KÖTÜK

is.
1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq. Ağacın kötüyünü kəsmək.
[Piri-fani:] O zaman bu qurumuş ağac kötüyü göyərər… S.S.Axundov.
O gözəlin adını mənim nəzərlərimdə; Qurumuş bir ağacın kötüyünə yazdılar. S.Rüstəm.
Sinəmdə ürəyim buz bağlayıbdır; Budağı budanmış kötük olmuşam. B.Vahabzadə.

2. Ağacın qalın yerindən, oduncağından kəsilən bir hissə. Kötüyün üstündə odun doğramaq. Ət kötüyü (üstündə ət doğramaq, kəsmək üçün kötük).
– Ocağa böyük kötüklər qoyub yandırdılar. S.S.Axundov.
Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mir Cəlal.

3. Bir şey işləndikdən sonra qalıb atılan hissəsi. Siqaret kötüyü.
– Yalnız indi başını dik qaldıran Xəlil onun ardınca baxdı, papirosunun kötüyünü yerə çırpıb ayağı altında tapdaladı. M.Hüseyn.

// Qəbz və s. kəsildikdən sonra dəftərçədə qalan hissəsi. Qəbzin kötüyü. Bloknotun kötüyü.
// Kitabın, dəftərin tikilmiş olduğu yer.
4. məc. Yaşlı adam, yaşca ən böyük, qoca, ixtiyar mənasında. Evin kötüyü. Baba nəslin kötüyüdür.
5. Kök, rişə. Ağacın kötüyünü çıxarmaq. Kolun kötüklərini qırmaq.
[Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu. Ə.Vəliyev.

□ Kötük diş – sınmış, çürümüş dişin ətin içərisində qalan hissəsi.
// məc. Əsas, bünövrə, kök.
Etiqad əsl kötükdür, hər əməl şaxəvü bər. S.Ə.Şirvani.

6. sif. mənasında. Kök, şişman, qalın. Kötük əl. Kötük adam.

Etimologiya

  • KÖTÜK Kəsmək sözü ilə kökdaşdır, “ağacın kəsilmiş hissəsi” kimi yozula bilər. Görü­nür, kəsik formasında olub sonra şəklini dəyişib
KÖTÜCƏ
KÖTÜKCƏ
OBASTAN VİKİ
Kötüklü
Kötüklü — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Burada meyvəçilik inkişaf edib. Fındıq sahələri, şabalıd ağacları əkilmiş bağlar daha çoxdur. Təbii ki, quru meyvələrdən gəlir artdıqca kənddə iri buynuzlu mal-qaranın çoxalması və arıçılığın inkişafı da müşahidə olunur. Telefon xətti çəkilib, sayğaclaşmadan sonra fasiləsiz enerji təminatı, yəni işıq problemi həll edilib. Artezian quyuları qazılıb. Artıq müasir səviyyədə texniki avadanlıqlarla təchiz edilən yeni məktəb binası da məktəblilərin ixtiyarındadır. == Toponimikası == Kötüklü oyk, sadə. Qəbələ r-nunun Mıxlıqovaq i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir.
Kötüklü (Qax)
İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır. == Toponimikası == İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır.
Kötüklü bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ləkit-kötüklü bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ləkit Kötüklü
Ləkit Kötüklü – Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 76 təsərrüfatda hər iki cinsdən toplam 276 nəfər əhali yaşayır. == Toponimikası == Ləkit Kötüklü oyk., mür. Qax r-nunun Ləkit i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndi r-nun ərazisində mövcud olan Ingi- loy Kötüklü və Gözü Kötüklü kəndlərindən fərqləndirmək məqsədilə, Ləkit i.ə.v.-nə aid olduğu üçün belə adlandırmışlar.
İngiloy-Kötüklü
İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır. == Toponimikası == İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır.
İngiloy-kötüklü bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İngiloy Kötüklü
İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır. == Toponimikası == İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır.

Digər lüğətlərdə

бесстра́шно брази́лец заде́лка звездопа́д изу́ченность надое́дливый сокова́рочный целево́й ахилле́с бада́н видеоря́д от очерёдный полукопчёный привста́ть улизнуть biograph flag-station Persephone Polypemon зевака неустанный подыскивать тенор хлыст