Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Könlücə
Ağciyər kötüyü
Ağciyər kötüyü (lat. Truncus pulmonalis , Arteria pulmonalis — BNA) ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır. Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı. O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Qarın kötüyü
Çölyak kötüyü (lat. truncus coeliacus) yaxud qarın kötüyü — (yunanca koila sözündən götürülmüş mənası qarınboşluğu deməkdir) məməli heyvanlarda qarın aortasından ayrılan üç tək arteriyalardan birincisi olub xüsusən insanda XII döş və ya I bel fəqərəsi, diafraqmanın aorta dəliyi - lat. hiatus aorticus səviyyəsindən, qarın aortasının ön səthindən başlanğıc götürərək qarın boşluğuna daxil olur. Qarın kötüyü 1-2 santimetrdir. Bu damar başlayan kimi üç şaxəyə bölünür, (lat. aa. gastrica sinistraç hepatica communie et lienalis) ona görə buna qabaqlar üçayaq (lat. tripus coeliacus Halleri) deyilirdi. == Təchizat etdiyi nahiyələr == lat. A. gastrica sinistra - mədənin sol arteriyası - yuxarı və sol tərəfə mədəningirəcəyinə doğru gedir, sonra onun ikinci əyriliyi ilə sağa qayıdır mədənin ön və dal divarlarına şaxələnir.
Çölyak kötüyü
Çölyak kötüyü (lat. truncus coeliacus) yaxud qarın kötüyü — (yunanca koila sözündən götürülmüş mənası qarınboşluğu deməkdir) məməli heyvanlarda qarın aortasından ayrılan üç tək arteriyalardan birincisi olub xüsusən insanda XII döş və ya I bel fəqərəsi, diafraqmanın aorta dəliyi - lat. hiatus aorticus səviyyəsindən, qarın aortasının ön səthindən başlanğıc götürərək qarın boşluğuna daxil olur. Qarın kötüyü 1-2 santimetrdir. Bu damar başlayan kimi üç şaxəyə bölünür, (lat. aa. gastrica sinistraç hepatica communie et lienalis) ona görə buna qabaqlar üçayaq (lat. tripus coeliacus Halleri) deyilirdi. == Təchizat etdiyi nahiyələr == lat. A. gastrica sinistra - mədənin sol arteriyası - yuxarı və sol tərəfə mədəningirəcəyinə doğru gedir, sonra onun ikinci əyriliyi ilə sağa qayıdır mədənin ön və dal divarlarına şaxələnir.
İkirəng könlücə
Kətəl Kötül
Kətəl Kötül (və ya Kətəl Köhül) — İranın Zəncan ostanında yerləşən mağara. Kətəl Kötül mağarası Khudabəndə bölgəsində yerləşir. Bu mağara 1924-cü ildən əvvəl tapılıb, hicri tarixi ilə 1330-uncu ildə Jamaliy-e Zanjani adlı şəxs tərəfindən qeydə alınmışdır .
Molla Kökcə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. == Tarixi == Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Ağciyər kötüyü qapağı
Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat.
Bazu-baş kötüyü
Bazu-baş kötüyü – lat. Truncus brachiocephalicus (a. Anonyma – BNA) 3-4 sm uzunluğunda olub aorta qövsündən başlayır, nəfəs borusunun sağ yarısının ön səthilə yuxarı, sağa və arxaya doğru gedərək sağ döş körpücük oynaöının bərabərində iki şaxəyə bölünür: lat. arteria carotis communis dextra – sağ ümumi yuxu arteriyası; lat. arteria subclavia dextra – sağ körpücükaltı arteriya.Bazu-baş kötüyü tamamilə döş qəfəsində yerləşmişdir, qabaq tərəfdən sol bazu-baş venası ilə, sağ tərəfdən sağ bazu-baş venası ilə və sol tərəfdən ümumi yuxu arteriyası ilə əhatə olunmuşdur. Genez cəhətcə bazu-baş kötüyü ruşeym dövründə sağ aorta qövsünün qalığıdır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Kottec
Kottec ing. Cottage — şəhər kənarında, fəhlə qəsəbəsində, və sairədə bir ailəlik kiçik ev. Müasir dövrdə kəndlərdə və istirahət mərkəzlərində rast gəlinir. Azərbaycan dilinə bu söz rus dilindən "коттедж" sözünün alınası ilə keçmişdir == Etimologiya == Kottec ( orta əsr latın cotagium ) sözü qədim ingiliscə çarpayı, cote "daxma" və köhnə fransız dilində çarpayısı "daxma, kottec", qədim norsca kot "daxma" sözündəndir və orta aşağı alman dilindəki kottenin (kottec, daxma) sözlərinə aiddir. Buna misal olaraq 15-ci əsrə aid malikanə saraylarında rast gəlmək olar. Kottec evinin Latın dilindəki versiyası: " domus ", idi. Kottecin anbarı isə " qranjia " adlanırdı. == Britaniya və İrlandiyada müasir dövrdə istifadəsi == Populyar müasir mədəniyyətdə kottec termini daha ümumi və romantik kontekstdə istifadə olunur və istənilən dövrə aid ola bilər, lakin bu termin adətən müasir olmayan yaşayış evlərinə tətbiq olunur. Köhnə, Viktoriyadan əvvəlki kotteclərin hündürlüyü azdır və əksər hallarda karkas taxtaları görünürdə qalır, bəzən yaşayış sahəsi içinə daxil olur. Belə yaşayış evlərinin müasir təmiri, qəbul edilən tarixi orijinallığı mühafizə etmək üçün üzəri örtülmüş taxta karkasları, dirəkləri, dirəkləri və s.-ni yenidən görünür etməyə çalışır.
Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.
Kosuke Nakamura
Kosuke Nakamura (27 fevral 1995, Kita) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kosuke Ota
Kosuke Ota (d. 23 iyul 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Kotul üsgüyotu
Kotul üsgüyotu (lat. Consolida divaricata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, (20) 30-60 (100) sm hündürlükdə çox qısa və sıx bitkidir. Gövdəsi aralı boş budaqlıdır. Yarpaqları çox qısa qınlı saplaqlarda, dəyirmi formalı, çox saylı\ barmaqvari nazik xətti hissəciklərə ayrılmışdır. Çiçəkqrupu boş, süpürgəvaridir, çiçək saplağı uzun, aralanmış, 2 qısa xətti çiçəkaltlıqlıdır. Çiçəkləri göy-bənövşəyi və ya bənövşəyi rəngdədir, çiçəkyanlığının yarpaqcıqları 7-10 (12) mm uzunluqda, uzunsov-ellipsvari və ya uzunsov-tərsyumurtavari, xaricdən səthi və ya ancaq orta hissəsi çox qısa sıx tüklü, mahmız nazik, düz (13) 20-25 mm uzunluqda nektarlıq açıq rənglənmiş, tez-tez bənövşəyi, 3 dilimli, ortası üç bucaq və kənarları enli yarım dairəvi dilimlərlə olur. Çalov (meyvə) uzunsov, düz, sıx tüklü 7-10 (12) mm uzunluqda, düz nazik 1,5-2 mm uzunluqda burunculudur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkinlərdə, tarlalarda, çağıl daşlarında, yovşanlıqlarda bitir.
Kozue Akimoto
Kozue Akimoto (秋元 梢, Akimoto Kozue, 27 iyul 1987, Tokio) – Yaponiya dəb modeli və aktrisası. LesPros Entertainment ilə əməkdaşlıq edir. Atası 58-ci böyük sumo çempionu olan Çiyonofuci Mitsuqudur. Boyu 1.65 santimetrdir.
Kozue Ando
Kozue Ando (d. 9 iyul 1982) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 126 oyun keçirib, 19 qol vurub.
Kötü İnsanları Tanıma Senesi
Kötü İnsanları Tanıma Senesi (azərb. Pis insanları tanıma ili‎) — Sagopa Kajmer tərəfindən Melanxoliya musiqi etiketi ilə çıxarılan ilk solo albom. Albom 13 mart 2008-ci ildə yayımlanmışdır. Həmçinin, albomun instrumental parçaları 28 fevral 2015-ci ildə Sagopa Kajmerin rəsmi YouTube hesabından yayımlandı. Sagopa Kajmer, əvvəlki tərzini davam etdirəcəyini söylədiyi albomun adı ilə əlaqədar şərhlər haqqında da açıqlama verdi. O, albomun adının heç kimə xüsusi olaraq yazılmadığını bildirmişdir. Albomun istehsalı, albomdakı skreçlər və sözlər ona aiddir. Sadəcə "Gölge Haramileri" mahnısının bir hissəsi ona aid deyil.Albomun ilk 5000 nəşri kolleksiyaçılar üçün Limited Edition olaraq təyin edilmişdir. Xüsusi buraxılışda, Sagopa Kajmerin 5 dəqiqə qarışıq konsert görüntülər, 2 şəkil, o cümlədən afişa və stiker yer alır.
