Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
JOWST
Yoakim Uid Stin (norv. Joakim With Steen; d. 26 iyun 1989, Tronheym, Norveç) və ya səhnə adı ilə JOWST — Norveç musiqiçisi, prodüseri və bəstəkarı. O, 2017 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdır. == Həyatı və musiqi karyerası == Yoakim Uid Stin 26 iyun 1989-cu ildə Norveçin Tronheym şəhərində anadan olmuş və Tiller şəhərində böyümüşdür. Stin 14 yaşında ikən o ailəsi ilə birlikdə Steynxyer şəhərinə köçmüşdür. On beş yaşında o əsasən gitara, rok, mahnı yazmaq və qrup yaratmaq barədə düşünürdü. Stin ölkənin paytaxtı Osloda yerləşən Noroff institutunda səs və musiqi prodüserliyi ixtisası üzrə təhsil almışdır. O daha sonra həmin institutda təhsil aldığı ixtisas üzrə müəllimlik etmiş və mühazirələr oxumuşdur. O həmin zamanlarda həm də Fornebu şəhərində Earport Studiosda prodüser olaraq çalışırdı.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Deist
Deizm (lat. deus — Tanrı) — Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Xovst
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Xost şəhəridir. == Coğrafiyası == Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali daricə danışır.
Half-Life 2: Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Dost
Dostluq — insanlar arasındakı qarşılıqlı sevgi münasibətidir. Birlikdən daha güclü bir şəxsiyyətlərarası bağ formasıdır və ünsiyyət, sosiologiya, sosial psixologiya, antropologiya və fəlsəfə kimi akademik sahələrdə tədqiq edilmişdir. Sosial mübadilə nəzəriyyəsi, bərabərlik nəzəriyyəsi, əlaqəli dialektika və bağlılıq üslubları da daxil olmaqla müxtəlif akademik dostluq nəzəriyyələri təklif edilmişdir. Bəzi yerlərdə fərqli ola biləcək bir çox dostluq forması olmasına baxmayaraq, bu cür bağların bir çox növündə müəyyən xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərə sevgi, xeyirxahlıq, fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədakarlıq, sədaqət, səxavət, bağışlama, qarşılıqlı anlaşma və şəfqət, bir-birinin yanında olmaq, güvən və öz-özünə olmaq, hisslərini başqalarına ifadə etmək qabiliyyəti daxildir. Dostluq münasibət qurma bacarıqlarının vacib bir tərəfidir. Məsələn 7a nın dostluğundan söhbət açmaq olar.
HOST
H. O. S. T (Hava Od Su Torpaq) – Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Join
Join (rus. cоединение; türk. katılmak; azərb. birləşmə, qoşma‎) - Verilənlər bazasının cədvəlləri üzərində aparılan əməliyyat; bu əməliyyatın nəticəsi olaraq ayrıca cədvəldə ilkin cədvəlin hər bir yazısı üçün yekun yazı yaranır və onun açar sahəsi ikinci ilkin cədvələ uyğun olur. Proqramlaşdırmada: törəmə prosesə idarəetməni törədici prosesə qaytarmağa məcbur edən komanda. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Lost
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi.Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır. Həmçinin POST-card qurğusu ilə ana platanın diaqnostikası və yaranmış xətanın hansı sektorda olduğunu bilmək olar.
Xost
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Xost şəhəridir. == Coğrafiyası == Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali daricə danışır.
Artur Leist
Artur Leist (alm. Arthur Leist‎; 8 iyul 1852, Vrotslav, Sileziya[d] – 22 mart 1927, Tiflis) — alman yazıçısı. Erməni və gürcü dillərindən bir çox əsəri alman dilinə tərcümə etmişdir. == Həyatı == Artur Leist 1852-ci ilin 8 iyul tarixində Almaniyanın Breslau şəhərində anadan olmuşdur. Liest bu şəhərdə təhsil almış və bir müddət yaşamışdır. 1877-ci ildə Rus-türk müharibəsinin başlanmasından sonra Artur Leist Qafqaz bölgəsində baş verən hadisələrlə maraqlanmağa başlamışdır. 1884–1892-ci illərdə Artut Leist 3 dəfə Gürcüstana səfər etmişdir. Bu səfərlərdən sonra Leist Tiflis şəhərində yaşamağa qərar verir. Leist Tiflis şəhərində erməni və gürcü dillərini öyrənməyə başlayır. Bir müddətdən sonra isə Liest erməni və gürcü dillərində olan bədii əsərləri alman dilinə tərcümə etməyə başlayır.
Edward Joris
Edvard Coris (ing. Edward Joris; 1876 – 1957) — Belçikalı anarxist. Ulduz sui-qəsdi ilə tanınır. == Həyatı == 1876-cı ildə doğulan Coris, 13 yaşında məktəbi buraxdı və kargüzar kimi işlədi. Solçuluqla məşğul olan o, 1895–1898-ci illərdə Belçika Fəhlə Partiyasının yerli şöbəsinin və həmkarlar ittifaqının katibi idi. Edvard Qrin təxəllüsü ilə anarxist "Ontwaking" qəzetinə töhfə verdi.1901-ci ildə İstanbula səyahət etdi, o, burada qısa müddətliyinə fransızca və ingiliscə ticarət yazışmaları ilə məşğul oldu. Daha sonra o, "Singer sewing machine" şirkətində iş tapdı. Sevgilisi Anna Nellens İstanbula gəldi və onlar evləndilər.Coris bir dostu yoluyla Erməni İnqilabi Federasiyasına, ordan da Sultan II Əbdülhəmid üçün hazırlanan sui-qəsd planına qoşuldu. Sui-qəsdçilər müzakirə üçün bir araya gəldilər və partlayıcı maddə və odlu silahları onun evində saxladılar. Sui-qəsd 21 iyul 1905-ci ildə həyata keçirilmiş, 26 nəfər həlak olmuş, 58 nəfər yaralanmış, lakin sultanın özünə heç bir zərər dəyməmişdir.
