Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İzotermik proses
İzotermik proses (yun. ἴσος -bərabər və θέρμη - isti) — sabit temperaturda sistemin halının dəyişməsi. Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tətbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar. İzotermik proses və Boyl-Mariott qanunu arasında sxematik əlaqə vardır. İzotermik proses Boyl-Mariott qanununun hesabına izah edilir.
Ezoterik
Ezoterik [alm. Esoterisch; fr. Èsoterique; yun. Esoterikos – daxildə içəridə; osm. tr. batin; ər. تاؽٍ ] Ezoterik termini ilə yalnız savadlılar üçün nəzərdə tutlmuş, yalnız mütəxəssislərin başa düşəcəyi ideyanı, nəzəriyyəni adlandırırlar. Müəyyən bir insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq məhdud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat.
İzoterm
İzoterm — iqlim xəritələrində müəyyən vaxt ərzində orta temperaturu eyni olan müxtəlif yerləri birləşdirən izoxət. Yer kürəsinin ilk izoterm xəritəsini 1817-ci ildə A.Humboltd tərtib etmişdir.
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Geotermik qradiyent
Quranın ezoterik interpretasiyası
Quranın ezoterik interpretasiyası və ya təvil (ərəb. تأويل‎ ) — "Quran"ın alleqorik interpretasiyası və ya onun gizli, batini mənalarının axtarışı. Ərəbcə "təvil" sözü ilk istifadəsində adi təfsirlə sinonim idi, lakin onun ən əsas anlayışlarını ayırd etmək prosesi mənasına gəlmişdir. " Ezoterik "şərhlər adətən şərti (bu kontekstdə "ekzoterik" adlanır) şərhlərlə ziddiyyət təşkil etmir. Bunun əvəzinə, onlar "Quran"ın daxili məna səviyyələrini müzakirə edirlər. Hürufilik İsmaililər Qaf dağı Böwering, Gerhard. "The Major Sources of Sulamī's Minor Qurʾān Commentary". Oriens. 35. 1996: 35–56.