Kotic Medi-Klinik
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
Şri Cayavardenepura Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.
Kote Marcanişvili
Kote Marcanişvili və ya Konstantin Marcanişvili, Rusiya imperiyasında da Konstantin Marcanov (gürc. კონსტანტინე [კოტე] ალექსანდრეს ძე მარჯანიშვილი; 28 may (9 iyun) 1872, Kvareli, Rusiya imperiyası – 17 aprel 1933, Moskva, RSFSR, SSRİ) — Rusiya, Gürcüstan və SSRİ teatr və kino rejissoru, gürcü teatrının qurucusu, Gürcüstan SSR xalq artisti. == Həyatı == Kote Marcanişvili 28 may 1872-ci ildə Kvareli şəhərində anadan olmuşdur.Səhnə karyerasına 1893-cü ildə Kutaisi teatrında aktyor kimi başlamışdır. 1894-cü ildə Tiflisdə Akaki Seretelinin "Patar Kaxi" pyesində Patar Kaxi rolunda debüt etmişdir.1897-ci ildən Rus teatrlarında işləməyə başlayır. 1901-ci ildə Vyatka Teatrının səhnəsində ilk tamaşasını — Anton Çexovun "Vanya əmi" ni səhnələşdirmişdir., == İncəsənət fəaliyyəti == === Moskva İncəsənət Teatrı === 1910–1913-cü illərdə yüksək ideoloji repertuar, aktyorluq sənətində realizm prinsipləri ilə işləyən Moskva İncəsənət Teatrında çalışmışdır. Moskva İncəsənət Teatrında Mardjanişvili Knut Hamsunun "Həyat pəncələrində" (1911), Henrik İbsenin "Per Günt" (1912) tamaşalarını səhnələşdirmişdir. O, Fyodor Dostoyevskinin "Karamazov Qardaşları"nın yaradılmasında iştirak etmişdir (1910). === Azad teatr === Rusiyada 1905-1907-ci illər inqilabından sonrakı dövr, rus mədəniyyətinin yarı rəsmi sovet tənqidçiləri tərəfindən tez-tez "formalizm" olaraq qəbul edilən yeni iş formaları, maraqlı təcrübələr və kəşflər axtarması üçün bir vaxt idi. Bu proses sintetik teatr sənəti ideyasını həyata keçirməyə və opera, operetta, dram və pantomimada çıxış edən çox yönlü aktyorlar yetişdirməyə çalışan Mardcanaşvilini kənarda qoya bilməzdi. Göründüyü kimi, bu zaman teatr sənətinin daha çox əylənmək, ruh yüksəkliyi və ilham istəyi formalaşmışdır.
Kote Maxaradze
Konstantin (Kote) İvanoviç Maxaradze (gürc. კოტე (კონსტანტინე) ივანეს ძე მახარაძე; 17 noyabr 1926, Tiflis – 19 dekabr 2002, Tbilisi) — məşhur sovet idman şərhçisi, teatr və kino aktyoru. Gürcüstan SSR xalq artisti. == Həyatı == Konstantin Maxaradze 1926-cı il noyabrın 17-də Tiflisdə anadan olub. Uşaq ikən basketbolla məşğul idi. Sonradan futbola keçmişdi. Maxaradze "Dinamo" Tbilisidə gənclər arasında Gürcüstan çempionu olmuşdur. Kote Maxaradze 1941-ci ildə Tiflis Xoreoqrafiya Məktəbini bitirmişdir. 1944-cü ildə isə orta məktəbdən məzun olub. Tbilisi Dövlət Teatr İnstitutuna daxil olub 1948-ci ildə oranı bitirmişdir.
Küçə fahişəliyi
Küçə fahişəliyi — seks işinin bir növü. Seks işçisi küçə künclərində gözləyərkən və ya küçə ilə gəzərkən müştərilərini ictimai yerlərdən və ya küçələrdən cəlb edir. Seksual hərəkət aktı müştərinin avtomobilində və ya yaxınlıqdakı küçədə, fahişənin evində və ya kirayə götürülmüş motel otağında da baş verə bilər.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Küçə sənəti
Küçə sənəti (ing. Street art) — ictimai sahələrdə yaradılan və məzmun olaraq sənət ətrafının xaricində yer alan təsviri incəsənət növüdür. Küçə sənətinin indiki vaxtda bir çox fərqli tətbiqi vardır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Kötü İnsanları Tanıma Senesi (albom)