G.Forst.
Johann Georg Adam Forster (alm. Johann Georg Adam Forster‎; 27 noyabr 1754[…] – 10 yanvar 1794[…], Paris, Birinci Fransa Respublikası) — Alman publisisti, yazıçısı, səyyahı, təbiətşünas-alimi etnoqrafı, ictimai-siyasi xadimi. == Əsərləri == A Voyage round the World in His Britannic Majesty's Sloop Resolution, Commanded by Capt. James Cook, during the Years, 1772, 3, 4, and 5 (1777) (preview) Journal of travels in Poland (August–November, 1784), The Warsaw Voice, 1990 31 8–9 De Plantis Esculentis Insularum Oceani Australis Commentatio Botanica (1786) available online at Project Gutenberg Florulae Insularum Australium Prodromus (1786) available online at Project Gutenberg Essays on the moral and natural geography, natural history and philosophy (1789–1797) Views of the Lower Rhine, Brabant, Flanders (three volumes, 1791–1794) "Neuholland und die brittische Colonie in Botany-Bay", Allgemeines historisches Taschenbuch: oder Abriss der merkwürdigsten neuen Welt-Begebenheiten für 1787, enthaltend Zusätze zu der für das Jahr 1786 herausgegebenen Geschichte der wichtigsten Staats- und Handelsveränderungen von Ostindien, von M. C. Sprengel, Professor der Geschichte auf der Universität zu Halle, Berlin, bei Haude und Spener, Dezember 1786, Zusatz 7, S.xxxiii-liv; supplement to: Historisch-genealogischer Calender oder Jahrbuch der merkwürdigsten neuen Weltbegebenheiten für 1787. Re-published in Georg Forster’s Kleine Schriften: Ein Beytrag zur Völker- und Länderkunde, Naturgeschichte und Philosophie des Lebens, gesammlet von Georg Forster, Erster Theil, Leipzig, Kummer, 1789, S.233–74.(English translation at: web.mala.bc.ca/Black/AMRC/index.htm?home.htm&2) Letters (posthumous compilation of his correspondence, 1828) Werke in vier Bänden, Gerhard Steiner (editor). Leipzig 1971 Ansichten vom Niederrhein, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1989. ISBN 3–458–32836-X Reise um die Welt, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1983. ISBN 3-458-32457-7 Über die Beziehung der Staatskunst auf das Glück der Menschheit und andere Schriften, Wolfgang Rödel (editor).
Horst Hoof
Horst Dırnaq (10 mart 1978, Qrunştadt[d], Reynland-Pfalts) — Alman radio aparıcısıdır. O, 4 yaşından moderatorluq edir. sentyabr 2017 NDR 1 Welle Nord-da səhər şousun aparır.
Horst Köhler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Horst Köler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Josip Belušić
Yosip Beluşiç (12 mart 1847 – 8 yanvar 1905, Triest) — Xorvat ixtiraçısı. Sürətölçəni icad etməsi ilə məşhurdur.Labin yaxınlığındakı Çupanići şəhərində anadan olub. Vyanada oxudu. Belušić, Koper və Triestdə bir professor idi. Sürətölçənini 1888-ci ildə patentləşdirdi və 1889-cu ildə Parisdəki Dünya Sərgisində təqdim etdi.
Koiso Kuniaki
Koiso Kuniaki (yap.小磯 國昭, 1 aprel 1880, Uçunomiya, Yaponiya—3 noyabr 1950, Tokio, Yaponiya) — Yaponiya siyasi xadimi. == Həyatı == Hərbi akademiyanı bitirdikdən sonra Yaponiya ordusunda xidmət edib, rus-yapon müharibəsinin iştirakçısı.1932-ci ildə Kvantun ordusunun qərargah rəisi seçilir, sonralar 1934-cü ildə Koreyadakı yapon ordusunun baş komandanı seçilir. 1939 Yaponiya hakimiyyətində. 1939-1940 Yaponiyanın xarici işlər nazirliyində işləyib. 1942-1944 Koreya general-gubernatoru. 1944-də Yaponiyanın baş naziri seçilib, 1945-də vəzifəsindən azad edilib. Kapitulasiyadan sonra hərbi təxsirkar seçilib, muhakimə edilib və ömürlük həbs edilib.
Oliver Tvist
Oliver Tvistin macəraları - Çarliz Dikkensin ikinci romanı. Oliver! (film) - musiqili film (1968). Oliver Tvist (film) - Roman Polinskinin filmi (2005). Oliver Tvist (multfilm) - multiplikasiya filmi (1982).
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. == Obrazlar == === CT-Force === CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Ranunculus jovis
Ranunculus jovis (lat. Ranunculus jovis) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Sofist Sofroni
Sofroni (560[…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi. == Həyatı == Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı, həm də Suriya əsilli olduğunu irəli sürmüşdür. Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur.O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir. Monoenerjizm Məsihin tək və ilahi enerjiyə malik olduğu fikrini müdafiə edən qeyri-ortodoksal bir doktrinadır.
Xişt
Xeşt – İranın Fars ostanının Kazirun şəhristanının Xişt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,332 nəfər və 2,257 ailədən ibarət idi.