfdə bir palto var. Hercules Sütunları ilə əhatə olunan kral möhürünü əhatə edir. Sütunlar Gibraltar Boğazının sonunda iki tərəfdən də Cibraltar və Ceuta örtüklərini təmsil edir. Gerbdəki hər dörddəbir nişan İspaniya krallığını təmsil edir. Bu gerbin ortasında İspaniya kral ailəsinin Burbon Evinin simvolu var. Bu gerb mavi oval fonda yerləşdirilib və qırmızı çərçivəyə salınıb.
İspaniya imperiyası
İspaniya imperiyası — 1492-ci ildə Qranadanın tutulmasından, 1898-ci ildə İspaniyanın koloniyası Filippin ərazisinin ABŞ tərəfindən işğal edilməsinə qədərki dövrü əhatə etmişdir.
İspaniya jasmini
İspaniya jasmini(lat. Jasminum grandiflorum) (hind chameli) — Royal jasmini və Kataloniya jasmini kimidə tanınan Jasmin cinsinə aid Cənubi Asiyanın yerli bitkisi. Hindistanda yarpaqları geniş şəkildə bir Ayurveda bitki mənşəli dərman kimi və gülləri qadınların saç biçimini zinətləndirmək üçün istifadə olunur. İspaniya jasmini, Tunisin milli gülüdür.
Ispaniya
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. == Ümumi məlumat == İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.